Firudin Yusif oğlu Səməndərov


Hüquq elmləri doktoru,
professor

BDU-nun “Cinayət hüququ və kriminologiya” kafedrasında məsləhətçi professor 

İş telefonu: +994125387265

QISA BİOQRAFİK MƏLUMAT

  • 1939-cu il aprelin 12-də Azərbaycan Respublikasının Saatlı rayonunda anadan  olmuşdur.
  • 1948-1958-ci illərdə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxumuş, oranı  medalla bitirmişdir.
  • 1958-1961-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, Lenin təqaüdü ilə oxumuşdur.
  • 1966-cı ildə təhsilini başa vurduqdan sonra ADU-ni bitirib Cinayət hüququ kafedrasında aspirant saxlanılmışdır.
  • 1970-ci ildə “Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri” mövzüsunda namizadlik dissertasiyası müdafiə etmişdir.
  • 1997-ci ildən həmin kafedranın professorudur. F.Y.Səməndərov 1985-1989-cu illərdə ADU-nun hüquq fakültəsinin dekanı,
  • 1992-1993-cü illərdə BDU-nun rektoru olmuşdur,
  • 1995-ci ildən BDU-nun “Cinayət hüququ və Kriminologiya” kafedrasının müdiri təyin edilmişdir.
  • 1995-ci ildə ”Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzüsunda doktorluq dissertasiyası müdafiə etmişdir.
  • Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və Kriminologiya” kafedrasının müdiri vəzifəsində çalışır
  • Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, Lenin təqaüdü ilə oxumuşdur.
  • 1966-cı ildə təhsilini başa vurduqdan sonra ADU-ni bitirib “Cinayət hüququ” kafedrasında aspirant saxlanılmışdır.
  • 1970-ci ildə “Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri” mövzüsunda namizadlik dissertasiyası müdafiə etmişdir.
  • 1969-cu ildən ADU-in Cinayət hüququ kafedrasında müəllim, dosent vəzifələrində çalışmışdır.
  • F.Y.Səməndərov 1985-1989-cu illərdə ADU-nun hüquq fakültəsinin dekanı,
  • 1992-1993-cü illərdə BDU-nun rektoru olmuşdur,
  • 1995-ci ildə ”Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzüsunda doktorluq dissertasiyası müdafiə etmişdir.
  • 1995-ci ildən 2019-cu ilin iyuluna qədər BDU-nun „Cinayət hüququ və Kriminologiya“ kafedrasının müdiri vəzifəsində çalışmışdır.
  • 1997-ci ildən həmin kafedranın professorudur.

ƏMƏK FƏALİYYƏTİ


Prof. F.Y.Səməndərov 1988-1992-ci illərdə respublikamızın müstəqilliyi uğrunda gedən milli istiqlal hərəkətində fəal iştirak etmişdir.

1993-cü ildən bitərəfdir, heç bir siyasi partiyaya mənsub deyildir.

Prof. F.Y.Səmən­də­rov məsuldar elmi yaradıcılıqla məşğuldur. İndiyə kimi 10-dan artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Müxtəlif elmi nəşrlərdə 60-dan artıq elmi məqaləsi, respublikanın dövri mətbuatinda dövrümüzün aktual problemlərinə həsr edilmiş çox saylı məqalələri çap olunmuşdur. Onun yazdığı iri həcimli (46 çap vərəqi) “Cinayət hüququ. Ümumi hissə” Dərsliyi 2002-ci ildə Respublika Kitabsevərlər Cəmiyyətinin mükafatına laiq görülmüş, hazırda Respublikada ən mükəmməl dərslik sayılır, 2009-cu ildə həmin dərslik 4-cü dəfə nəşr edilmişdir.

Prof. F.Y.Səməndərovun iştiraki və redaktorluğu ilə ilk dəfə milli dildə hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası” cinayət hüququ sahəsində məşğul olaq tədqiqatçıların və hüquq mühafizə orqanları işçilərinin stolüstü kitabına çevril­mişdir. Cinayət qanunun həm Ümumi, həmdə Xüsusi hissəsini əhatə edən bu kommentariya cinayət qanununun praktikada düzgün tədbiq edilməsi işinə xidmət edir. Geyd edilən kommentariya indiyə kimi 6 dəfə nəşr eləmişdir.

