Hüseynov Qardaş Sayadxan oğlu
Hüseynov Qardaş Sayadxan oğlu
İqtisad elmləri namizədi, BDU-nun «Kriminalistika və məhkəmə ekspertizası» kafedrasının dosenti
İş telefonu:438-72-01
QISA BİOQRAFİK MƏLUMAT
Qardaş Sayadxan oğlu Hüseynov 1944-ci ildə Sabirabad rayonun Qalağayın kəndində anadan olmuşdur. 1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 1970-ci ildə D.Bünyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1962 – 1971-ci illərdə müxtəlif müəssisə, təşkilat və Baş idarələrdə mühasib və mühasib-təftişçi vəzifələrində çalışmışdır. 1971 - 1982-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin baş mühasibi vəzifəsində çalışmışdır. 1982 – 1989-cu illərdə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində və Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin kadr hazırlığı və yenidən hazırlığı idarəsinin rəisi vəzifəsində işləmişdir. 1989-1990-cı illərdə Bakı Plan-İqtisad Texnikumunun direktoru vəzifəsində çalışmışdır. 1990-cı ildən hal-hazırda BDU-nun «Kriminalistika və məhkəmə ekspertizası» kafedrasında baş müəllim və dosent vəzifəsində çalışır.
1980-cı ildə Q.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda «Təftiş və nazarət işlərinin aparılmasının yeni metodları» mövzsunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
İlk dəfə olaraq Q.S. Hüseynov tərəfindən nəzarət və təftişin elektron-hesablama maşınlarının tətbiqi vasitəsilə təftişin aparılmasının sistemaltını yaratmışdır. Müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin aparılması zamanı həmin sistemaltının tətbiqi bütün cinayətlərin və s. qanunazidd əməliyyatların aşkar edilməsinə təminat verir.
Dosent Qardaş Hüseynov üç monoqrafiya, elmi məqalələr və tədris-metodiki vəsaitlərin müəllifidir.
Dosent Q.S. Hüseynovun kitabları:
1.«Nəzarət və təftişin avtomatlaşdırılmış sistemaltı», 2.«Avtomatlaşdırma şəraitində nəzarət və təftiş», 3. «Allah mövcuddur və hər şeyə qadirdir».
Q.S. Hüseynov BDU-nun Hüquq fakültəsində bakalavr təhsil pilləsi üzrə «Məhkəmə mühasibatı», magistratura təhsil pilləsi üzrə «İqtisadi sahədə cinayətlərin aşkar edilməsi və istintaqı zamanı məhkəmə mühasibatı və təftişdən istifadə problemləri» fənlərini tədris edir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1970-ci ildə D.Bünyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir
namizədlik dissertasiyasının mövzusu və müdafiyə etdiyi il - 1980-cı ildə Q.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda «Nəzarət və təftişin aparılmasının yeni metodları» mövzsunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. doktorluq dissertasiyasının mövzusu və müdafiyə etdiyi il – «İqtisadi sahədə cinayətlərin istintaqı zamanı xüsusi iqtisadi biliklərdən istifadə problemləri»
ƏMƏK FƏALİYYƏTİ
Işlədiyi yerlər - 1962 – 1971-ci illərdə müxtəlif müəssisə, təşkilat və Baş idarələrdə mühasib və mühasib-təftişçi vəzifələrində çalışmışdır. 1971 - 1982-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin baş mühasibi vəzifəsində çalışmışdır. 1982 – 1989-cu illərdə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində və Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin kadr hazırlığı və yenidən hazırlığı idarəsinin rəisi vəzifəsində işləmişdir. 1989-1990-cı illərdə Bakı Plan-İqtisad Texnikumunun direktoru vəzifəsində çalışmışdır. 1990-cı ildən hal-hazırda BDU-nun «Kriminalistika və məhkəmə ekspertizası» kafedrasında baş müəllim və dosent vəzifəsində çalışır.
neçənci ildən BDU-da hansı kafedrada çalışır - 1990-cı ildən BDU-nun «Kriminalistika və məhkəmə ekspertizası» kafedrasında baş müəllim və dosent vəzifəsində çalışır.
hansı dərsləri aparır - BDU-nun Hüquq fakültəsində bakalavr təhsil pilləsi üzrə «Məhkəmə mühasibatı», magistratura təhsil pilləsi üzrə «İqtisadi sahədə cinayətlərin aşkar edilməsi və istintaqı zamanı məhkəmə mühasibatı və təftişdən istifadə problemləri» fənlərini tədris edir.
neçə məqalənin – 15 məqalə
neçə monoqrafiyanın – 3 monoqrafiya
neçə kitabın - 3 kitab
həyata keçirdiyi təcürbələr və elmi yenilikləri haqqında – 1980-cı ildə praktikada tətbiq edilmiş «Təftiş və nəzarətin aparılmasının avtomatlaşdırılmış sistemaltı». Təftişin təyin edilməsi və aparılması zamanı yeganə olaraq məhz bu sistemaltının tətbiqi bütün müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində iqtisadi sahədə törədilmiş cinayətlərin və s. qanunazidd təsərrüfat əməliyyatlarının aşkar edilməsinə təminat verir.
mükafatları haqqında qısa məlumat – Ümumittifaq Xalq Təsərrüfatı Nəaliyyətlərinin sərgisində «Avtomatlaşdırma şəraitində nəzarət və təftiş» adlı monoqrafiyası gümüş medalla təltif edilmişdir.
