Doktoranturaya qəbul üçün P R O Q R A M

İzahat vərəqəsi

Hüquq nəzə­riyyəsi fundamental tədris fənnidir və onun özü­nün predmetini hüququn və hüquqi hadisələrin yaranması, inkişafı və fəaliyyətinin ümumi qanunauyğunluqları, hü­qu­qun döv­lətlə və digər sosial hadisə və proseslərlə qarşılıqlı əlaqələri, ictimai hə­yatda onun rolu və sosial təyinatı təşkil edir. Hüquq nəzəriy­yəsi xüsusi hüquqi təfəkkürün və hüquq düşüncəsinin formalaşdırılması üzrə mühüm vəzifəni yerinə yetirir ki, bunlar da Azərbaycan Res­pub­likasında gedən və hüquq sisteminin formalaşdırılmasına, insa­nın və vətəndaşın qanuni maraqları naminə onun fəaliyyə­tinin ef­fek­tiv­li­yi­nə təsir edən sosial-iqtisadi proseslərə adekvat olaraq isti­qamətlən­məyə, ölkədə həyata keçirilən hüquq siyasətinin və mü­va­fiq hüquqi islahatların dərkinə, onların reallaşdırılmasına şərait yaratmağa imkan verir.

“Hüquq nəzəriyyəsi” kursu tələbələri hüquq kimi mürəkkəb sosial feno­menin mahiyyətinin, onun çoxtərəfli əlaqələrinin və təza­hürlərinin öyrənilməsinə və mənimsənilməsinə yönləndirir, icti­mai münasibətlərin daha effektiv tənzimləyicisi kimi hüququn unikal­lığının dərk edilməsinə və onda mövcud olan potensial im­kanların isti­fa­dəsinin zəruriliyinə istiqamətləndirir.

Hüquq nəzəriyyəsinin və onunla əlaqəli olan hüquqi təza­hür­lərin öyrənilməsi tələbələrdə ictimai münasibətlərin nizama salın­ma­sı, cəmiyyətin hüquqi həyatının for­malaşdırılması üçün obyektiv dərəcədə zəruri olan vahid bütöv sistem olaraq hü­qu­qun anlamını, cəmiyyətin siaysi sistemində hüququn rolunu və yerinin dərkini for­malaşdırır, eyni zamanda tələbələrdə normativ materialla savadlı tərzdə iş­lə­mək, qanunu peşəkarcasına tətbiq etmək vərdişlərinin for­ma­laşdırılmasına imkan yaradır.

Hüquq elmləri üçün ümumi olan fundamental hüquqi anla­yış­ları və kateqo­ri­yaları işləyib hazırlayan hüquq nəzəriyyəsi elmi-nə­zə­ri bilgilərlə yanaşı özündə praktiki yükü də daşıyır. Praktika ilə mü­təmadi olaraq zənginləşən həmin tədris fənni gələcək  hü­quq­şü­nas mütəxəssislərin peşəkar hazırlığının təməlini qoyur ki, həmin mütə­xəs­sislərin də hüquqi savadlılığı onların nəzəri hazırlığı ilə, professional fəaliyyətin müxtəlif sferalarında nəzəri bilgilərin tətbi­qinin peşəkar vərdişlərinin mənimsə­nil­məsi ilə ölçülür.

Bu gün hüquq haqqında dərin biliklərə malik olmayan, milli qanunvericiliyi bilməyən və hüquq tətbiqi vərdişlərinə yiyələn­mə­yən peşəkar hü­quq­şünası təsəvvür etmək çətindir. Müasir hüquq­şü­nas geniş siyasi və hüquqi in­for­masiya ilə yüklənən, peşə­karcasına qanunvericiliklə işləyə bilən, əsaslandırılmış və ehtimalla qanunu tətbiq edən, ölkədə qanuna və onun nüfuzuna hörmət ru­hun­da siyаsi hü­quqi mühitin formalaşmasına xidmət edən hərtərəfli təhsil gör­müş peşəkar olmalıdır.

Hüquq nəzəriyyəsinin yüksək ixtisaslı peşəkar hüquq­şü­nas­ların hazırlığında ifadə olunan əhəmiyyəti və rolu ilə şərtləndirilən məq­səd­ləri aşa­ğı­dakılardır:

-   tələbələrdə Azərbaycan Respublikasında və bütün dünyada baş verən, hü­ququn inkişafına və fəaliyyətinə təsir göstərən sosial-iqtisadi proseslərin dərkinə və izahına imkan yaradan xüsusi hüquqi təfəkkürün formalaşdırılması;

- tələbələri Azərbaycan Respublikasının hüquq siyasətinin və həyata keçiri­lən hüquqi islahatlarin mahiyyətinin və təmayülünün dərkinə yönləndirilməsi;

- hüququn fəaliyyətinin əsas qanunauyğunluqlarının, onun dövlətlə və digər sosial institutlarla qarşılıqlı əlaqələrinin, həmçinin suveren Azərbaycan Respublikasında əsas inkişaf tendensiyalarının dərki vərdişlərinin tələbələrdə inkişaf etdirilməsi;

-   tələbələrdə hüququn vətəndaşların hüquq və azadlıqlarının mü­dafiəsi yö­nümündə fəaliyyət göstərən vahid bütöv sistem kimi so­sial rolunun dərkinin for­malaşdırılması;

-   hüququn cəmiyyətin siyasi sistemində, ölkənin hüquqi həya­tının formalaşdırılmasında sosial rolunun dərk edilməsi;

-   gələcək peşəkarların dünyagörüşü mövqelərinin formalaş­dı­rılması, onla­rın Qanunun ciddi şəkildə gözlənilməsi əsasında özlə­rinin professional vəzifələrinin icrasına yönləndirilməsi;

-   Azərbaycan Respublikası qanunvericiliyinin timsalında tələ­bə­lərə norma­­tiv materialla sərbəst və savadlı bir tərzdə işləmək, hər bir işin faktiki hallarının hərtərəfli təhlili əsasında normativ hüquqi aktları peşəkarcasına tətbiq etmək vərdişlərinin aşılanması;

-   hüququn ictimai münasibətlərin effektiv hüquqi nizam­layı­cısı kimi sosial dəyərinin dərkinə, hüquq pozuntuları ilə müba­ri­zə­yə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının mühafizəsinə yönə­lik hüquq düşüncəsinin formalaşması;

-   tələbələrin hüququn və hüquqi institutlarının nəzərdən keçi­rilməsinə müstəqil yaradıcı münasibətə istiqamətləşdirilməsi; on­larda ölkənin qanunvericilik prosesinin təkmilləşdirilməsinə fəal qo­şulmaq bacarığının tərbiyə edilməsi;

-   Hüquq nəzəriyyəsi elmi tərəfindən işlənib hazırlanan hü­quq­şünaslığın ümumelmi əsaslarının öyrənilməsi əsasında tələ­bələr tə­rə­findən xüsusi hüquqi fənn­lərin mənimsənilməsinə onların hazır­lanması.

