Atakişi Abbas Musa oğlu


Atakişi Abbas
Musa oğlu

BDU-nun Hüquq fakültəsinin

“Cinayət prosesi” kafedrasının baş müəllimi

İş telefonu: 5380134

E-mail: abbas@azeurotel.com

QISA BİOQRAFİK MƏLUMAT

1959-cu ildə Azərbaycan Respublikasının Şamaxı şəhərində anadan olmuşdur.

1982-1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.

1998-ci ildə London şəhərində Ingilis-Rus Hüquq Assosiasiyasının kursunu bitirmişdir.

1987-ci ildən hal-hazıra kimi Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimidir.

Ehtiyatda olan zabitdir.

Müharibə veteranıdır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1987- Аzərbaycan Dövlət Universitetinin Hüquq fakültəsi

1998- İngilis-Rus Hüquq Assosiasiyasının kursu

ƏMƏK FƏALİYYƏTİ

  • 1978-1980-ci illərdə müddətli həqiqi hərbi xidmət
  • 1980-1981-ci illərdə Şamaxı rayonu 21 saylı Tikinti idarəsində fəhlə
  • 1981-1982-ci illərdə Şamaxı rayon məhkəməsində ijlas katibi
  • 1982-1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində əyani təhsil
  • 1987-1991ci illərdə Azərbaycan Respublikası prokurorluq orqanlarında məsul vəzifələr
  • 1987-ci ildən hal-hazıradək Bakı Dövlət Universitetinin Hüquq fakültəsində müəllim
  • 1991-1996-cı illərdə Azərbaycan Respublikası Ali Sovetində-Milli Məclisdə Katibliyin rəis müavini, Qanunverijilik və qanunçuluq işləri katibi, Aparatın rəhbərinin müavini vəzifələri
  • 1997-2001-ci illərdə ABŞ-ın BMB Oıl Inc neft şirkətində hüquqşünas, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri, ABŞ-ın Yunion Teksas Petroleum Şirkətinin Azərbaycan Respublikasında neft-qaz əməliyyatları aparan şirkətlərinin fəaliyyətini əlaqələndirən Yunion Teksas Petroleum Azərbaycan Services şirkətlər qrupunda hökümətlə əlaqələr üzrə müşavir
  • 1997-ci ildən hal-hazıradək hüquqi məsləhət xidmətləri və vəkillik fəaliyyəti
  • Pay bölgüsü haqqında əsrin neft kontraktı üzrə Rəhbər Komitənin üzvü olmuşdur.
  • Avropa Enerci Xartiyasının hazırlanmasında və qəbulunda Azərbaycan Respublikasını təmsil etmişdir.
  • Böyük Britaniya və Şimali İrlandiya Krallığında, Norveç Krallığında, Yunanıstanda, Portuqaliyada, Avropa İttifaqında enerci ehtiyatlarından səmərəli istifadəni və ekoloci salamatlılığı təmin edən qanunvericilik praktikasını öyrənmişdir.
  • Fransa, Türkiyə, Rusiya, İran, Litva respublikalarında seçki qanunvericiliyini və praktikasını öyrənmişdir.
  • Böyük Britaniya və Şimali İrlandiya Krallığının, Avstriya Respublikasının, Fransa Respublikasının, Isveçrə Konfederasiyasının, Türkiyə Respublikasının, İran Respublikasının qanunvericilik sistemini, ədliyyə orqanlarının işini öyrənmişdir.
  • Azərbaycan Respublikasının və xarici ölkələrin iri şirkətlərinə hüquq məsləhət xidməti göstərmişdir.
  • BMT-nin, Dünya Bankının, Beynəlxalq Malıyyə Korporasiyasının bir sıra layihələrinin hazırlanmasında bilavasitə iştirak etmişdir.
  • Dünyada məşhur olan hüquq şirkətləri ilə əməkdaşlıq edir.
  • İngilis-Rus Hüquq Assosiasiyasının, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvüdür. Azərbaycan Jurnalistlər İttifaqının və digər ictimai birliklərin üzvüdür.
  • Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
  • Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
  • Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasında model qanunların müzakirəsində və işlənib hazırlanmasında bilavasitə iştirak etmişdir.
  • Bir sıra beynəlxalq konfranslarda iştirak etmiş, hüquq məsələləri, Qarabağ məsələsinin həlli ilə bağlı çıxışlar etmiş və məruzələr hazırlamışdır.
  • Son illər BMT-nin, ATƏT-in, Avropa Şurasının, Amerika Strateci Araşdırmalar İnstitutunun məhkəmə-arbitrac təcrübəsi, çirkli pulların yuyulması, terrorizmlə mübarizə, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması, kompüter cinayətləri üzrə mübarizənin gücləndirilməsi, məhkəmə-hüquq sisteminin islahatları və sair mövzular üzrə konfranslarında və seminarlarında iştirak etmiş və məruzələrlə çıxış etmişdir.
  • Amerika Hüquqşünaslar Assosiasiyasının Şərqi Avropa ölkələrinə hüquqi yardım proqramları, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının hüquq proqramları ilə yaxından əməkdaşlıq edir, həmin təşkilatların xətti ilə dəfələrlə mühazirələr və seminarlar aparmışdır.
  • 2004-2008-ci illərdə «Keyfiyyətdə və nüfuzda lider» beynəlxalq mükafatına layiq görülmüşdür.
  • 2016 və 2017-ci illərdə Moskva şəhərində keçirilən hüquq məsələləri üzrə beynəlxalq konfranslarda məruzə ilə çıxış etmişdir.