Prof. F.Y.Səməndərov 1995-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Hüquqi islahatlar komissiyasının üzvüdür, eyni zamanda Respublika Ali Məhkəməsi yanında Elmi Məsləhətlər şürasının, Respublika Prokurorluğu yanında Elmi-metodik Şuranın üzvüdür, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquq üzrə Elmi-Metodiki Şurasının sədridir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsinin müasir tələblər və beynəlxalq standartlar səviyyəsində hazırlanmasında geniş istifadə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Respublika Ali Məhkəməsi Plenumunun qərarlarının hazırlanmasında, qanunun mübahisəli məqamlarının aydınlaş­dırılma­sın­da prof. F.Y.Səmən­dərov ekspert kimi yaxından iştirak edir.

Prof. F.Y.Səməndərov hazırda qüvvədə olan Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun hazırlanmasında iştirak etmişdir.

Prof. F.Y.Səməndərovun elmi kadrların hazırlanmasında xüsusi xidmətləri vardır. İndiyə kimi 3 elmlər doktoru və 35 elmlər namizədi hazırlamışdır. O, BDU-nun hüquq fakültəsinin “Cinayət hüququ və Kriminalogiya, cəza-icra hüququ”, “Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisasları üzrə hüquq elmləri namizədi adı verən Müdafiə Şurasının 3 il sədri olmuşdur.

TƏDQİQAT SAHƏSİ

  • Cinayət hüququ
  • Kriminologiya

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI


  1. Azərbaycan Respublikası yeni Konstitusiyası və cinayət qanunvericiliyi sahəsində hüquqi islahatların bəzi məsələləri. Azərbaycan XXI əsrin astanasında. Külliyyat. Elmi-praktik konfrans. Bakı, 1997
  2. «Hüquqi şüurun deformasiyası və cinayət qanunu». Elmi Konfrans. Bakı, BDU nəşriyyatı, 2-ci cild, 1998
  3. О социально-правовых ценностях и недостатках уголовного кодекса Азербайджанской республики 1999 года. Теория и практика – перспективы и задачи на рубеже нового века. Махачкала. 2001.
  4. Narkomaniya ilə mübarizənin bəzi məsələləri. Gənclər narkomaniyanın əleyhinədir» mövzusunda konfrans. Bakı. 2002
  5. “Cəza təyinində cinayət edənin şəxsiyyətinin öyrənilməsinin və nəzəzrə alınmasının vəziyyəti haqqında.  “Qloballaşan cəmiyyətdə hüquq elminin problemləri mövzusunda Respublika elmi konfransı”. Bakı, 2008
  6. “Heydər Əliyev və Azərbaycanın hüquq təhsili”. “Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə” həsr olunmuş Elmi-praktik Konfrans. Bakı, 2008
  7. “Cinayət hüququnda cəzanın fərdiləşdirilməsinin bəzi məsələləri”. BDU-nun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans. Bakı, 2009
  8. “Cəzanın fərdiləşdirilməsində iştirak edən bəzi amillər haqqında”. “Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87 illik yubileyinə həsr olunmuş “Hüquq elminin müasir problemləri” II Beynəlxalq konfrans” Bakı, 2010
  9. Cinayət hüququnda ədalətlilik prinsipinin tənləşdirici və fərdiləşdirici meyarlarının nəzərə alınması. “Dövlət və hüquq qurucu­lu­ğu­nun aktual problemləri “ mövzusunda          11-ci Respublika elmi-praktik konfransı. 5 may. Bakı, 2010
  10. Qədim Dünyada talion prinsipi icma, qəbilə və tayfa münaqişələrini tənzimləyən vasitə kimi. Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 93-cü ildönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70 illiyinə həsr edilmiş “Hüquq elminin müasir problemləri: “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının müdafiəsinin yeni tendensiyaları” mövzusunda VI Respublika elmi-nəzəri konrası (5-6 may), Bakı, 2016
  11. Hüquqi şüurun inkişafı zərərli əməllərin kriminallaşdırılmasının subyektiv tərəfinin şərti kimi. Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 93-cü ildönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70 illiyinə həsr edilmiş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının müdafiəsinin yeni tendensiyaları mövzusunda VI Respublika elmi-nəzəri konras (5-6 may), Bakı, 2016,

Bundan əlavə, prof. F.Y.Səməndərov Moskva, Minsk, Aşqabad və digər şəhərlərdə keçirilmiş beynəlxalq və regional elmi konfranslarda iştirak etmişdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. 1. Cinayəti doğuran səbəb və şəraitin cəza təyininə təsirinin ümumi məsələləri. ADU-nun «Elmi əsərləri», 1968. №1, 0,6 ç/v