Hüquq nəzəriy­yəsi hüquq elmləri sistemində xüsusi, aparıcı yeri tutur. Hüquq nəzəriyyəsi fundamental hüquq elmi­dir, onun nü­fu­zu və vacibliyi bu elmin məzmunu, təyinatı və əhə­miy­yəti ilə şərt­ləndirilir.

Hüquq nəzəriyyəsinin fundamentallığı onun hüququn ya­ran­ması,  inki­şafı və fəaliy­yətinin bütün sahəvi hüquq elmlərinin əsa­sın­da duran ən ümumi qa­­nu­nauyğullarını öyrənməsində ifadə olu­nur.

Hüquq nəzəriyyəsi hüququ bütöv hadisə kimi öyrəndiyi, hüquq haqqında vahid biliklər sistemi yaratdığı halda, sahəvi hüquq fənlərindən hər birinin predmeti isə mə­lum olduğu kimi, hüququn fəaliyyətinin konkret müəyyənləş­dirilmiş, daha dar sferasını əhatə edir.

Hüquq nəzəriyyəsi bütün hüquq elmləri üçün ümumi olan prob­lemləri təd­­qiq edir. Onun tərəfindən işlənib hazırlanan əsas anlayışlar və kate­qoriyalar təməl başlan­ğıcları hesab olunurlar, sa­hə­vi elmlərin öz xüsusi nəzəriyyəsinin formalaşdırılması və inki­şa­fı üçün pos­tulat qismində çıxış edirlər. Bu mənada hüquq nəzə­riy­yə­si ümumiləş­dirici elm sayılır.

Bütün hüquqşünaslıq üçün ümumi, başlangıc hüquq müd­dəa­larının və kateqo­ri­ya­­larının vahid sistemini yaradan hüquq nəzə­riyyəsi həmçinin, bütün  hüquq elmlərinin vahid sistemdə bir­ləş­dirən, bağlayıcı bir elm rolunda çıxış edir. Nümunə üçün qeyd edək ki, hüquq nəzəriyyəsi hüquq münasibətləri insti­tutunu və onunla bağlı olan məsələləri (anlayışını, tərki­bini, onun elementlərini, hü­qu­qi faktları və s.) tədqiq edir. Həmin institut həmçinin hər bir sahəvi elm tərəfi­ndən özünün sferasında öyrənilir. Bununla belə onlar üçün özlərinin nəzəri müd­dəa­larının uyğun­laşdırdığı hüquq nəzəriyyəsinin anla­yışları və kateqoriyaları  başlangıc hesab olunur­lar. Digər nümunələr də gətirmək olar: hüququn təf­siri, hüququn realizəsi, qanunçuluq və s. institutlar. Təsadüfi deyil­dir ki, hüquq nəzəriyyəsini əksər hal­larda «Ümumi hüquq nəzəriyyəsi» adlan­dırırlar.

Hüquq nəzəriyyəsinin mühümlüyü həm də belə bir halla təsdiqlənir ki, hüquq nəzəriyyəsinin öyrənilməsinə sahəvi fənlərin öyrənilməsindən əvvəl başlanılır və hüquqi təhsil bu fənnin tədrisi ilə başlayır. Hüquq nəzəriyyəsinin işləyib hazır­ladığı anlayış apara­tını bilməmək sahəvi hü­quq elmlərinin mənimsə­nil­məsini əhəmiy­yə­tli dərəcədə çətinləşdirir.

Hüquq elmləri sistemində hüquq nəzəriyyəsinin əhə­miyyəti və yeri həmçinin onun metodoloji funksi­ya­sı ilə şərtləndirilir. Hüquq nəzəriy­yəsi hüquqi tədqiqat metodlarının sistemini forma­laş­dıran metodoloji elmdir. Sahəvi hüquq elm­lərinə müna­sibətdə hü­quq nəzəriyyəsinin anlayışları və kateqoriyaları onların problem­lə­ri­nin tədqiqi prosesində metodlar qismində çıxış edirlər, onlar üçün öz predmetlərinin elmi idrak metodu rolunu oynayırlar.

Hüquq nəzəriyyəsi digər hüquq elmləri ilə sıx əlaqədədirlər və bu, birtərəfli deyildir. Hüquq nəzəriyyəsi öz dəlillərini onu fak­tiki materialla zən­ginlləşdirən sahəvi hüquq elmlərinin nailiy­yətlərindən istifadə etməklə qurur və in­kişaf edir. Sahəvi elmlərdə əks olunan empirik faktların təhlili və ümumi­ləş­di­­rilməsi hüquq nə­zə­riyyəsi tərəfindən təməl anlayışlarının və kateqoriyala­rının for­ma­laşdırılmasını stimullaşdırır.

“Hüquq nəzəriyyəsi” kursunun öyrənilməsi prosesində tələbə­lər Azərbaycan Respublikasında hüququn inkişaf tendensi­yala­rı­nı və xüsusiyyətlərini; cəmiyyətin siyasi sistemində və ictimai həyatında hüququn ro­lunu, onun ictimai münasibətlərin effektiv tənzimləyicisi kimi so­sial dəyərliliyini, hüquqi tənzimləmənin mexanizm və vasi­tələ­rini; Аzərbaycan Respublikasının hüquq sistemini və qanunve­rici­lik sistemini; normayaratma prosesini, normayaratma subyektlərinin səla­hiy­yətlərini; hüququn realizəsi formalarını, hüquq tətbiqetmə prosesini, qa­nunun təfsirinin qaydalarını; qanunçuluğun və hüquq qaydasının prinsiplərini və tələb­lə­rini;hüquq pozuntularının əlamətlərini, tərkibini, səbəblərini; hüquqi məsuliyyətin mahiyyətini, prinsip­lərini, hüquqi məsuliyyətə cəlb etmənin və məsuliyyətdən azad edilmənin əsas­la­rını; hüquq nəzəriyyəsi elmi tərəfindən işlənib hazırlanan anlayış aparatını bilməlidirlər.

