hesabat

CİNAYƏT PROSESİ KAFEDRASININ
2007/2008-cİ tədris ilindəki fəaliyyətinə dair
H E S A B A T I

Kafedranın bütün üzvləri tədris yüklərini vaxtında yerinə yetirmişlər.
Tədris işinin vəziyyəti daim kafedra iclaslarında da müzakirə olunur və müvafiq qərarlar çıxarılır.
Bakalavr və magistr təhsil pilləsində tədris olunan «Hüquq mühafizə orqanları», «Cinayət prosesi», «Birinci instansiya məhkəməsində icraat», «Məhkəmə sübutları», «Cinayət prosesində ittiham funksiyasının problemləri» və «Apellyasiya və kassasiya instansiyalarında cinayət işləri üzrə məhkəmə icraatı» fənnləri üzrə yeni proqramlar və metodik vəsaitlər hazırlanmışdir, həmcinin minimum imtahanları üçün proqram kafedranın dosenti F.M.Abbasova tərəfindən tərtib edilmişdir.
Tələbələrin istehsalat və tədris təcrübələrinin keçirilməsinə də xüsusi diqqət yetirilmişdir. Hüquq fakültəsinin rəhbərliyinin təşəbbüsü ilə Bakı Dövlət Universiteti Ədliyyə Nazirliyi və Respublika Prokurorluğu ilə müqavilə bağlamışdır və bu müqaviləyə əsasən tələbələr bu orqanlarda təcrübələrini keçirlər.
Əyani şöbənin 4 kurs tələbələri 2008-cı il aprelin 01-dən aprel ayının 30-na qədər məhkəmə orqanlarında istehsalat təcrübəsi keçmişlər. 5 aprel 2005-ci il tarixdə kafedrada tələbələrlə təşkilati konfrans keçirilmiş və onlara proqramlar paylanmışdır İstehsalat təcrübəsinin proqramı yenidən hazırlanmış və kafedra iclasında və fakültə Elmi Şurasında təsdiq edilmişdir. (03 mart 2008-ci il tarixdə).
Əyani şöbəsinin 3 kurs tələbələri 2008-ci ilin 01 iyulundan 30 iyula kimi Azərbaycan Respublikasının Prokurorluq və Məhkəmə orqanlarında tədris təcrübəsini keçirlər. Rayon və şəhər Prokurorluqları aralarında tədris təcrübəsinin göndərişləri və proqramları vaxtında paylanmışdır və hal-hazırda onlar tədris təcrübəsi keçirlər.
Kafedra üzrə diplom və buraxılış işlərinin hazırlanması və müdafiəsinə xüsusi diqqət yetirilmişdir. Kafedra iclasında diplom və buraxılış işlərinin tematikası müzakirə olunmuş, təsdiq edilmişdir və rəhbərlər təyin olunmuşdur. May ayının 01-dən başlayaraq iyunun 05-nə qədər hər həftə kafedrada ilkin müdafiə keçirilmiş və tələbələr diplom və buraxılış işlərinin 09 iyun 2008-ci il tarixində BYDAK qarşısında açıq müdafiəsinə buraxılmışlar. Kafedra üzrə 2007/2008-ci tədris ilində 64 nəfər diplomçu vardır. Onlardan 61 nəfəri müvəffəqiyyətlə müdafiə etmiş, 1 nəfər gəlməyib 1 nəfər xaric olunmuşdur.
Magistratura pilləsində təhsil də daim kafedranın diqqət mərkəzindədir. 1 kursda magistraturanın əyani şöbəsi üzrə 2 nəfər, qiyabi şöbə üzrə 5 nəfər magistrant dissertasiya işi üzrə işləyirlər.
Magistratura təhsil pilləsində tədris olunan fənnlərə dair kafedranın müəllimləri tərəfindən proqramlar tərtib olunmuş və çapa verilmişdir. Magistratura pilləsi üzrə 2 kurs tələbələri 2008-cı ildə Bakı şəhər Prokurorluğunda və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində elmi-tədqiqat təcrübəsi, ondan sonra 2 həftə ərzində hüquq fakültəsində elmi-pedaqoji təcrübə keçmişlər. 1 kurs əyani şöbə magistrləri tələbələri iyun ayının 22-dən iyulun 23-dək Azərbaycan Respublikasının Ağır cinayətlərə dair işlər üzrə Məhkəməsində elmi-tədqiqat təcrübəsinə göndəriliblər.
Kafedranın magistrantları Ümummilli liderimiz H.ƏLİYEVİN anadan olmasının 85-cü il dönümünə həsr olunmuş «Dövlət və hüquq quruculuğunun aktual problemləri» mövzusunda Hüquq fakültəsi magistrantlarının Elmi-praktik konfransının «Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika və məhkəmə ekspertizası» ixtisası üzrə Cinayət prosesi kafedrasında məruzələrlə çıxış etmişlər.
Bundan başqa, kafedranın əksər magistrantlarının bir neçə elmi məqalələri Qanun jurnalında və müxtəlif elmi məqalələr məcmuələrində çap etdirmişlər.Kafedranın müəllimi, hüquq elmləri namizədi Rəhimov Elmar Eldar oğlu dosent vəzifəsinə seçilmişdir.Daha sonra kafedranın iki müəllimi Hüseynova Könül Elman qızı və Qasımov Ərəstun Əliyar oğlu hüquq elmləri namizədi alimlik dərəcəsini almışlar.