2. Qəsdən adamöldürmə cinayətini doğuran bəzi halların hüquqi əhəmiyyəti haqqında. ADU-nun «Elmi əsərləri», 1969. №1, 0,5 ç/v.
3. Cinayətkarın şəxsiyyəti və ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə görə məsuliyyətin bəzi məsələləri. «Sosialist qanunçuluğu», 1969, №4, 0,4 ç/v.
4. Residivistlərin kriminoloji xarakteristikasına dair. (T.M.Qa­fa­rovun şərikli müəllifliyi ilə). «Azərbaycan Respublikası Elmlər Akademiyasının «Xəbərləri», 1969, №4, 0,6 ç/v.
5. Cinayət qanununun təsirliliyi məsələsinə dair. ADU-nun «Elmi əsərləri», hüquq elmləri seriyası, №1, 1975.
6. Həddi-büluğa çatmamışlara təyin edilən cəzanın təsirliliyi məsələsinə dair. ADU-nun «Elmi əsərləri», hüquq elmləri seriyası, №2, 1976.
7. Dövlət əmlakının və ictimai əmlakın oğurlanması cinayətlərinə görə təyin edilən cəzanın təsirliliyi haqqında. ADU-nun «Elmi əsərləri», hüquq seriyası, №1, 1978
8. Əməlin kriminallığını müəyyən edilməsində və cinayət qanunun tətbiqində ictimai rəyin əhəmiyyəti. «Sovet hüququ üzrə məsuliyyət məsələləri» tematik  top­lu, ADU nəşr, 1982
9. Правосознание и некоторые вопросы криминализации деяний, посягающий на жизнь и здоровье граждан в условиях НТР. Тематический сборник «Правовая охрана личности в СССР», Изд-во АГУ, 1985.
10. Sovet kriminologiyasının bəzi məsələləri. Dərs vəsaiti. Bakı, ADU nəşriyyatı, 1987,          6 ç/v.
11. Повышение правосознания граждан – важный фактор совершенствования уголовного законодательства и практика его применения. «Вопросы уголовно-правовой борьбы с преступлениями несовершеннолетних». Тематический сборник научных трудов АГУ, 1987
12. Əməlin nisbətən geniş yayılması və kriminnalaşdırma fəaliyyətində onun əhəmiyyəti. «Cinayət və cinayət prosessual qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri». Elmi əsərlərin tematik külliyyatı. BDU nəşr. 1990.
13. Относительная распространенность деяний и ее значение для криминализации. «Вестник» Бакинского Университета, №1, 1994.
14. Состояние правосознания и его роль в криминализации (декриминализации) деяний (dos. R.A.Şamsizadə ilə şərikli). «Qanunçuluq» jurnalı, 1996, №11, 0,8 ç/v.
15. Azərbaycan Respublikası yeni Konstitusiyası və cinayət qanunvericiliyi sahəsində hüquqi islahatların bəzi məsələləri. Azərbaycan XXI əsrin astanasında. Külliyyat. Elmi-praktik konfransın materialları, Bakı, 1997, 0,3 ç/v.
16. «Müqayisəli cinayət hüququ» kursu üzrə Proqram (azərb. və rus dillərində) Bakı Universiteti nəşriyyatı, Bakı – 1997.
17. Cinayətin tövsifinin nəzəri əsasları, ixtisas kursu üzrə Proqram. Bakı Universitetinin nəşriyyatı – 1998.
18. Şəxsiyyət əleyhinə olan cinayətlər. İxtisas kursu üzrə Proqram. Bakı Universitetinin nəşriyyatı, 1998.
19. «Qanunçuluq» jurnalı, 1998, №3, 0,5 ç/v.
20. Qanunçuluğun təmin olunmasında prokurorluğun rolu haqqında. «Qanun» jurnalı, 1998, №6, 0,4 ç/v.
21. «Hüquqi şüurun deformasiyası və cinayət qanunu». Elmi Konfransın tezisləri. Bakı, BDU nəşriyyatı, 2-ci cild, 1998.
22. О роли правосознания в установлении уголовно-правового запрета. В сборн. «Правовая реформа в Азербайджане: пути реализации». Баку «Ширваннешр» 1999
23. Azərbaycan Respublikası yeni cinayət məcəlləsinin sosial hüquqi dəyərləri və qüsurları haqqında. Bakı Dövlət Universitetinin Xəbərləri (sosial-siyasi elmlər seriyası). Bakı, 2000; №3-4.
24. Kriminologiya fənni üzrə Proqram (azərbaycan və rus dillərində). Bakı Universiteti nəşriyyatı, Bakı – 2000.
25. Mülkiyyət əleyhinə olan cinayətlər. İxtisas kursu üzrə Proqram. Bakı Universiteti nəşriyyatı, 2000.
26. Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsi. «Hüquqi dövlət və qanun» jurnalı, Bakı, 2000. №6, 1 ç/v.
27. Tam sərxoş vəziyyətdə cinayət törədən şəxslərin psixi vəziyyəti və  məsuliyyəti. «Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan təqsirləndirilən şəxslərin müdafiəsi və ibtidai istintaqın tək­milləşdirilməsi problemlər» adda külliyat; Bakı, 2001
28. О социально-правовых ценностях и недостатках уголовного кодекса Азербайджанской республики 1999 года (тезисы). Теория и практика – перспективы и задачи на рубеже нового века. Махачкала. 2001.