“Hüquq nəzəriyyəsi” kursunun öyrənilməsi nəticəsində tələbələr öz peşəsinin sosial əhəmiyyətini dərk etməyi; qanunçuluğun və hüquq qaydasının təmini, mənafelərinin, dövlətin, cəmiyyətin, şəx­siyyətin hüquq və azadlıqlarının müdafiəsi üzrə öz vəzifə öhdəliklərini vicdanlа yerinə yetirmək məqsədi ilə hüquq düşüncəsinin yük­sək səviyyəsinə, mənəvi keyfiyyətlərə, hü­qu­qi təfəkkürə və hüquq  mədəniyyətinə malik olmağı; əldə edilmiş nəzəri bilikləri özünün peşəkar fəaliyyəti sfe­ra­sında  sərbəst şəkildə tətbiq etməyi; normativ materialla hüquqi baxımdan savadlı bir tərzdə işlə­məyi, qanunun ciddi gözlənilməsi ilə hüququn  əsaslandırılmış tət­bi­qini, mən­tiqi cə­hətdən düzgün qərarların qəbul edilməsini; hüquq tətbiqetmə prosesində hüquqda boşluqların və ziddiy­yətlərin üzə çıxarılmasını, onların aradan qaldı­rılması üçün res­pub­lika qanunveri­cili­yində müəyyən edilmiş qaydalardan istifadə edil­mə­sini; hüquq normalarının təfsirinin üsullarına və onların düzgün tət­biqi vərdişlərinə yiyələnməyi; hüquqi faktların və onların əsasında yaranan hüquq müna­si­bət­lərinin savadlı tərzdə tövsif edilməsini; hüquq pozuntusu məsələlərinin elmi anlamının mənimsə­nilməsini, onların səbəblərinin aşkarlanmasını və xəbərdarlığı üzrə profilaktika­nın həyata keçirilməsini; hüquqi məsuliyyət tədbirlərinin qanuni əsaslarının, həmçi­nin hüquqi məsuliyyətə cəlb etmənin və ondan azad etmənin əsas­larının müəyyən edilməsini; hüquqi anlayışlar, kateqoriyalar və terminologiya ilə sərbəst surətdə işləməyi; peşəkarlıq səviyyəsini daim artırmağı; Qanuna, hüquqa, şəxsiyyətin hüquq və azadlıqlarına hör­mət­lə yanaş­manı tərbiyə etməni bacarmalıdırlar.

Mövzular üzrə saatların bölgüsü

Mövzunun adı

Saatlar

Müha-zirə

Semi-nar

Cəmi

1.

Hüquq nəzəriyyəsinin an­ayışı, pred­meti və meto­do­logiyası

2

2

2.

Hüququn mənşəyi

2

2

3.

Hüququn anlayışı, mahiy­yə­ti və funksiyaları

2

2

4

4.

Hüquq sosial normativ tən­zim­et­mə sistemində

2

2

4

5.

Hüquq və dövlət

2

2

4

6.

Hüquq və cəmiyyətin siyasi sistemi

2

2

4

7.

Hüququn mənbələri (for­maları)

2

2

4

8.

Hüquq normaları

2

2

4

9.

Normativ hüquqi aktlar

2

2

4

10.

Hüquqyaratma. Hüququn sistemləşdirilməsi

2

2

4

11.

Hüququn sistemi və qanun­veri­ci­­lik sistemi

2

2

4

12.

Hüquq münasibətləri

4

2

6

13.

Hüququn realizəsi

2

2

4

14.

Hüququn təfsiri

2

2

4

15.

Hüquq düşüncəsi və hüquq mədə­niy­yəti

2

2

16.

Hüquqi  tənzimetmə mexa­nizmi

2

2

4

17.

Qanunçuluq və hüquq qay­dası

2

2

18.

Hüquqauyğun davranış. Hüquq po­zuntusu

2

2

4

19.

Hüquq məsuliyyəti

2

2

4

20.

Hüquq, şəxsiyyət, vətəndaş cə­miy­yə­ti

2

2

21.

Müasir dövrün əsas hüquq ailə­ləri (sistemləri)

3

3

Cəmi:

45

30

75


Mövzu 1. Hüquq nəzəriyyəsinin anlayışı, predmeti və metodologiyası

Fundamental hüquq elmi və bütöv bilik sistemi kimi hü­quq nə­zəriyyəsinin anlayışı və predmeti.

Hüquq hüquqşünaslığın obyekti kimi.Elmin predmeti və ob­yektinin qarşılıqlı nisbəti.Hüquq nəzəriyyəsinin funk­siya­la­rı.

Müasir dövrdə hüquq nəzəriyyəsinin inkişafı, onun ictimai təcrübə ilə əlaqəsi.

Hüquq nəzəriyyəsinin ictimai elmlər sistemində yeri. Fəlsəfə, iqtisadi nəzəriyyə, sosiologiya, politologiya ilə əlaqəsi.

Hüquq elmlərinin təsnifatı. Hüquq nəzəriyyəsinin hüquq elm­lə­ri sistemində aparıcı rolu. Hüquq nəzəriyyəsinin bütün sahəvi hü­quq elmləri üçün ümumi olan hüquq haqqında əsas anlayışları və kate­qoriyaları işləyib hazırlaması.

Hüquq nəzəriyyəsinin metodologiyasının anlayışı və əhə­miy­yəti. Hüququn dərk edilməsində fəlsəfənin dünyagörüşü əhə­miy­yəti.

Hüquq nəzəriyyəsinin metodlarının müxtəlifliyi: ümumi (fəl­sə­fi – metafizika, dialektika), ümumelmi (təhlil, sintez, sis­tem­li yanaş­ma) və xüsusi elmi metodlar (məntiqi, müqayisəli-hüquqi, konkret-so­sioloji və s.).