TƏDQIQAT SAHƏSI
«İqtisadi sahədə törədilmiş cinayətlərin aşkar edilməsi və istintaqı zamanı təftişdən, məhkəmə-iqtisad ekspertizasından, sənədli təhlildən, iqtisadi təhlildən və mühasibat uçot məlumatlarından istifadə problemləri».
SEÇIILMIŞ ƏSƏRLƏRI
Məqalələr:
1.İqtisadi sahədə cinayətlərin aşkar edilməsi və istintaqında təshihedici göstəricilər metodundan istifadə. «Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri». Elmi məqalələr məcmuəsi. 8-ci buraxılış. AMEA Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu, hüquqi tədqiqatlar şöbəsi, Bakı, Degesta, 2004.
2.Təftiş aparılması zamanı yaranan hüquq münasibətləri. «Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğnun aktual problemləri». Elmi məqalələr məcmuəsi. 14-cü buraxılış. AMEA Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu və Bakı Hüquq Mərkəzi MMC, Bakı, Adiloğlu, 2007.
3. Məhkəmə-iqtisadi ekspertizaların mahiyyəti və onların cinayət mühakimə icraatı prosesində aparılan təftişdən fərqi. «Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğnun aktual problemləri». Elmi məqalələr məcmuəsi. 18-ci buraxılış. AMEA Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu və Bakı Hüquq Mərkəzi MMC, Bakı, Adiloğlu, 2007.
4. Məhkəmə-iqtisad ekspertizasının təyin edilməsi və təyinedilmə anının seçilməsi. «Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğnun aktual problemləri». Elmi məqalələr məcmuəsi. 21-ci buraxılış. AMEA Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu və Bakı Hüquq Mərkəzi MMC, Bakı, Adiloğlu, 2008.
5.Məhkəmə-iqtisadi ekspertizaların icraatı zamanı yaranan hüquq münasibətləri. «Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğnun aktual problemləri». Elmi məqalələr məcmuəsi. 18-ci buraxılış. AMEA Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu və Bakı Hüquq Mərkəzi MMC, Bakı, Adiloğlu, 2008.
6.Məhkəmə-iqtisadi ekspertizanın rəyinin (aktının) müstəntiq (məhkəmə) tərəfindən qiymətləndirilməsi və iqtisadi sahədə törədilmiş cinayətlərin sübut edilməsi prosesində ondan istifadə olunması. «Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğnun aktual problemləri». Elmi məqalələr məcmuəsi. 23-cü buraxılış. AMEA Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu və Bakı Hüquq Mərkəzi MMC, Bakı, Adiloğlu, 2008.
Tədris metodiki vəsait:
1.Məhkəmə təftişi və məhkəmə-iqtisad ekspertizası (magistratura üçün).Bakı Universitetinin nəşriyyatı, 2004.
2.İqtisadi sahədə cinayətlərin aşkar edilməsi və istintaqında məhkəmə mühasibatı və təftişdən istifadə problemləri. (magistr hazırlığı üçün).B. 2006. «HSM 130004 Cinayət Hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası» ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik şurasının «Dövlət və hüquq» bölməsinin 04.06.2006-cı il tarixli (protokol №26 ) ilə təsdiq edilmişdir.
3.Məhkəmə mühasibatı. (bakalavr hazırlığı üçün). B.2007. «HS 130100 «Hüquqşünaslıq» ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik şurasının «Dövlət və hüquq» bölməsinin 04.06.2006-cı il tarixli (protokol №26 ) ilə təsdiq edilmişdir.
4. Sudebnaə buxqalteriə. (dlə podqotovki bakalavra). Baku. 2007. Utverjdeno protokolom №26 ot 04.06.2006q. sektorom «Qosudarstvo i pravo» Nauçno-metodiçeskoqo soveta Ministerstva Obrazovaniə AR.
KITABLAR
1. «Nəzarət və təftişin avtomatlaşdırılmış sistemaltı»., ADU nəşriyyəti, 1979.
2. «Avtomatlaşdırma şəraitində nəzarət və təftiş»., ADU nəşriyyəti, 1981.
3.«Allah mövcuddur və hər şeyə qadirdir». «Qanun» nəşriyyatı.B. 1996.