29. Cinayət qanunvericiliyinin təkmilləşdirilməsi korrupsiya ilə mübarizənin vacib təminatlarındandır. Bakı Dövlət Universitetinin Xəbərləri (sosial və siyasi elmlər seriyası). Bakı. 2002; №1-2.
30. Cinayət hüququ. Ümumi hissə kursu üzrə Proqram (azərb., rus dillərində). Bakı Universiteti nəşriyyatı. 2001.
31. Cinayət hüququ. Xüsusi hissə kursu proqram (azərbaycan və rus dillərində)Bakı. BDU nəşriyyatı, 2001.
32. Cəza icra hüququ fənni üzrə Proqram (azərb. və rus dillərində).Bakı Universiteti nəşriyyatı, Bakı – 2001.
33. Cəza icra hüququnun nəzəri problemləri fənni üzrə Proqram. Bakı Universiteti nəşriyyatı, 2001.
34. Narkomaniya ilə mübarizənin bəzi məsələləri. Gənclər narkomaniyanın əleyhinədir» adda keçirilən konfransın materialları (Materiallar azərbaycan və ingilis dilində dərc edilmişdir) «Nurlar» nəşriyyatı. Bakı. 2002
35. Cinayət hüququnda cəzanın nəzəri problemləri ixtisas kursu üzrə Proqram (azərb. və rus dillərində). Bakı Universitetinin nəşriyyatı, 2002.
36. Программа спецкурса «Теоретические проблемы наказаний в уголовном праве». Издательство Бакинского Университета, 2002.
37. Программа по специальному курсу «Теоретические основы квалификации преступлений». Издательство Бакинского Университета, 2002.
38. Cəza və onun cinayətkarlıqla mübarizədə yeri və rolu haqqında. Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələrin məcmuəsi (13-cü buraxılış).Bakı, 2005, səh: 227-231.
39. “Qloballaşan cəmiyyətdə hüquq elminin problemləri mövzusunda Respublika elmi konfransının materialları”, Bakı 2008
40. Heydər Əliyev və Azərbaycanın hüquq təhsili. “Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Elmi-praktik Konfransın materialları” Bakı, 2008
41.Cinayət hüququnda bəzi fəlsəfi müddəalar haqqında. BDU-nun xəbərləri, № 3, 2009
42.İran İslam Respublikasının Cinayət hüququnun əsas müddəaları. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Azərbaycan Respublikasının Dövlət və Hüquq institutunun aktual problemləri” elmi məqalələr məcmuəsi, , № 1, 2009
43.Dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipi. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Azərbaycan Respublikasının Dövlət və Hüquq institutunun aktual problemləri” elmi məqalələr məcmuəsi, , № 2, 2009
44.  Cinayət hüququnda cəzanın fərdiləşdirilməsinin bəzi məsələləri. BDU-nun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, Bakı 2009
45.  Cəzanın fərdiləşdirilməsində iştirak edən bəzi amillər haqqında. “Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87 illik yubileyinə həsr olunmuş “Hüquq elminin müasir problemləri” II Beynəlxalq konfransın tezisləri” Bakı, 2010
46.  Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin təkmilləşdirilməsi problemləri haqqında. Hüquqi Dövlət və Qanun. №8, 2010
Cinayət hüququnda ədalətlilik prinsipinin tənləşdirici və fərdiləşdirici meyarlarının nəzərə alınması. “Dövlət və hüquq qurucu­lu­ğu­nun aktual problemləri “ mövzusunda       11-ci Respublika elmi-praktik konfransı üzrə çap edilmiş materiallar,  № 5, II cild,             5 may, 2010
48.  Cinayət hüququnda ədalətlilik prinsipinin tənləşdirici və fərsiləşdirici meyarlarının nəzərə alınması. Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda 11-ci Respublika elmi-praktik  konfransının materialları (11-12 may), Bakı, 2011, səh:8-10
49.  Qədim Dünyada talion prinsipi icma, qəbilə və tayfa münaqişələrini tənzimləyən vasitə kimi. Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 93-cü ildönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70 illiyinə həsr edilmiş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının müdafiəsinin yeni tendensiyaları” mövzusunda VI Respublika elmi-nəzəri konrasının materialları (5-6 may), Bakı, 2016, səh: 27-29
50.  Hüquqi şüurun inkişafı ərərli əməllərin kriminallaşdırılmasının subyektiv tərəfinin şərti kimi. Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 93-cü ildönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70 illiyinə həsr edilmiş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respyblikasında İnsan Hüquq və Azadlıqlarının müdafiəsinin yeni tendensiyaları mövzusunda VI Resp
ublika elmi-nəzəri konrasının materialları (5-6 may), Bakı, 2016, səh: 29-31