Apardığı dərslər: 1. Cinayət prosesi; 2. Gömrük orqanlarında cinayət prosessual            fəaliyyətin təşkili; 3. Cinayət prosesində sübutlar nəzəriyyəsinin problemləri; 4.    Məhkəmə nitq və mübahisələr mədəniyyəti; 5. Vəkillik hüququ; 6. Beynəlxalq cinayət             prosesi; 7. Beynəlxalq Cinayət Tribunalı.

TƏDQİQAT SAHƏSİ

Cinayət prosesində çəkişmə prinsipinin problemləri və həyata keçirilməsi

Çəkişmə cinayət prosesində sübutetmə məsələləri

Cinayət prosesində məhkəmə nəzarəti

Məhkəməyəqədər icraat zamanı çəkişmə mümkünlüyü

Azərbaycan Respblikasında ədalət mühakiməsinin həyata keçirilməsinə Avropa meyarlarının  təsiri

SEÇİLMIŞ ƏSƏRLƏRİ

  • Çəkişmə cinayət prosesinin prinsipi kimi. Bakı, Qanun, N:5, 2000, səh. 38-39.
  • Cinayət prosesinin çəkişmə forması və çəkişmə prinsipi. Bakı, Qanun, N:6, 2002, səh. 24-28.
  • Cinayət işinin başlanması zamanı çəkişmə mümkünlüyü. Bakı, Qanun, N:6, 2005, səh. 15-18.
  • Məhkəmə sübutları nəzəriyyəsində cinayət işinin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının problemləri haqqında. Bakı, Qanun, N:12, 2005, səh. 59-61.
  • Çəkişmə cinayət prosesində sübutetmənin mahiyyətinin bəzi mühüm cəhətləri.  “Qanun” jurnalı. N:01/2006. Səh. 54-57.
  • Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası–insan hüquqlarının və azadlıqlarının təminat üsulu kimi. Beynəlxalq Elmi-praktik Konfransın materialları. Bakı, 2013, səh. 591-593.
  • Cinayət prosesində məhkəmə nəzarətinin bəzi məsələləri. Beynəlxalq Elmi-praktik Konfransın materialları. II hissə. Bakı, 2016, səh. 102-106.
  • Реализация принципа состязательности на досудебных стадиях процшсса в законодательстве об уголовном судопроизводстве Азербайджанской Республики. Актуальные проблемы российского права.  Москва, №7(80), июль 2017, səh. 152-161.
  • Некоторые проблемы  реализации принципа состязательности при осуществлении судебного контроля  в ходе досудебного производства в уголовном        процессе. Вопросы российского и международного права. Москва, №4А, 2018   səh. 108-122.
  • Azərbaycan Respublikasının cinayət mühakimə icraatı haqqında qanunvericiliyində prosesin məhkəməyəqədərki mərhələlərində çəkişmə prinsipinin realizəsi. Актуальные проблемы российского права.  Bakı, Qanun, Bakı, №01(279), 2018, səh. 94-101.