Hesabat
Cinayət hüququ və kriminologiya kafedrasının əməkdaşları son beş ildə müxtəlif nəşrlərdə, o, cümlədən xaricdə 1000 çap vərəqindən artıq dərslik, dərs vəsaiti, monoqrafiya, 50-dən artıq məqalə yazıb dərc etdirmişdilər.
Kafedrada hər semestrdə iki dəfə elmi seminar təşkil olunub. Ardıcılıqla namizədlik dissertasiyalarının ilkin müzakirəsi keçirilib. Kafedrada hər tədris ilində açıq dərslər, müəllimlərin dərslərə qarşılıqlı gedişi kimi metodik tədbirlər həyata keçirilib.