Avropa hüququ üzrə magistratura ixtisası
Bakı Dövlət Universiteti Hüquq fakültəsində Almaniyanın Vürzburq Universiteti və Alman Akademik Mübadilə Proqramının (DAAD) maliyyə dəstəyi ilə 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində “Avropa hüququ” ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Həmin proqram üzrə BDU-nun tərəfdaşı qismində Almaniyanın Vürzburq Universiteti çıxış edir ki, hər iki universitetin Hüquq fakültələri arasında ciddi elmi əlaqələr yaranmışdır. Dəfələrlə birgə əməkdaşlıq və səfərlər nəticəsində 2011-ci ildə hər iki Universitet arasında Niyyət Protokolu imzalanmışdır. Bu niyyət protokolunun məqsədi Azərbaycanda Avropa hüququ üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq məqsədilə sistemli akademik əlaqələr yaratmaqdır. Proqramın özəlliyi odur ki, "Avropa hüququ" ixtisası üzrə təhsil alan BDU-nun Hüquq fakültəsinin tələbələrinə ikili diplom verilir. 2013- 2014-cü illərdə BDU Hüquq fakültəsində “Avropa hüququ” üzə magistratura ixtisaslaşmasında təhsil alan tələbələrə artıq ikili diplomlar verildi. Həmin ixtisas üzrə təhsil alan tələbələrə ödənişsiz əsaslarla alman dilinə yiyələnmək, Vürzburq Universitetinə tədqiqat səfərləri etmək imkanı yaradılır, təlim-tədris prosesində iştirak edən müəllim heyəti Vürzburq Universitetinə səfər edərək peşəkarlıqlarını artırırlar. Hal-hazırda tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi bu proqramda iştirak edən tələbələrimiz üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, alman professorları BDU-da mühazirə oxuyur.
İntensiv əməkdaşlığın nəticəsi olaraq, 2013-cü ildə Almaniyanın Vürzburq Universitetinin Avropa Əmək Hüququ üzrə professoru Kristof Kerver Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Avropa Hüququ üzrə magistr tələbələrinə mühazirələr oxumuşdur. Prof.Kerverin 20 akademik saat ərzində Avropa Əmək Hüququ fənni üzrə ingilis dilində birinci və ikinci kurs tələbələrinə interaktiv mühazirələr oxumuşdur. Mühazirələr Avropa Birliyinin müvafiq direktivləri (qanunları), Avropa Birliyi ölkələrində əmək münasibəti tərəflərinin qarşılıqlı hüquq və vəzifələri, həmçinin Avropa Ədalət Məhkəməsinin əmək mübahisələrinə dair çıxardığı qərarları ehtiva edirdi.
"Avropa hüququ" ixtisası üzrə tədris olunan fənlərin sillabusları Vürzburq universitetində deyilən dərslərin sillabusu ilə eynilik təşkil edir. Proqramda tədris olunan fənlər aşağıdakılardır:
Humanitar fənlər:
1) Xarici dil (6 kredit)
2) Ali məktəb pedaqogikası (4 kredit)
3) Hüquq psixologiyasının aktual problemləri (2 kredit)
Seçmə fənn:
1) Hüquq fəlsəfəsi ( 2 kredit)
2) Hüquqi yazı və tədqiqatlar (2 kredit)
İxtisas fənləri:
1) Hüquq elminin müasir problemləri (4 kredit)
2) Hüquq elminin tarixi və metodologiyası (2 kredit)
3) Avropa Məhkəməsi predsedent hüququ (4 kredit)
İxtisaslaşma fənləri:
1) Avropa Konstitusiya hüququ (European Constitutional Law) (8 kredit)
2) Avropa hüququnun milli hüquqa təsiri (Eur Law v. National Law) (6 kredit)
3) Avropa Birliyinin institutları (European Union Institutions) (6 kredit)
4) Avropa maliyyə hüququ (European Finances Law) (4 kredit)
5) Avropa gömrük hüququ (European Tax Law) (4 kredit)
6) Avropa xüsusi hüququ (European Private Law) (6 kredit)
7) Avropa ətraf mühit hüququ (European environmental law) (4 kredit)
8) Avropa Cinayət hüququ (European Criminal Law) (4 kredit)
Seçmə fənlər:
1) Avropada istehlakçıların hüquqi müdafiəsi (Legal protection of European consumers) (8 kredit)
2)Daxili bazar hüququ (Internal market law) (8 kredit)
3) Avropa hüququna giriş (Introduction to European Law) (8 kredit)
4) Avropa rəqabət hüququ (European competition law) (8 kredit)
5) Avropa vergi hüququ (European tax law) (8 kredit)
6) Avropa ticarət hüququ (European trade law) (8 kredit)
7) Avropa energetika hüququ (European Energy Law) (8 kredit)
8) Avropa nəqliyyat hüququ (European transport law) (8 kredit)
9)Avropa əmək hüququ (European Labour Law) (8 kredit)