Hüquq nəzəriyyəsinin strukturu (3,4,7,9,26).

Mövzu 2. Hüququn mənşəyi

İbtidai icma cəmiyyətdə hakimiyyət institutları və sosial nor­ma­lar. Sosial normaların ümumi xarakteristikası. İlkin sinifli cə­miy­yətlər. Hüququn mənşəyinin  əsas səbəbləri, ümumi qanu­na­uy­ğun­luqları və xüsusiyyətləri. Hüququn yaranmasının tarixi yolları: asiya (“asiya istehsal üsulları”) və qərb yolları.

Hüququn  əlamətləri. Onun ibtidai cəmiyyətin sosial nor­ma­la­rın­dan fərqi.

Hüququn mənşəyinə dair nəzəriyyələrin pluralizmi: təbii-hü­­quq, tarixi, normativist, marksist, psixoloji, sosioloji və s.). Hü­qu­qun mənşəyi haqqında müasir nəzəriyyələr. Nəzə­riy­yələrin üs­tünlüklərinin və çatışmazlıqlarının ümumi xapak­teristikası (3,4,6,

7,­­9,25).

Mövzu 3. Hüququn anlayışı, mahiyyəti və funksiyaları

Hüququn anlayışı. Hüquq sosial və yuridik anlamda. Hü­qu­qun mahiyyəti və ona təsir edən amillər (sosial, iqtisadi, mə­nəvi, dini, siyasi və s.) Hüququn əlamətləri. Hüquq və qanun.

Hüququn anlamının konsepsiyaları (təbii-hüquq nəzəriy­yəsi, pozi­tivizm hüquq nəzəriyyəsi, sosioloji nəzəriyyə və s.).

Hüquq obyektiv və subyektiv anlamda. Hüquq qayda ki­mi. Hüquq mənafe kimi. Hüquq azadlıq kimi.Hüquq tələb et­mə kimi.

Hüququn tərifi məsələsi.

Hüququn əsas prinsipləri.

Hüququn sosial təyinatı. Hüquq cəmiyyətdə sosial kom­pro­mis vasitəsi kimi.

Hüququn funksiyalarının anlayışı və təsnifatı (3,4,7,8,30,39)

Mövzu 4. Hüquq sosial normativ tənzimetmə sistemində

Sosial normativ tənzimləmə sistemi. Sosial və texniki nor­ma­lar.

Sosial normaların anlayışı. Sosial normaların təsnifatı: iqti­sadi, siyasi, hüquqi, korporativ və digər normalar, ümumi və fərq­li cəhət­lər.

Əxlaqın anlayışı. Hüquq və əxlaq. Hüquq və əxlaqın qarşı­lıq­lı əla­qəsi. Mənəviyyat hüququn əsası kimi. Hüquq və əxlaqın ümumi və fərqli cəhətləri.

Hüquq və korporativ normalar.

Hüquq və adət. Adətlər, ənənələr və işgüzar vərdişlər.

Hüquq və dini normalar (1,3,4,26,45).

Mövzu 5. Hüquq və dövlət

Hüquq və dövlətin qarşılıqlı əlaqəsi. Cəmiyyətdə onların sosial təyinatı.

Hüquqi  dövlətin formalaşmasında hüququn rolu. Qanunun aliliyi hüquqi dövlətin əsas prinsipi kimi. Azərbaycan Respubli­ka­sında hüquqi dövlətin konstitusiya əsasları.

Dövlət aparatının anlayışı və onun mexanizmi. Azərbaycan Res­publikasının qanunvericiliyinə ğörə dövlət aparatının quru­lu­şu və prinsipləri.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə dövlət or­qanlarının sistemi. Hakimiyyətlər bölgüsü prinsipi.

Dövlətin funksiyaları: anlayışı və təsnifatı. Dövlət funk­siya­larının həyata keçirilməsinin hüquqi formaları.

Dövlət formasının anlayışı. Azərbaycan Respublikasında dövlət idarəçilik, dövlət quruluşu formalarının və siyasi rejimin konstitusiya əsasları. Siyasi rejim və hüquqi rejimin nisbəti.

Demokratik rejim. Hüquq, dövlət və demokratiya (1,2,7,9,13, 27).

Mövzu 6. Hüquq və cəmiyyətin siyasi sistemi

Cəmiyyətin siyasi sisteminin anlayışı.

Azərbaycan Respublikasında siyasi sistemin quruluşu. Dövlət və siyasi sistemin digər subyektləri: siyasi partiyalar, ictimai birliklər, dini təşkilatlar və s. Siyasi sistem ünsürlərinin qarşılıqlı əlaqəsi. Dövlətin cəmiyyətin siyasi sistemdə yeri və rolu.

Cəmiyyətin siyasi sistemində hüququn yeri və rolu.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə siyasi sistemin normativ əsasları (4,6,7,9,14,19,27,44).

Mövzu 7. Hüququn mənbələri (formaları)

Hüquq mənbələrinin (formalarının) anlayışı. Hüqunun maddi və formal mənbələri.

Hüquq mənbələrinin təsnifatı. Hüquqi adət. Məhkəmə pre­se­denti. Normativ hüquqi akt. Müqavilə. Hüquq doktrinası. Hüququn digər mənbələri.

Azərbaycan Respublikasında hüququn mənbələri. Azərbaycan hüquq sisteminin təkmilləşdirilməsində hüquqi praktika və məh­kəmə presedentinin rolu (1,3,4,5,24,35).

Mövzu 8. Hüquq normaları

Hüquq normasının anlayışı və əlamətləri. Hüquq normaları, fər­di göstərişlər, məsləhətlər və tövsiyələr.

Hüquq normalarının məntiqi quruluşu: hipoteza, dispozisiya, sanksiya.

Hüquq normalarının normativ aktlarda ifadə üsulları. Hüquq norması və normativ hüquqi  aktın maddəsi, onların nisbəti.

Azərbaycan Respublikası qanunvericiliyinin timsalında hüquq normalarının təsnifatı və növləri (1,3,4,5,7,43).

