BXH Hesabatlar
Kafedra elmi-pedaqoji kadrların hazırlanmasında sürətlə irəliləyir. Hər il kafedranın bir neçə aspirant və dissertantları namizədlik dissertasiyalarını müdafiə edərək alimlik dərəcəsinə layiq görülürlər. 2008-ci tədris ili ərzində kafedranın müəllimi Kərimov Gündüz Hacı oğlu «Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi» mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək alimlik dərəcəsinə layiq görülmüşdür.
«Beynəlxalq xüsusi hüquq və Avropa Hüququ» kafedrasının elmi potensialı durmadan artır. Müəllimlər, aspirantlar, dissertantlar yüksək səviyyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olurlar və öz üzərilərində durmadan çalışırlar.
«Beynəlxalq hüquq» (12.00.10) ixtisası üzrə kafedramızda hər il Birdəfəlik İxtisaslaşdırılmış Elmi Şura fəaliyyət göstərir.
Fakültəmizin tələbələri, xüsusilə də magistrləri fakultədə keçirilən elmi konfranslarda (tezisləri ilə) fəal iştirak edirlər. 2008-cı ilin dekabr ayında fakultədə keçirilən «Qloballaşma və insan hüquqları» mövzusuna həsr olunmuş elmi-praktik konfransda iştirak etmişlər.
«Beynəlxalq hüquq» (12.00.10) ixtisası üzrə kafedramızda hər il Birdəfəlik İxtisaslaşdırılmış Elmi Şura fəaliyyət göstərir.