Kafedra xəbərləri
Tələbələrin və gənc tədqiqatçıların (magistrlərin) elmi-tədqiqat işləri (konfransda iştirakı)
Cinayət prosesi kafedrası üzrə elmi-tələbə dərnək fəaliyyət göstərir. 2008-ci ilin may ayının 7-də magistratura pilləsinin əyani və qiyabi şöbəsinin 1 və 2 kurs magistrantları nəzərdə tutulan Ümummilli liderimiz H.ƏLİYEVİN anadan olmasının 85-ci illik yubileyinə həsr olunmuş «Dövlət və hüquq quruculuğunun aktual problemləri» mövzusunda Hüquq fakültəsinin müəllim və gənc tədqiqatçılarının 8-ci Elmi-praktik konfransının «Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika və məhkəmə ekspertizası» ixtisası üzrə Cinayət prosesi kafedrasında məruzələrin dinlənilməsi və konfransda iştirak etmək üçün aşağıdakı mövzularda tezislərini təqdim etmişlər:
- Ağayev Mətləb Rəfael o. – «Cinayət təqibi zamanı zərər çəkmiş şəxsin hüquqlarının təmin olunması ilə bağlı yaranan problemlər»
- Abıyev İsmakyıl Rahib o. – «İbtidai istintaq zamanı toplanmış sübutların məhkəmə istintaqı mərhələsində qiymətldəndirilməsinin xüsusiyyətləri»
- Qüdrətov Mikayıl Fəxrəddin o. –«Dokazıvanie v uqolovnom proüesse»
- Hüseynov Səbuhi İlham o. – «Prosessual məcburiyyətin tədbirlərinin anlayışı, mahmiyyəti və əhəmiyyəti»
- Muradov Rüfət Yaşar o. – «Birinci instansiya məhkəməsində işlərə baxarkən hakimin daxili inamı»
- Mirzəyev Vasif Sücayət o. – «Obyektiv həqiqətin müəyyən edilməsi sübutetmənin məqsədi kimi»
- Həsənzadə Gülsüm Oqtay qızı – «Cinayət prosesində sübutetmənin bəzi məsələləri»
- Quliyev Elxan Ağalar o. – «Cinayət prosesində müdafiə funksiyasının həyata keçirilməsinin aktual problemləri»
- Abıyev İsmakyıl Rahib o. – «Azərbaycan Respublikasının cinayət prosesində məhkəməyədək icraatın və məhkəmə istintaqının qarşılıqlı əlaqəsi»
- Qarayev Emil Maqsud o. – «Sübutetmə subyektləri və sübutetmə vəzifəsinin subyektləri»
- Cavadov Səbuhi Əhəd o. – «Məhkəməyədək icraat mərhələsində insan hüquq və azadlıqlarının təmin olunmasında məhkəməninq rolu»
Yuxarıda adları qeyd olunan magistantların konfransda fəal iştirak
etmələrini və məruzələrinin nəzəri və təcrübi əhəmiyyətini nəzərə alaraq onların barəsində müvafiq həvəsləndirmə tədbirlərinin tətbiq olunması barədə rektorluq qarşısında vəsatət qaldırıldı.
Kafedranın baş müəllimi Atakişi Abbas Musa oğlu 11 dekabr 2008-ci ildə ATƏT-in və Avropa Məhkəməsinin «Beynəlxalq standartların tətbiqi və strateji insan hüquqları üzrə məhkəmə işləri» mövzusunda keçirilmiş Konfransda iştirak etmişdir.
Həmçinin, baş müəllim Atakişi Abbas Musa oğlu 2008-ci ilin aprel ayında Avropa Şurası ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Avropa Məhkəməsinin qərarlarının Milli Hüquq sisteminin inkişafına təsiri» mövzusunda keçirilmiş Konfransda iştirak etmişdir.
Baş müəllim Rüstəmov Rauf Hüseyn oğlu 2008-ci ilin iyun ayında Ombudsmanın «Azərbaycan Respublikasında penetensiar və cəza çəkmənin təkmilləşdirilməsi» mövzusunda keçirilmiş Konfransda «Обеспечение прав и реабилитации граждан ортбывающих наказание iştirak etmişdir.
Kafedranın dosent əvəzi Xəlilov Cabir Zahid oğlu ABA-SEELİ Amerika Hüquqşünaslar Assosiasiyası və AR Ədliyyə Nazirliyi tərəfindən keçirilmiş «Azərbaycan Respublikasının andlı iclasçıların məhkəmədə iştirakının reallaşdırılması» mövzusunda keçirilmiş Konfransda iştirak etmişdir.