Mövzu 9. Normativ hüquqi aktlar

Normativ hüquqi aktın anlayışı və əlamətləri.

Normativ hüquqi aktların növləri: qanun və qanunqüvvəli akt­lar. Azərbaycan Respublikası Konstitusiyasına görə normativ hüquqi aktların sistemi.

Qanunun anlayışı və onun əlamətləri. Qanunların növləri.

Azərbaycan Respublikasında qanunvericilik prosesi.

Qanunqüvvəli aktların anlayışı və onların növləri. Azərbaycan Respublikası Konstitusiyasına görə qanunqüvvəli aktların sistemi.

Normativ hüquqi aktların zamana, məkana və şəxslərə görə qüvvəsi məsələləri, Azərbaycan Respublikası qanunvericiliyinə görə onların hüquqi tənzimlənməsi (1,2,3,4,13).

Mövzu 10. Hüquqyaratma. Hüququn sistemləşdirilməsi

Hüquqyaratmanın anlayışı və prinsipləri.

Hüquqyaratmanın subyektlərə görə növləri.

Hüquqyaratmanın formaları.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquq­ya­rat­ma prosesinin əsas mərhələləri.

Normativ hüquqi aktların sistemləşdirilməsi: anlayışı, prin­sip­ləri və növləri. İnkorporasiya və onun növləri. Konsoli­dasiya. Mə­cəl­­lələşdimə: anlayışı və növləri. Azərbaycan Respublikasında nor­mativ hüquqi aktların sistemləşdirilməsi.

Yuridik texnika: anlayışı, qaydaları və üsulları. Yuridik texni­ka­sının Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsində rolu (1,3,4,12,16,17,22,41).

Mövzu 11. Hüququn sistemi və qanunvericilik sistemi

Hüququn sisteminin anlayışı. Sosial, iqtisadi, mədəni, dini və s. amillərin hüququn sisteminə təsiri. Hüququn sisteminin inkişafı.

Azərbaycanda hüququn sistemi və hüquqi sistem.

Xüsusi və ümumi hüquq.

Hüququn sisteminin struktur elementləri. Hüquq sahəsi anla­yışı. Sahələrin təsnifatı və ümumi xarakteristikası. Hüquq institut­ları və onların növləri.

Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzim­etmə predmeti və metodları.

Hüququn sistemi və qanunvericilik sistemi: nisbəti və qar­şı­lıqlı əlaqələri.

Azərbaycan Respublikasında milli hüquq və beynəlxalq hüqu­qun nisbətinin konstiusiya əsasları (1,3,4,18,21,23,38).

Mövzu 12. Hüquq münasibətləri

Hüquq münasibətlərinin anlayışı. Hüquq münasibəti ictimai mü­nasibətlərin xüsusi forması kimi və onun ictimai münasibətlərin digər formaları ilə qarşılıqlı əlaqəsi. Hüquq münasibətlərinin səciy­yəvi əlamətləri.

Hüquq münasibətlərinin növləri.

Hüquq münasibətlərinin subyektləri. Azərbaycan Respublikası qanunvericiliyinə görə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti.

Hüquq münasibətlərinin məzmunu: maddi və yuridik məzmun. Subyektiv hüquq və hüquqi vəzifə hüquq münasibətlərinin yuridik məzmunu kimi.

Hüquq münasibətlərinin obyektləri və onların növləri.

Hüquqi faktlar və onların təsnifatı. Faktiki tərkib (1,3,4,5,43).

Mövzu 13. Hüququn realizəsi

Hüququn realizəsinin anlayışı.

Hüququn realizəsinin formaları: istifadə, icra, riayət və tətbiq. Hüququn ümumi və konkret hüquq münasibətlərində realizəsi.

Hüququn tətbiqi anlayışı. Hüququn tətbiqi realizənin xüsusi bir forması kimi. Hüququn tətbiqinin subyektləri. Hüququn tətbiqi prosesinin mərhələləri. Qanunçuluq və hüqüqün tətbiqi.

Tətbiqi aktlar, onların anlayışı, növləri və normativ hüquqi aktlardan fərqi.

Hüquqda boşluqlar: anlayışı və növləri. Boşluqların aradan qal­dırılması üsulları. Azərbaycan Respublikası qanunvericiliyinə gö­rə qanunun analogiyası və hüququn analogiyasının tətbiqi.

Hüquqi kolliziyalar: anlayışı, həlletmə üsulları (1,3,4, 10,34,42)

Mövzu 14. Hüququn təfsiri

Hüquq normasının təfsiri anlayışı. Təfsirin hüququn tətbiqi və qanunvericiliyin təkmilləşdirməsi üçün zəruriliyi.

Təfsirin subyektlərə görə növləri. Azərbaycan Respublikası Kons­­titusiya Məhkəməsinin təfsiri aktlarının xüsusiyyətiləri və hü­quqi qüvvəsi. Azərbaycan Respublikası Ali Məhkəmə Plenum­ları qərarlarının tövsiyə xarakteri.

Təfsirin üsulları: qrammatik, məntiqi, sistematik, tarixi, funk­sional təfsir.

  1. Təfsirin həcminə görə növləri:  hərfi (adekvat), genişləndirici və məhdudlaşdırıcı təfsir.

Təfsiri aktlar; onların normativ hüquqi və tətbiqi aktlardan fər­qi (1,3,4,8,9,15,34,37).

Mövzu 15. Hüquq düşüncəsi və hüquq mədəniyyəti

Hüquq düşüncəsinin anlayışı. Hüquq düşüncəsinin ictimai şüu­run digər formaları ilə qarşılıqlı əlaqəsi. Hüquq düşüncəsinin prin­sipləri.

Hüquq düşüncəsinin quruluşu. Hüquqi ideologiya və hüquqi psi­xologiya.

Hüquq düşüncəsinin növləri. Peşəkar hüquq dühüncəsi hüquq düşüncəsinin xüsusi növü kimi. Hüquq düşüncəsinin hüquqya­rat­mada və hüququn realizəsində rolu.

Hüquq düşüncəsi və hüquq mədəniyyəti. Hüquq mədə­niy­yətinin anlayışı və strukturu.

