FD 2.44 Dissertasiya şurası haqqında
FD 2.44 Dissertasiya şurası haqqında
FD 2.44 Dissertasiya şurası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 21 may 2021-ci tarixli F-145 saylı əmri ilə Bakı Dövlət Universiteti nəzdində yaradılmışdır.
FD 2.44 Dissertasiya şurası hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsinin təşkili üçün yaradılmışdır. FD 2.44 Dissertasiya şurasına dörd ixtisas üzrə dissertasiyaların müdafiəsinin təşkilinə icazə verilmişdir: 5603.01- “Beynəlxalq hüquq; insan hüquqları” - hüquq elmləri; 5606.01- “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi” - hüquq elmləri; 5607.01–“Konstitusiya hüququ; bələdiyyə hüququ” - hüquq elmləri; 5608.01 – “Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq” - hüquq elmləri.
FD 2.44 Dissertasiya şurasının tərkibi dörd ixtisas üzrə bərabər sayda olmaqla 24 üzvdən ibarət təsdiq edilmişdir. FD 2.44 Dissertasiya şurasının üzvlərinin 15-Bakı Dövlət Universitetinin əməkdaşı, 9 üzv isə kənardan dəvət olunmuşdur. Üzvlərdən 15-i hüquq üzrə elmlər doktoru, 9-u hüquq üzrə fəlsəfə doktorudur. Dissertasiya şurasının tərkibinə Rusiya Federasiyasından və Ukraynadan olmaqla 6 əcnəbi alim daxildir. Onların hamısı hüquq elmləri doktorları, professorlardır. FD 2.44 Dissertasiya şurasının tərkibində bir Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, bir Ukrayna Hüquq Elmləri Akademiyasının akademiki iştirak edir.
Bakı Dövlət Universitetinin müvafiq əmri ilə FD 2.44 Dissertasiya şurası yanında hər ixtisas üzrə ayrılıqda fəaliyyət göstərən 4 Elmi seminar yaradılmışdır.
FD 2.44 Dissertasiya şurası faktiki olaraq 2021-ci ilin sentyabrından fəaliyyətə başlayacaqdır.