Şəhriyar İbrahim oğlu Əliyev
BDU «Beynəlxalq ümumi hüquq» kafedrasının professor əvəzi, Hüquq üzrə elmlər doktoru
İş telefonu: (+99412) 439-10-05
Mobil: (+99450) 203-53-80
e-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT:
- 8 iyul 1969-cu ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Mehri rayonunun Nüvədi kəndində anadan olub;
- 1976-1986-cı illərdə Mehri rayonu Nüvədi kənd orta məktəbində təhsil alıb;
- 1986-1993-cü illərdə BDU-nun tarix fakültəsində, 1998-2002-ci illərdə isə BDU-nun Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində təhsil alıb;
- 1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur;
- Hal-hazırda BDU-nun “Beynəlxalq ümumi hüquq” kafedrasında professor əvəzi vəzifəsindədir;
- Partiyalılığı Yeni Azərbaycan Partiyasına mənsubdur;
- 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür;
- Ailəlidir, beş övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:
- 1993-cü illdə BDU-nun tarix fakültəsini bitirərək tarixçi ixtisasına, 2002-ci ildə isə həmin Universitetin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsini bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir;
- 2006-cı ildə «Azərbaycan Respublikasının qanunvericiliyində və beynəlxalq hüquqda insanın sosial hüquqları (nisbət məsələləri)» mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır;
- 2016-cı ildə “Sosial hüquqların beynəlxalq hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
ƏMƏK FƏALİYYƏTİ:
- 2003-2007-ci illərdə Odlar Yurdu Universitetinin “Dövlət hüququ” kafedrasının müəllimi və baş müəlimi vəzifələrində çalışmışdır;
- 2007-2011-ci illərdə BDU-nun «Beynəlxalq ümumi hüquq» kafedrasının müəllimi və baş müəllimi, 2011-2018-ci illərdə həmin kafedrada dosent əvəzi və dosent vəzifələrində çalışmışdır;
- 2018-ci ilin iyul ayından hal-hazıra qədər BDU-nun Hüquq fakültəsinin “Beynəlxalq ümumi hüquq” kafedrasında professor əvəzi vəzifəsindədir;
- 2007-ci ildən Azərbaycan Respublikası vəkillər Kollegiyasının üzvüdür və Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının vəkilidir;
- Elmi rəhbərliyi altında 1 hüquq üzrə fəlsəfə doktoru dissertasiya işi müdafiə edilib, 4 fəlsəfə doktorluq işi üzrə elmi rəhbər təyin olunub;
- Tədris etdiyi fənlər: Beynəlxalq ümumi hüquq; Beynəlxalq iqtisadi hüquq; Beynəlxalq ekologiya hüququ; Beynəlxalq ümumi hüquq və xarici ölkələrin hüquq sistemi; Mülki prosessual hüquq; Vəkillik hüququ.
TƏDQİQAT SAHƏSİ:
- Beynəlxalq hüquq;
- İnsan hüquqları.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
- 2007 - Bakı (Azərbaycan), Azərbaycan Respublikasında həyata keçirilən islahatlar və beynəlxalq – hüquqi əməkdaşlıq məsələləri» mövzusunda elmi-praktiki konfrans;
- 2008 – Bakı (Azərbaycan), İnsan hüquqları üzrə beynəlxalq konfrans;
- 2009 – Bakı (Azərbaycan), BDU-nun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi- konfrans;
- 2010 – Bakı (Azərbaycan), İnsan hüquqlarının müdafiəsinə dair beynəlxalq konfrans;
- 2010 - Bakı (Azərbaycan), Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri” II Beynəlxalq konfrans;
- 2010 - Bakı (Azərbaycan), “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf tendensiyaları” mövzusunda elmi-praktiki konfrans;
- 2013 - Bakı (Azərbaycan), 10 dekabr beynəlxalq insan hüquqları gününə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans;
- 2015 - Bakı (Azərbaycan), Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfrans;
- 2016 – İstanbul (Türkiyə), Beynəlxalq Hüquq Konfransı;
- 2017 – Strasburq (Fransa), Beynəlxalq Seminar;
- 2017 – Ankara (Türkiyə), Beynəlxalq Seminar;
- 2017 – Bakı (Azərbaycan), Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilin əsas inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans;
- 2018 –Bakı (Azərbaycan), Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VI Beynəlxalq konfransı (COIA-2018).
