Adil Qabil oğlu Kərimli
Adil Qabil oğlu Kərimli
Müəllim, Bakı Dövlət Universiteti, Cinayət Hüququ və Kriminologiya kafedrası.
İş telefonu: +(994) 12 438 72 65
e-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
Doğum tarixi və yeri: 22 Oktyabr 1979- cu il, Azərbaycan Resbublikası, Bakı şəhəri
Ailə vəziyyəti: evli
Vətəndaşlığı: Azərbaycanlı
Hərbi mükəlləfiyyəti: ehityatda zabit
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1999-cu ildə Bakı Dövlət Universitetinin, Hüquq fakültəsinin bakalvr pilləsini bitirmişdir.
- 2001-ci ildə Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisaslaşması üzrə magistratura pilləsini bitirmiş və hüquq magistri elmi dərəcəsi almışdir.
- 2007-ci ilin may ayında Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dissertantı olaraq “Qəsdən adam öldürmə cinayətlərinin tövsifində motivin yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
ƏMƏK FƏALİYYƏTİ
Tarix Vəzifəsi İş yeri
1999-2001 hüqüq məsləhətçisi Hüquq Ədəbiyyatı Nəşriyyatı
2001-2003 Baş hüquq məsləhətçisi Bakı Hüquq Mərkəzi
2004-cü ildən bu günədək Vəkil Azərbaycan Respublikası Vəkillər Kollegiyası
2001-ci ildən bu günədək Müəllim
Apardığı dərslər: a) Cinayət Hüququ Xüsusi hissə üzrə seminar dərsləri, b) Şəxsiyyət əleyhinə cinayətlər ixtisas kursu üzrə mühazirə və seminar; c ) Mülkiyyət əleyhinə cinayətlər ixtisas kursu üzrə seminar dərsləri.
9 elmi məqalənin, 1 monoqrafiyanın müəllifidir.
Bakı Dövlət Universiteti, Cinayət hüququ və kriminologiya kafedrası
TƏDQIQAT SAHƏSI
Cinayət hüququ Ümumi Hissəsi – Cinayətin subyektiv cəhəti
Cinayət Hüququ Xüsusi Hissəsi – Şəxsiyyət əleyhinə edilən cinayətlər
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
22-23 oktyabr, 2001-ci il Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Avropa Şürası arasında əməkdaşlıq Proqramı çərçivəsində təşkil edilmiş Beynəlxalq Seminarda iştirakçı.
17-18 fevral, 2003-cü il “ İnsan alverinin milli və beynəlxalq iqtisadi problemləri“ mövzusunda Yunanıstanın İoninna şəhərində keçirilən ATƏT-in 11-ci İqtisadi Forumunda iştirakçı
27-28 May 2004-cü ildə Moskva Dövlət Universitetinin 250 illiik yubileyinə həsr edilmiş, “Cinayət və digər hüquq pozuntuları“ mövzusunda Moskva şəhərində keçirilən 4-cü Beynəlxalq elmi-praktik konfransda iştirakçı.
Dekabr 2004-cü ildə „Tədrisin interaktiv metodları“ movzusunda Rusiya Federasıyasının Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq treninqdə iştirak
Sentyabr 2006-cı ildə ATƏT və Avropa Yayımları Birliyinin birgə təşkilatçılığl ilə „İctimai Yayım və onun sosial, iqtisadi və hüquqi problemləri“ mövzusunda Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Konfransda iştirakçı
Dekabr 2007-cı ildə Avropa Yayımları Birliyinin İsveçrənin Cenevrə şəhərində keçirilən 59-cu Qış Sessiyyasında iştirak
16-17 Oktyabr 2008 Avropa Yayımları Birliyi Hüquq və İctimai İşlər Komitəsinin Yunanıstanın Mikonos adasında keçirilən 107-ci Beynəlxalq Sessiyasında iştirak
10-13 Dekabr 2008 İtaliyanın Huquqi İnformasiya Nəzəriyyəsi və Texnikası İnstitutu ilə Avrova Universiteti İnstitutunun (European University Institute) İtaliyanın Florensiya şəhərində birgə təşkil etdikləri JURİX 08 21-ci buraxılışı: Huüquqi bilik və İnformasiya Sisteminə dair Beynəlxalq Konfransda iştirakçı.
SEÇILMIŞ ƏSƏRLƏRI
1. Tamah motivinin cinayət-hüquqi təhlili- „Hüquqi dövlət və qanun“ jurnalı, No9, 2002
2. İki və ya daha çox şəxsi qəsdən öldürmə cinayətinin tövsif məsələləri – „Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri“ Elmi məqalələr məcmuəsi, 9-cu buraxılış, 2004.
3. İnsan alveri ilə cinayət-hüquqi mübarizə - „Hüquqi dövlət və qanun“ jurnalı , No5, 2005.
4. Sifarişlə adam öldürmənin motivasiyası və tövsif problemlərinə dair – „Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri“ Elmi məqalələr məcmuəsi, 12-c iburaxılış, 2005.
5. Cinayətin motivi və cinayətlərin tövsifi - «Qanunçuluq», №4, 2006.
6. Qəsdən adam öldürmə cinayətlərinin tövsifində tamah motivinin yeri - «Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri“ Elmi məqalələr məcmuəsi, 12-ci buraxılış, 2006. 7. Xuliqanlıq motivi ilə törədilən qəsdən adam öldürmə cinayətlərinin tövsifinin bəzi məsələləri. Bakı Dövlət Universiteti Nəşriyyatı, Bakı, 2006.
KITABLAR
„Motiv və qəsdən adam öldürmə cinayətlərinin tövsifi“, monoqrafiya. Baki, 2008
DÖVLƏT, BEYNƏLXALQ PROQRAMLAR VƏ QRANTLAR
Azərbaycanın Avroviziya 2008 Mahnı Müsabiqəsində iştirakı ilə bağlı Nümayəndə Heyətinin Rəhbəri