Hüquq düşüncəsi və hüquqi tərbiyə. Hüquqi tərbiyənin anla­yışı, formaları və həyata keçirilməsi üsulları.

Hüquqi nihilizm: anlayışı, mənbələri, aradan qaldırılması üsul­ları. Hüquqi idealizm: anlayışı, səbəbləri (1,3,4,11,32).

Mövzu 16. Hüquqi  tənzimetmə mexanizmi

Hüquqi tənzimetmə mexanizminin anlayışı və elementləri. Hüquqi tənzimetmə sosial tənzimetmənin növü kimi.

Hüquqi tənzimetmə prosesinin mərhələləri. Hüquqi tənzim­etmənin üsulları (səlahiyyətvermə, məcburetmə, qadağan­etmə, töv­siy­yəetmə, stimullaşdırma), tipləri (icazəverici, rüsxət­verici), me­todları (imperativ, dispozitiv).

Hüquqi tənzimetmə və hüquqi təsiretmə, onların nisbəti. Sti­mullar və məhdudiyyətlər hüquqi təsiretmənin üsulları kimi. Hüquqi tənzimetmə mexanizminin effektliyi (1,3,4,5,40).

Mövzu 17. Qanunçuluq və hüquq qaydası

Qanunçuluğun anlayışı. Qanunçuluğun normativ əsası. Qanun­çuluğun prinsipləri.

Hüquq qaydasının anlayışı. Hüquq qaydası və ictimai qayda.

Qanunçuluğun və hüquq qaydasının nisbəti.

Qanunçuluq və intizam.

Azərbaycan qanunvericiliyinə görə qanunçuluğun və hüquq qaydasının təminatları (1,3,4,13).

Mövzu 18. Hüquqauyğun davranış. Hüquq pozuntusu

Hüquqauyğun davranışın anlayışı və əsas cəhətləri.

Hüquqauyğun davranışın tərkibi: subyekt, obyekt, obyektiv cə­hət və subyektiv cəhət.

Hüquqauyğun davranışın növləri və motivi. Hüquqauyğun dav­ra­­nışda motivin əhəmiyyəti.

Hüquq pozuntusu anlayışı və onun əlamətləri. Hüquq pozun­tu­sunun növləri.

Hüquq pozuntusunun tərkibi. Tərkib elementlərinin qarşılıqlı əlaqəsi və təsiri (1,3,4,7,9,28,33).

Mövzu 19. Hüquq məsuliyyəti

Hüquq məsuliyyəti sosial məsuliyyətin növü və dövlət məcburiyyəti meyarı kimi.

Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, əsas prinsipləri.

Hüquq məsuliyyətinin növləri. Hüquq məsuliyyətinin iki aspekti: retrospektiv və pozitiv aspektlər.

Hüquq məsuliyyətinə cəlb etmə əsasları. Azərbaycan Res­pub­likası qanunvericiliyinə görə hüquq məsuliyyətindən azad etmə əsasları.

Taxsırkarlıq prezumpsiyası.

Hüquq məsuliyyətinin məqsədləri və əsas funksiyaları, şəx­siy­yətin hüquq və azadlıqlarının qorunmasında rolu (1,3,4.28,31).

Mövzu 20. Hüquq, şəxsiyyət, vətəndaş cəmiyyəti

Insan, şəxsiyyət və vətəndaş anlayışı.

Vətəndaş cəmiyyətinin anlayışı, səciyyəvi cəhətləri, əsas prinsipləri və strukturu. Hüquq və vətəndaş cəmiyyəti.

Şəxsiyyətin hüquqi statusunun anlayışı və strukturu. Vətən­daş­lığın anlayışı. Azərbaycan Respublikasında vətəndaşlığın hüquqi əsasları.

Şəxsiyyət və dövlət. Azərbaycan Respublikası qanunveri­cili­yi­nə görə dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti.

Şəxsiyyətin hüquq və azadlıqları sistemi. Azərbaycan Respub­likası Konstitusiyasına görə insan hüquq və azadlıqlarının sistemi və onların təminatı. Şəxsiyyətin hüquqi vəzifələri (2,4,6,7,36).

Mövzu 21. Müasir dövrün əsas hüquq ailələri (sistemləri)

Hüquq ailəsi və hüquq sistemləri: anlayışı, səciyyəvi cəhətləri, qarşılıqlı nisbəti.

Roman-german (qitə hüququ) hüquq ailəsi: yaranması, xüsusiyyətləri, strukturu, mənbələri. Qanunvericilik roman-german hüququnun əsas mənbəyi kimi. Roma hüququnun resepsiyası.

Anqlo-sakson hüquq ailəsi. Anqlo-sakson hüququnun (ümümi hüquq)  yaranması, səciyyəvi əlamətləri, strukturu, mənbələri. Məh­kə­mə presedenti anqlo-sakson hüququnun mənbəyi kimi.

Müsəlman hüquq ailəsi. Müsəlman hüququnun yaranması tari­xi, səciyyəvi xüsusiyyətləri. Müqəddəs Quran-i Kərim müsəlman hüququnun əsas mənbəyidir.

Dini-ənənəvi hüquq sistemləri.

Dini hüquq ailəsinə aid ölkələrin (İran, İraq, Pakistan, Sudan və digərləri, həmçinin Hindistan, Sinqapur, Malayziya və s. icmaların hind hüququ). Dini hüquq ailəsinin əlamətləri, mənbələri.

Ənənəvi hüquq ailəsinə aid ölkələrin hüquq sistemlərinin (Ma­daqaskar, Afrikanın və Uzaq Şərqin bir sıra ölkələri) səciyyəvi əla­mətləri, mənbələri. Adət və ənənələr ənənəvi hüquq ailəsinin əsas mən­bəyi  kimi.

Müasir dövrdə qloballaşma şəraitində əsas hüquq ailələrin qar­şı­lıqlı təsiri. Təsirin forma və növləri (unifikasiya, konvergen­siya, resepsiya və s.) (4,8,9,20,24,29,35).

