ELMİ işlər

ELMİ   İŞLƏR

Kafedranın hər bir əməkdaşı 2007-2010-cu illər üçün təsdiq olunmuş elmi-tədqiqat işlərinin planına uyğun olaraq elmi-tədqiqat işi aparır. Bəzi elmi-tədqiqat işlərinin nəticəsi nüfuzlu jurnallarda məqalə şəklində və ya ayrıca kitab şəklində nəşr olunmuşdur.

Kafedrada elmi kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir. Hazırda kafedranın 5 aspirantı, 7 dissertantı vardır. Son beş il ərzində kafedranın 4 əməkdaşı doktorluq dissertasiyası, 3 nəfəri isə namizədlik dissertasiyası müdafiə etmişdir. 4 doktorluq dissertasiyasından 1-i RF DİN Sankt-Peterburq Universitetində, 1-i Tbilisi Dövlət Universitetində, 2-si isə BDU-da müdafiə etmişdir. Doktorluq dissertasiyası müdafiə edənlərdən 3-nə AR Prezidenti yanında AAK-nın Rəyasət Heyətinin qərarı ilə alimlik dərəcəsi verilmişdir.

Son beş il ərzində kafedranın 1 qiyabi aspirantı namizədlik dissertasiyası müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.  Hal- hazırda kafedranın 3 əməkdaşıb/m. A.Ə.Əsədov, b/m. L.T.Axundzadə və müəl.L.H.Ələsgərova namizədlik dissertasiyalarını tamamlamışlar. Hesab edirik ki, 2009-ci ilin sonuna qədər də onlar namizədlik dissertasiyaları müdafiə edəcəklər.

2003- ildə 1 namizədlik 1 doktorluq, 2004- ildə 1 namizədlik 2 doktorluq dissertasiyaları müdafiə olunmuşdur.