SEÇİLMİŞ ƏSƏRLƏRİ:
- Müasir beynəlxalq hüquqda diplomatik müdafiə. Qanun (ictimai-siyasi, elmi hüquq jurnalı), 2001, № 11-12 (91-92), s. 29-31.
- Sosial hüquqların meydana gəlmə və inkişaf tarixi. Azərbycan Hüquq Jurnalı, 2004, № 4 (11) s.134-143.
- Общая характеристика международных актов о правах человека в сфере социального обеспечения. Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. 10-cu buraxılış, elmi məqalələr məcmuəsi. Bakı, 2004, s. 526-535.
- Sosial hüquqlar və BMT (BMT–nin 60 illiyinə həsr olunur.) Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. 13-cü buraxılış, elmi məqalələr məcmuəsi. Bakı, 2005, s. 490-497.
- Sosial hüquqların cəmiyyətdə rolu, mahiyyəti və əhəmiyyəti. Azərbycan Hüquq Jurnalı, 2005, № 1/2 (12/13), s.144-153.
- Sosial dövlət: anlayışı, əsas xüsusiyyətləri, meydana gəlməsi və inkişaf tarixi. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2005, №1 (01), s. 23-32.
- Sosial hüquqlar beynəlxalq hüquq institutu kimi. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2005, №2 (02), s.48-53.
10. Xarici dövlətlərin qanunvericiliklərində əsas sosial hüquqların ümumi xarakteristikası. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2006, №1 (05), s. 42-57.
11. Qədim Azərbaycanda insan hüquqlarının yaranma və inkişaf tarixindən. Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. 15-ci buraxılış, elmi məqalələr məcmuəsi. Bakı, 2006, s. 86-94.
12. Sosial hüquqlar sahəsində Azərbaycan Respublikası qanunvericiliyi: formalaşması, əsas xüsusiyyətləri və inkişaf istiqamətləri. Azərbaycan Hüquq Jurnalı, 2006, №1, s.168-179.
13. Sosial hüquqların təminatı və müdafiəsi məsələlərinin MDB çərçivəsində həlli: problemlər və perspektivlər. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2006, №3 (07), s.14-26.
14. İnsan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq–hüquqi nəzarət. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2006, №4 (08), s.15-23.
15. İnsan hüquqlarının beynəlxalq və dövlətdaxili müdafiə mexanizmi kimi İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun fəaliyyəti. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2007, №1 (09), s.33-45.
16. Sosial hüquqların müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin rolu: təcrübə və meyllər. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2007, №2 (10), s.58-70.
17. Sosial-iqtisadi hüquqların ABŞ-nın konstitusiya sistemində yeri və əhəmiyyəti məsələsi. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2007, № 3-4 (11-12), s.41-48.
18. MDB dövlətlərinin sosial qanunvericiliklərinin ümumi xarakteristikası və müqayisəli təhlili. Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri, elmi məqalələr məcmuəsi, 19–cu buraxılış, Bakı 2007, s.538-548.
19. Avropa sosial xartiyası və sosial hüquqların təminat sistemi. «Azərbaycan Respublikasında həyata keçirilən islahatlar və beynəlxalq – hüquqi əməkdaşlıq məsələləri» mövzusunda elmi-praktiki konfrans proqramı. BDU – 2007 s.151-158.
20. Sosial müdafiə sistemlərinin Avropa ittifaqı çərçivəsində nəzəri və praktiki əsasları. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2008, № 1-2 (13-14), s.32-38.
21. Avropa Birliyinin sosial siyasətinin inkişaf mərhələləri: problemlər və perspektivlər. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2008, № 3 (15), s. 5-15.
22. Qloballaşma kontekstində sosial-iqtisadi hüquqların müdafiəsi və inkişafı problemi. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2008, № 4 (16), s. 26-36.
23. Sosial hüquqların beynəlxalq müdafiə mexanizmləri və bu sahədə qəbul edilmiş mühüm beynəlxalq normalar. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2009, № 1 (17), s. 29-41.
