BAKI DÖVLƏT UNİVERSİTETİNİN HÜQUQ KLİNİKASI

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində fəaliyyət göstərən Hüqüq klinikasında BDU-nun bakalavr təhsil pilləsinin 3-cü və 4-cü kurs tələbələri vəkillərin və müəllimlərin nəzarəti altında əhalinin aztəminatlı vətəndaşlarına: təqaüdçülərə, əlillərə, qaçqın və məcburi köçkünlərə, təhsil alan gənclərə məsləhət formasında pulsuz hüquqi yardım göstərirlər. Vəkillərin və müəllimlərin nəzarəti altında BDU-nun magistrantları Sizə hüquqi xarakterli sənədləri lazımi qaydada tərtib etməyi, Dövlət orqanlarında və başqa təşkilatlarda maraqlarınızın müdafiəsi üçün atacağınız addımların ardıcıllığını izah edəcəklər.

Əgər siz Klinikaya müraciət etməyi qərara almısınızsa, zəng edərək işin mahiyyəti barədə qısa məlumat verin, məsləhət üçün Klinikaya gələcəyiniz gün və vaxt barədə Klinikamızın əməkdaşı ilə razılaşın.

Siz hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 15:00-dək 510 00 52 nömrəli telefonla Klinikaya zəng edə bilərsiniz.

Ünvan:Bakı, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universitetinin 1№li tədris korpusu, birinci mərtəbə, otaq ِِ№ 7.
Gediş: «Elmlər Akademiyası» metro stansiyasına qədər .

Hüquq klinikası Hüquq fakültəsinin magistratura təhsil pilləsində hüquqi kliniki təhsilin tətbiq olunması haqqında BDU-nun hüquq fakültəsinin Elmi-Şurasının 13 fevral 2001-ci il tarixli qərarına əsasən, BDU-nun rektoru, akademik A.M.Məhərrəmovun müvafiq saylı əmri ilə yaradılmışdır.

Məqsəd
tələbələri hüquq tətbiqedici fəaliyyət prosesi və mübahisələrin alternativ həlli prinsipləri ilə tanış etməklə onları alternativ iş metodlarını tətbiq etməyə və təcrübi fəaliyyətə hazırlamaq.
Təcrübəli mütəxəssislərin rəhbərliyi ilə tələbələr tərəfindən əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi məsləhətlərin verilməsini, o cümlədən mülki prosesdə onların maraqlarının təmin edilməsini təşkil etmək.

Kliniki fəaliyyətin strukturu
1.Maarifləndirmə fəaliyyəti
2.Hüquqi məsləhətlərin verilməsi, mülki proseslərdə sifarişçilərin maraqlarını təmsil edilməsi üzrə fəaliyyət
Bu hüququn mülki prosessual hüquq və insan hüquqları üzrə həyata keçirilməsi nəzərdə tutulur.

Maarifləndirmə fəaliyyəti daxilində praktik vərdişlərin öyrədilməsi tələbə hüquqşünası təcrübədə konkret problemli vəziyyətlərlə tanış etməyi nəzərdə tutur.

Hüquqi məsləhətlərin verilməsi fəalliyyəti
Bu fəaliyyətin vacibliyi ondan ifadə olunur ki, tələbələr konkret həyati hadisələr üzərində işləyərkən onların baxılmasında kənardan müşahidəçi qismində iştirak etmirlər, onlar bu və ya digər hərəkəti etməyə, yəni müştərilərə məsləhət vermək yolu ilə konkret hüquqi xidmətlər göstərməyə məcburdurlar.
Qeyd etmək lazımdır ki, hüquqi məsləhət vermə vəzifəsinin məsuliyyətini və müştərinin məhkəmədə təmsil olunmasını nəzərə alaraq qeyd etmək lazımdır ki, bu fəaliyyəti həyata keçirərkən tələbələr təcrübəli mütəxəssisin nəzarəti altında olur.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində fəaliyyət göstərən Hüqüq klinikası BDU-nun, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA-CEELI) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə layihəsi əsasında fəaliyyət göstərir.

Hüqüq klinikasında BDU-nun Hüquq fakültəsinin 3-4-cü kurs tələbələri vəkillərin və müəllimlərin nəzarəti altında əhalinin aztəminatlı vətəndaşlarına pulsuz hüquqi yardım göstərirlər.

Siz hər gün (Şənbə və bazar günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək 510 00 52 nömrəli telefonla Klinikaya zəng edə bilərsiniz.