İBRAHİMOVA AYTƏKİN NAZİM QIZI

İbrahimova Aytəkin Nazim qızı


Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini

İş telefonu: (+99412) 510-13-41

Email:
aytakin_ibrahimli@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

1986-cı il  iyul ayının 31-də Şəmkir rayonunda anadan olmuşdur.

1993-2004-cü illərdə Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov adına 194-saylı orta məktəbdə oxumuşdur.

2004-2008-ci illərdə Bakı Dövlət Universiteti Hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır.

2008-2010-cu illərdə Bakı Dövlət Universiteti Hüquq fakültəsi “Dövlət hüququ” ixtisası üzrə magistr pilləsində təhsil almışdır.

2011-ci ildə Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ” kafedrasında 5607.01- “Dövlət hüququ, bələdiyyə hüququ” ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşdur.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

2004-2008-ci illərdə BDU-nun Hüquq fakültəsinin bakalavr pilləsində təhsil almışdır.

2008-2010-cu illərdə BDU-nun Hüquq fakültəsi “Dövlət hüququ” ixtisası üzrə magistr pilləsində təhsil almışdır.

2011-ci ildən BDU-nun “Konstitusiya hüququ” kafedrasının doktorantıdır.

ƏMƏK FƏALİYYƏTİ

2010-cu ildən BDU-nun Hüquq fakültəsində I kateqoriya tyutor (akademik məsləhətçi, dekan köməkçisi) vəzifəsində çalışmışdır.

2011-ci ildə İnsan hüquqları kafedrasında saathesabı müəllim

2012-2014-cü illər Konstitusiya hüququ kafedrasında saathesabı müəllim

2014-cü ildən Konstitusiya hüququ kafedrasında 0.5 ştat müəllim saxlanılmaqla Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini vəzifəsinə təyin olunub.

TƏDQİQAT SAHƏSİ

Konstitusiya hüququ, Bələdiyyə hüququ

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2009-cu il – Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransı;

2011-ci il - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş, ümumrespublika elmi konfransı;

2012-ci il-10 dekabr Beynəlxalq insan hüquqları gününə həsr edilmiş Beynəlxalq elmi-praktik konfrans

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. Sosial təcridlənməyə qarşı yerində və yerli müdaxilə olaraq sosial bələdiyyəçilik., Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2011, №3(27), s.171-176

2. Sosial dövlət qurmağa yönələn tədbirlər., Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2011, №4(28), s.160-164

3. Qloballaşma və sosial siyasət., Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2012, №3(31), s.64-71

4. Sosial dövlət və onun əsas xüsusiyyətləri., Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2012, №4(32), s.81-85

5. Sosial dövlət və ailə., Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası 2012, №4, s. 56-64

6. Sosial siyasətin sosial funksiyanın həyata keçirilməsində rolu., Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri, H.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xüsusi buraxılış 2013,  № 58, s. 270-279

7. Sosial rifahı təmin edən müxtəlif rifah vasitələri., Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası 2013, №2, s. 67-83

8. Sosial hüquqlar və Avropa müstəvisində sosial hüquqların tətbiqi., Dirçəliş – XXI əsr. 178-179/2013. s.301-317

9. Sosial siyasətin həyata keçirilməsində beynəlxalq təşkilatların rolu. Dünya Bankı., Elmi Məcmuələr Bakı 2013, Cild 15 №4, s. 196-207

10. Social security and military service in the Republik of Azerbaijan., Матеріали міжнародної науково-практичної конференції «ДЕРЖАВА І ГРОМАДЯНСЬКЕ СУСПІЛЬСТВО: СТАН ТА ПЕРСПЕКТИВИ РОЗВИТКУ» 2013, ст.36-38  (Ukrayna Respublikası)

11. Различные способы благополучия как один из новых понятий обеспечения социального благополучия. Структуры, обеспечивающие социальное благополучие, Право I суспıльство, 2013, №3, ст.210-218 (Ukrayna Respublikası)

12. Sosial müdafiənin konstitusion– hüquqi əsasları., 10 dekabr Beynəlxalq insan hüquqları gününə həsr edilmiş Beynəlxalq elmi-praktik konfrans (13-14 dekabr 2012-ci il). Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri. I cild, Bakı-2013. s.110-112

13. Sosial funksiya və sosial hüquqların təmin olunmasında onun əhəmiyyəti., Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri 2014,  № 60, s. 222-231

14. Yaşlıların sosial müdafiəsinə yönələn sosial siyasətlər. Almaniya, İtaliya, İsveç, İngiltərə kimi rifah dövlətlərin timsalında., Elmi Məcmuələr Bakı 2014, Cild 16 №2, s.117-128

15. “Gəlir (mənfəət) güdməyən təşkilatlar” və sosial rifahın təmin olunmasında onun artan rolu., Nəqliyyat hüququ, Bakı 2014, №1, s.125-149

16. Hal-hazırda “Azərbaycan dövlətinin sosial funksiyasının konstitusiya hüquqi aspektləri” mövzusunda, İxtisas: 5607.01-“Konstitusiya hüququ; bələdiyyə hüququ” Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini bitirmiş, müdafiə ərəfəsindədir.