24. Avropa İttifaqının vahid sosial siyasətinin formalaşmasının hüquqi əsasları və tənzimlənmə mexanizmləri. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2009, № 2 (18), s. 5-16.
25. Əməyin beynəlxalq-hüquqi tənzimlənməsinin əsas prinsiplərindən biri kimi azad iş seçimi hüququnun normativ əsasları. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2009, № 3 (19), s. 31-37.
26. Sosial hüquqlar sistemində işsizlikdən müdafiə hüququ. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2009, № 4 (20), s.16-24.
27. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası çərçivəsində sosial hüquqların müdafiəsi (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin praktikası). Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri, elmi məqalələr məcmuəsi, Bakı 2009, s. 488-493.
28. Sosial hüquqların həyata keçirilməsi və müdafiəsi sahəsində beynəlxalq nəzarət mexanizmlərinin yaranması və fəaliyyət istiqamətləri. Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri, elmi məqalələr məcmuəsi, Bakı 2009, s. 467-473.
29. Layiqli həyat hüququ. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları (Humanitar elmlər), Bakı 2009, s. 274-276.
30. İnsan hüquqlarının təsnifatı baxımından kollektiv hüquqların mahiyyəti. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları (Humanitar elmlər), Bakı 2009, s. 276-278. (həmmüəllif G.A.Xasayeva).
31. Ahılların sosial müdafiəsi sosial siyasətin mühüm istiqaməti kimi. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri” II Beynəlxalq konfrans tezisləri, Bakı-2010. s. 278-280.
32. Европейская Социальная Хартия как источних международных обязательств Азербайджанской Республики. Науковı читання, КИIВ -2010.c. 74-81.
33. Sosial sığorta sistemi: tarixi aspektlər və müasir vəziyyət. “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf tendensiyaları” mövzusunda 06-07 may 2010–cu il tarixdə keçirilmiş elmi-praktik konfransın materialları, Bakı-2010. s. 140-146.
34. Место социaльных прав в системе прав человека и их основные специфические особенности. Вопросы гуманитарных наук. Mосква, 2010, с. 166-171.
35. Sosial hüquqlar sistemində ədalətli və əlverişli əmək şəraiti hüququnun mahiyyəti və əsas xüsusiyyətləri. Nəqliyyat hüququ, 2010, s. 82-93.
36. Sosial təminat hüququnun təşəkkül tapması və inkişaf perspektivləri: yeni yanaşmalar. Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2010, №1 (21), s. 17-31.
37. Analıq hüququ (analığın qorunması): beynəlxalq və milli təcrübə. Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2010, № 2 (22), s. 5-14.
38. Mənzil hüququnun beynəlxalq-hüquqi tənzimlənməsi və mənzil məsələlərinin Azərbaycan Respublikasında reallaşma yolları: reallıqlar və problemlər. Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2010, № 3 (23), s. 12-22.
39. Sosial müdafiə hüququ. Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Bakı 2010/01, s. 96-104.
40. İnkişaf hüququ: Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq. Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2011, № 1 (25), s.10-18.
41. Международно-правовые стандарты в сфере охраны здоровья и степень их реализации. Наука I правоохрана Киiв 2011, №4(14), с.38-46.
42. Təhlükəsiz əmək şəraiti hüququnun beynəlxalq-hüquqi tənzimlənməsi və dövlətdaxili qanunvericilik. Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2011, № 3(27), s.22-31.
43. Azərbaycan Respublikası qanunvericiliyində ödənişsiz hüquqi yardım və onun reallaşma problemləri. Azərbaycan Milli Elmlər Akademiyası. Məruzələr, 2012, № 6, s. 145-152.
44. Bərabər dəyərli əməyə görə bərabər əmək haqqı prinsipinin normativ hüquqi tənzimlənməsinin beynəlxalq və milli hüquqi əsasları. 10 dekabr beynəlxalq insan hüquqları gününə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans. Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri. Bakı, 2013, s. 203-204.
45. The mechanism of control of finance and currency of the international monetary fund. International scientific journal Law and Politology, №24, 2013, s.21-26 (həmmüəllif L.R.Fərzəliyeva).