KİTABLAR


  1. 1. Azərbaycan SSR Cinayət Məcəlləsinin elmi-praktik kommentariyası. (Şərikli Müəlliflik). Bakı, Azərnəşr, 1978, 16,5 ç/v.
  2. 2. Həddi-büluğa çatmayanların cinayətləri və məsuliyyət. Monoqrafiya (şərikli müəlliflik). Bakı, «Elm» nəşriyyatı, 1979. 7 ç/v.
  3. 3. Cinayətin subyektiv cəhəti. Dərs vəsaiti. Bakı, ADU nəşriyyatı, 1989, 6,25 ç/v.
  4. 4. Cinayət hüququ. Cinayət və cəza məsələləri. Dərs vəsaiti. Bakı Dövlət Universiteti Nəşriyyatı, 1994, 24 ç/v.
  5. 5. Cinayət hüququ. Ümumi hissə. Dərslik (Şərikli müəlliflik). Bakı Dövlət Universiteti Nəşriyyatı, 1995, 30,5 ç/v.
  6. 6. Hüquqi şüur və cinayət hüquq yaradıcılığı. Monoqrafiya. Bakı, «Qanun» nəşriyyatı, 1996, 17 ç/v.
  7. 7. Şəxsiyyət əleyhinə edilən cinayətlər. Tövsif məsələləri. Dərs vəsaiti. BDU nəşriyyatı, Bakı, 1997, 12 ç/v.
  8. 8. Cinayət hüququ. Ümumi hissə. Bakı. BDU-nun nəşriyyatı. 1999; 45 ç/v.
  9. 9. Cinayət hüququnda cəzanın sosial-psixoloji problemləri. Monoqrafiya. Bakı, 1999.
    10. Cinayət hüququ. Ümumi hissə. Dərslik. Hüquq ədəbiyyatı» nəşriyyatı. Bakı 2002; 46 ç/v

11.  Cinayət hüququ. Ümumi hissə.  Dərslik. “Digesta nəşriyyatı 2007, 43,7 ç/v

12. Bakı Dövlət Universitetinin Hüquq fakültəsi: tarixi və bu günü. Bakı, 2008, (Şərikli müəlliflik).

13. Cinayət hüququnda cəza problemi: (Tarix və Müasirlik). Monoqrafiya, Bakı Universitetinin nəşriyyatı , 2009. 18 ç/v

14. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin elmi kommentariyası. Kommentariya. “Digesta nəşriyyatı 2011. 70 ç/v Həmmüəlliflərlə birlikdə

15. Уголовное право Азербайджанской Республики. Общая часть. «Zərdabi» 2011, 22 ç/v

16. Kriminologiya. Dərs vəsaiti.”Digesta” nəşriyyatı. Bakı, 2012, 15 ç/v

17. Cinayət hüququ. Ümumi hissə. Dərslik. “Hüquq yayın evi” nəşriyyatı. Bakı, 2015. 45 ç/v

18. Cinayət hüququ. Ümumi hissə. Dərslik. (Yenidən işlənmiş nəşr). “Hüquq yayın evi” nəşriyyatı. Bakı, 2017. 45 ç/v

19. Kriminologiya. Dərslik. Bakı Universiteti nəşriyyatı, 2018, 26.75 ç/v

TƏLTİFLƏR


Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 538 nömrəli Sərəncamı
ilə F.Y.Səməndərova “Əməkdar Hüquqşünas” fəxri adı verilmişdir.