Hüquq nəzəriyyəsi fənni üzrə sərbəst (fərdi) işlərin nümunəvi mövzuları

  1. Hüquq nəzəriyyəsinin anlayışı, predmeti və funksiyaları.
  2. Hüquq nəzəriyyəsinin metodları.
  3. Hüquq mənşəyinə dair əsas nəzəriyyələr.
  4. Cəmiyyətin siyasi sisteminin strukturu və normativ əsasları.
  5. Şəxsiyyətin hüquqi statusunun anlayışı və elementləri.
  6. Azərbaycan Respublikasının Konstitusiyasına görə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı.
  7. Hüquq və dövlətin nisbəti.
  8. Hüquqi dövlətin anlayışı, əlamətləri və prinsipləri.
  9. Hakimiyyət bölgüsü konsepsiyası.
  10. Azərbaycan Respublikasında dövlətin formasının (dövlət idarəçilik forması, dövlət quruluşu forması və siyasi rejim) konstitusion əsasları.
  11. Hüququn anlayışı və əlamətləri.
  12. Hüququn prinsipləri.
  13. Hüququn sosial təyinatı və funksiyaları.
  14. Təbii hüquq nəzəriyyəsi.
  15. Pozitivizm nəzəriyyəsi.
  16. Sosioloji nəzəriyyə.
  17. Sosial normaların anlayışı, təsnifatı,onların ümumi və fərqləndirici cəhətləri.
  18. Hüquq və əxlaq.
  19. Hüquq və adət. Adətlər, ənənələr, işgüzar adətlər.
  20. Hüquq və korporativ normalar.
  21. Hüquq düşüncəsinin anlayışı, prinsipləri, quruluşu.
  22. Hüquq düşüncəsi və hüquq mədəniyyəti.
  23. Hüquq mənbələrinin anlayışı və təsnifatı.
  24. Hüquqi adət. Məhkəmə presedenti.
  25. Hüquqyaratmanın anlayışı, növləri və formaları.
  26. Azərbaycan Respublikası qanunvericiliyinə görə hüquqyaratma prosesinin əsas mərhələləri.
  27. Azərbaycan Respublikası qanunvericiliyinə görə qanunvericilik prosesi.
  28. Normativ hüquqi aktların anlayışı, əlamətləri və təsnifatı.
  29. Qanunun anlayışı, əlamətləri və növləri.
  30. Qanunqüvvəli aktlar: anlayışı və növləri.
  31. Normativ hüquqi aktların zamana görə qüvvəsi.
  32. Normativ hüquqi aktların məkana və şəxslərə görə qüvvəsi.
  33. Hüququn sisteminin anlayışı,quruluşu.
  34. Hüququn sahələri: anlayışı və təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları.
  35. Hüququn sistemi və qanunvericilik sistemi.
  36. Normativ hüquqi aktların sistemləşdirilməsi: anlayışı və növləri.
  37. Hüquqi texnika.
  38. Roman-german hüquq ailəsi.
  39. Anqlo-sakson hüquq ailəsi.
  40. Müsəlman hüquq ailəsi. Xüsusiyyətləri, mənbələri..
  41. Dini və ənənəvi hüquq sistemləri.
  42. Milli hüquq və beynəlxalq hüquq, onların nisbəti.
  43. Hüquq normalarının anlayışı, əlamətləri.
  44. Hüquq normalarının məntiqi quruluşu.
  45. Hüquq normalarının təsnifatı və növləri.
  46. Hüquq münasibətlərinin anlayışı və əlamətləri.
  47. Hüquq münasibətlərinin məzmunu.
  48. Hüquq münasibətlərinin subyektləri. AR qanunvericiliyinə görə hüquq qabiliyyəti, fəaliyyət qabiliyyəti, delikt qabiliyyəti.
  49. Hüquq münasibətlərinin obyektləri: anlayışı və onların təsnifatı.
  50. Hüquqi faktlar: anlayışı, təsnifatı.
  51. Qanunçuluq və hüquq qaydasının anlayışı və nisbəti.
  52. Qanunçuluğun təminatları.
  53. Hüquq realizəsinin anlayışı və formaları.
  54. Hüququn tətbiqi anlayışı, subyektləri.
  55. Hüququn tətbiqi prosesinin mərhələləri.
  56. Tətbiqi aktlar və onların növləri.
  57. Hüquqi kolliziyalar: anlayışı, həll  etmə üsulları.
  58. Hüquqda boşluqlar: anlayışı, aradan qaldırılması üsulları.
  59. Təfsirin anlayışı və subyektlərə görə növləri.
  60. Təfsirin üsullara və həcmə görə növləri.
  61. Hüquqauyğun davranışın anlayışı, növləri və motivləri.
  62. Hüquq pozuntusunun anlayışı və onun əlamətləri.
  63. Hüquq pozuntusunun növləri.
  64. Hüquq pozuntusunun tərkibi. Subyekt və subyektiv cəhət.
  65. Hüquq pozuntusunun obyekti və obyektiv cəhət.
  66. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri və əsas prinsipləri.
  67. Hüquq məsuliyyətinin növləri.
  68. Hüquq məsuliyyətinə cəlb etmənin və məsuliyyətdən azad etmənin əsasları.
  69. Hüquq tənzimetmənin anlayışı, mexanizminin elementləri.
  70. Hüquqi tənzimetmənin mərhələləri.
  71. Hüquqi tənzimetmənin üsulları və metodları.

Tövsiyə edilən ədəbiyyat

Əsas:

  1. Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. Dərslik. Bakı: Maarif, 1988, 383 s.
  2. Əsgərov Z. Konstitusiya hüququ. Dərslik. Bakı: Bakı Universiteti nəşriyyatı, 2011, 760 s.
  3. Xropanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi. Dərslik. Bakı: MVM mətbəəsi, 2013, 247 s. (rus dilindən tərcümə).
  4. Ümumi hüquq və dövlət nəzəriyyəsi/ V.V.Lazarevin red. ilə. Dərslik. Bakı: Qanun, 2007, 491 s. (rus dilindən tər­cü­mə).
  5. Алексеев С.С. Общая теория права. Учебник. М.: Прос­пект, 2011, 576 с.
  6. Марченко М.Н. Теория государства и права. Учебник. М.: Проспект, 2016, 656 с.
  7. Матузов Н.И., Малько А.В. Теория государства и права. Учебник. М.: Дело, 2009, 528 с.

