HÜQUQ FAKÜLTƏSİNİN MƏZUNU DÜNYA ŞÖHRƏTLİ DETEKTİV YAZIÇI

Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində anadan olmuşdur. Hüquq elmləri doktorudur. Dünya şöhrətli yazıçının əsərləri 16 dilə tərcümə edilmiş və MDB ölkələrində, eləcə də ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə və s. ölkələrdə 20 milyondan artıq nüsxə ilə nəşr edilmişdir. Amerikanın «Krisçen Saundens Monitor» jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərdən adlandırmışdır.