46. Həmkarlar ittifaqları hüququ. Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2013,№ 2(34), s.61-69.
47. Ailənin sosial müdafiəsi. Beynəxalq hüquq və inteqrasiya problemləri, 2013, №3 (35), s.82-89.
48. Qadınların sosial müdafiə hüququ. Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “H.Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. 2 cilddə, I cild. Bakı, 2015, s. 26-30.
49. İstirahət hüququ. Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “H.Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfransın materialları. 2 cilddə, I cild. Bakı 2015, s. 51-57.
50. Tətil hüququ. Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “H.Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfransın materialları. 2 cilddə, I cild. Bakı, 2015, s. 115-119 (həmmüəllif Ə.Q.Məmmədov).
51. Amerika Dövlətləri Təşkilatı çərçivəsində sosial hüquqların müdafiəsi. Nəqliyyat hüququ, 2015, № 4, s. 132-140.
52. Afrika regionu çərçivəsində sosial hüquqların hüquqi tənzimlənməsi məsələləri. Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2015,№ 1(41), s.41-48.
53. Asiya regionunda sosial hüquqların müdafiəsi. Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2015,№ 3(43), s.18-26.
54. Право на социальное обеспечение: содержание и особенности. Научные труды Национального Авиационного Университета. Серия: Юридический Вестник «Воздушное и космическое право», 2016, № 4 (41), с. 24-32.
55. Место социальных прав в системе прав человека: проблемы международно-правового регулирования. Наука і правоохорона. Киев, 2016, № 3, с. 146-152.
56. Sosial hüquqların təminatı sahəsində beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı nisbət məsələləri. Bakı Universitetinin Xəbərləri (Sosial-siyasi elmlər seriyası), 2016, №1, s. 50-57.
57. Sosial hüquqların beynəlxalq-hüquqi tənzimlənməsi zəruriliyi: nəzəri və praktiki problemlər. “Qanun” elmi-hüquq jurnalı. 2016, № 12(266). s. 18-24.
58. The right to social security in legislation of the republic of Azerbaijan and international law: the state and prospects of development. Journal of Scientific Research and Development. Nigeria. 2017, №1. s. 39-45.
59. Sosial hüquqların beynəlxalq hüquqi tənzimlənməsinin mənbələri və prinsipləri. Bakı Universitetinin Xəbərləri (Sosial-siyasi elmlər seriyası), 2016, №2. s.67-73.
60. National Mechanisms For Ensuring Social Rights. Khazar Journal of Humanities and Social Sciences, 2017, №3. s. 95-107.
61. Право на социальное обеспечение в законодательстве Азербайджанской Республики и в международном праве: состояние и перспективы развития. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilin əsas inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. 2 cilddə. I cild. Bakı, 1-2 iyun. 2017, s.102-114 (həmmüəllif: R.M.Valeyev).
62. Electronic management of litigation based on database. Proceedings of the 6th International Conference on Control and Optimization with Industrial Applications. Baku, Azerbaijan, July 11-13, 2018.Vol. II, s.292-295 (həmmüəllif N.İ.Vəliyeva).
KİTABLARI:
- İnsan hüquqları. E.A.Lukaşevanın redaktəsi ilə. Tərcüməçi Ş.İ.Əliyev. Bakı 2005. 572 s.
- İnsan hüquqları sistemində sosial hüquqlar (nəzəri və praktiki məsələlər). Dərs vəsaiti. Bakı, 2008, 350 s.
- Vəkillik hüququ. Dərs vəsaiti. Bakı, 2012. 379 s.
- Müasir beynəlxalq və dövlətdaxili hüquqda sosial hüquqlarin müdafiəsinin nəzəri və praktiki problemləri. Monoqrafiya. Bakı, 2015. 311 s.
- Mülki prosessual hüquq (metodik vəsait). Bakı, 2015. (həmmüəllif E.A.Xələfov).
- Beynəlxalq ümumi hüquq (ümumi hissə). Dərslik. Bakı 2018, 420 s.(həmmüəlliflər: R.F.Məmmədov; Ə.İ.Əliyev; Ə.İ.Sadıqov; A.A.Məhərrəmov; R.K.Məmmədov; Z.Ə.Axundova; H.A.Qasımova; M.Y.Məhərrəmova; Ə.Q.Məmmədov; T.İ.Hüseynov; N.H.Mehdiyev).