8.  Общая теория государства и права. Академичес­кий курс

в 3-х томах. /Отв. ред. М.Н.Марченко. Том 3. Изд. 2-е,

перераб. и доп. — М.: Зерцало-   М, 2001, 528 с.

  1. Радько Т.Н. Теория государства и права. Учебник. М.: Проспект, 2012, 496 с.

Əlavə:

  1. Cəbrayılov R.  Azərbaycan Respublikası qanunvericiliyində boşluqlar və onların aradan qaldırılması problemləri. Bakı: AR Milli Məclisinin mətbəəsi, 2014, 196 s.
  2. Cəfərov İ.H. Azərbaycan Respublikasında pozitiv hüquq düşüncəsinin formalaşması // Qanun, 2015, № 4, s. 16-20.
  3. Əsgərov Z.  Qanunvericilik prosesinin mərhələləri // Qanun, 2009, № 1, 3-11.
  4. Əsgərov Z.  Hüququn aliliyi anlayışı, beynəlxalq hüquqda və milli qanunvericilikdə // Beynəlxalq hüquq və inteq­rasi­ya problemləri, 2012, № 1, s. 91-97.
  5. İsmayılov X.C. Azərbaycanda yerli özünüidarəetmənin nor­mativ hüquqi əsasları (genezisi və təkamülü). Bakı: Elm və təhsil, 2011, 496 s.
  6. Məlikova M.F. Azərbaycanda hüquqi islahatlar və Konsti­tusiya məhkəməsi // Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 1988, № 1, s.17-28.
  7. Məlikova M.F.  Azərbaycan Respublikası qanunvericiliyi­nin konstitusiya – hüquqi əsasları // Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2003, № 1, s. 9-19.
  8. Məlikova M.F.  Hüquqi proqnozlaşdırmanın anlayışı və xü­susiyyətlərinə dair // Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2005, № 3, s. 5-16.
  9. Məlikova M.F. Hüququn sisteminin anlayışı haqqında mə­sə­­ləyə dair / Dövlət və hüquq quruculuğunun aktual prob­lemləri. Respublika elmi-praktik konfransın materialları. Bakı, 11-12 may 2011-ci il, s. 14-17.
  10. Mirzəyev S.A. Qanunvericilik və Azərbaycanda beynəlxalq təşkilatlar arasında əməkdaşlıq /Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar. Bakı, 2004, s. 65-88.
  11. Nəbiyev E.Q. Anqlosakson (ingilis) hüquq sistemində presedent hüququnun inkişaf tarixi və xüsusiyyətləri // Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2008, №1, s. 28-44.
  12. Səmədov M.N. Azərbaycan Respublikasında hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi prinsiplərin qüvvəsi // Qa­nunçuluq, 2007, № 4, s. 28-31.
  13. Seyidov F.Ə.  Qanunvericilik texnikasının əlamətləri // Bey­nəlxalq hüquq və inteqrasiya problemləri, 2007, №11,

s. 73-80.

  1. Актуальные и теоретические проблемы правовой сис­темы общества // Госу­дар­ство и право, 2004, № 7, с.108-113
  2. Давид Р. Основные правовые системы современности (сравнительное пра­во). М.: Прогресс, 1988, 496 с.
  3. Кашанина Г.В. Происхождение государства и права. Современные трактов­ки и новые подходы. М.: Высшая школа, 2004, 325 с.
  4. Керимов Д.А. Методология права. Предмет, функции, проблемы фило­софии права. М.: Изд-во СГУ, 2009,

521 с.

  1. Керимов Д.А. Гражданское общество и правовое госу­дарство // Право и обра­зо­вание, 2004, № 1, с. 5-16.
  2. Кудрявцев В.Н. Правовое поведение: норма и пато­ло­гия. М.: Наука, 1982, 287 с.
  3. Кросс Р. Прецедент в английском праве. М.: Юридичес­кая литература, 1985, 239 с.
  4. Лейст О. Э. Сущность права. Проблемы теории и фило­софии права. Учеб­ное пособие. М.: Зерцало - М, 2011,

352 с.

  1. Липинский Д.А. Проблемы юридической ответствен­ности / СПб.: Юриди­чес­кий центр Пресс, 2003, 385 с.
  2. Малахов В.П. Правосознание, природа, содержание, логика. М.:Юрайт, 2001, 386 с.
  3. Малеин Н.С. Правонарушение: понятие, причины, от­вет­ственность. М.: Юри­ди­ческая литература, 1985,192 с.
  4. Маликов М.К. Проблемы реализации права. Иркутск: Изд-во Иркутск. Ун-та, 1998, 144 с.
  5. Марченко М.Н. Источники права. Учебное пособие. М.: Проспект, 2009, 759 с.
  6. Меликова М.Ф.Конституция Азербайджанской Респуб­лики и права человека // Вестник Бакинского Универси­тета, серия соц.-политичес­ких наук, 1995, № 1, с. 5-13.
  7. Петрушев В.А. Проблемы толкования права в Российской Федера­ции. М.: РПА МЮ РФ, 2003, 256 с.
  8. Поленина С.В. Взаимодействие системы права и систе­мы законода­тель­ства в современной России //Госу­дар­ство и право, 1999, № 9, с. 5-12.
  9. Правопонимание: теория и практика /Под ред. Ю.А.Ти­хомирова. М.: Формула права, 2008, 432 с.
  10. Сорокин В.Д. Правовое регулирование: Предмет, метод, процесс. СПб.: Юри­ди­ческий центр Пресс,  2003, 661 с.
  11. Систематизация законодательства в РФ /Под ред. А.С.Пи­голкина. Спб.:Юри­дический центр, 2003, 394 с.
  12. Тихомиров Ю.А. Коллизионное право. Учебное и научно-практи­чес­кое пособие. М.: Юринформцентр,  2000, 394 с.
  13. Царев Д.Н., Чугунов Ю.О. Норма права, правоотноше­ние и его объект. СПб.: изд-во ЮИ (СПб), 2004, 227 с.
  14. Шабров О.Ф. Политическая система, демократия и управление обществом //Государство и право, 1994,

№ 5, с. 116-125.

  1. Цыбулевская О.И. Мораль, право, власть. Саратов: изд-во ГОУ ВПО «Саратов­ская госуд.академия права», 2004, 192 с.