Fəridə Məhəmmədəli qızı Əliyeva
Böyük laborant
İş telefonu: + (994 12) 5387432
e-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
1984-cü il sentyabrın 18-də Bakı şəhərində anadan olub.
1991-2001-ci illərdə 129 saylı orta məktəbdə oxumuşdur.
2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuş, 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək magistratura təhsil pilləsinin qiyabi şöbəsinə daxil olmuşdur. 2008-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
2005-ci ildə Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir. 2008-2012-ci illərdə Əmək və ekologiya hüququ kafedrasının dissertantı olmuşdur. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Sosial təminat hüququnun predmeti: sistemli hüquqi təhlil” mövzusunda dissertasiya işini tamamlamışdır, müdafiə ərəfəsindədir.
2011-ci ildən Sosial təminat hüququ fənni üzrə saathesabı qaydada dərs aparır.
Ailəlidir, 2 övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2001-2005, tələbə, Hüquq fakültəsi, BDU
2005-2008, magistr, Hüquq fakültəsi, BDU
2008-2012, dissertant, Hüquq fakültəsi, BDU
ƏMƏK FƏALİYYƏTİ
2005 – baş laborant, Əmək və ekologiya hüququ kafedrası, Hüquq fakültəsi, BDU
2011 – saathesabı müəllim, Əmək və ekologiya hüququ kafedrası, Hüquq fakültəsi, BDU
Apardığı dərslər: Əmək hüququ; Sosial təminat hüququ
TƏDQİQAT SAHƏSİ
Sosial təminat hüququnun ümumi hissəsinin müasir problemləri; Əmək pensiyaları
SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. Bazar iqtisadiyyatı şəraitində sosial təminat hüququnun predmetinin bəzi məsələləri/Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. Bakı, 2009, № 3, s.169-173
- Müasir dövrdə sosial təminat hüququnun hüquq sistemində yerinin müəyyən edilməsinin nəzəri aspektləri//Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, Bakı, 2011, № 3, s.79-87
- Экспансия права социального обеспечения на современном этапе//Образование. Наука. Научные кадры, Москва, 2011, № 4, с.94-98
- Müasir dövrdə sosial təminat qanunvericiliyinin sistemləşdirilməsi problemləri//Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2011, № 4, s.206-211
- Sosial təminat hüququnun predmetinin bəzi məsələləri/Ulu Öndər Heydər Əliyevin ad gününə və Azərbaycan Respublikasının dövlətçiliyinin bərpasının 20 illiyinə həsr olunmuş «Hüquq elminin və təhsilinin müasir problemləri və həlli yolları» adlı beynəlxalq Konfransın Materialları. Bakı, 2011, s.95-97
- Məcburi dövlət sosial sığortası sosial təminat hüququnun yarımsahəsi kimi/Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş «Dövlət və hüquq quruculuğunun aktual problemləri» mövzusunda 11-ci Respublika elmi-praktik konfransinin materialları (11-12 may 2011-ci il). Bakı, 2011, s.266-267
- Sosial təminat hüququnun predmetinə daxil olan ictimai münasibətlərin ümumi xarakteristikası//Nəqliyyat hüququ, Bakı, 2012, № 3, s.215-228
- Sosial təminat hüququnun predmetinə funksional yanaşma/«Azərbaycanda hüquqi dövlət quruculuğu və qanunçuluq-2020: Gələcəyə baxış» mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları (11-12 iyun 2012-ci il). Bakı, 2012, s.176-178
- Sosial təminat sistemi üzrə prosedur və prosessual hüquq münasibətləri/Doktorantların və gənc tədqiqatçıların XVI Respublika Elmi Konfransının Materialları, Bakı, 2012, s.318-322
- İnsan və vətəndaş hüquqları sistemində sosial hüquqların yeri və rolu haqqında/Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları (18-19 noyabr 2012-ci il). Bakı, 2013, s.109-111
- Sosial təminat hüququnda hüquqi məsuliyyətin bəzi məsələləri//“Dirçəliş-XXI əsr” jurnalı, Bakı, 2017