KAFEDRANIN NƏŞRLƏRİ

KAFEDRANIN NƏŞRLƏRİ

Kafedra müəllimlərinin əsərlərinin ölkəmizin hüdudlarından kənarda nəşr edilməsi onların yüksək ixtisaslı mütəxəssis olmalarına şəhadət verir. Kafedra üzvlərinin bəziləri Moskva Dövlət Universitetinin SSRİ Elmlər Akademiyasının müəlliflər kollektivinin tərkibində dərsliklərin çoxcildli monoqrafiyaların yazılması ilə əlaqədar dəvət olunmuş, bəziləri isə tərtib etdikləri dərs vəsaitlərini, elmi məqalələrini Rusiya Federasiyasının Moskva Maxaçqala şəhərlərində, Almaniyada nəşr etdirmişlər. Belə ki, prof.M.F.Məlikova çoxcildli monoqrafik tədqiqatlardaSSRİ EA-nın nəşr etdirdiyi «Siyasi hüquqi təlimlər tarixi» kitabının «Qədim dünya» adlanan 1 cildində (1985); «Orta əsrlər intibah dövrü» adlanan  II cildində (1986); XVII-XVIII əsrləri əhatə edən III cildində (1989), Moskvada  nəşr edilmiş   «Siyasi təlimlər tarixi» dərsliklərində  (1965, 1971, 1991) bir sıra bölmələrin müəllifidir. Bununla yanaşı, prof. M.F.Məlikovanın  Moskva başqa ölkələrin alimləri ilə əməkdaşlığı davam edir. O, Moskvada nəşr olunan «İstoriə qosudarstva i prava» Azərbaycan-Rusiya müştərək «Mejdunarodnoe pravo i sravnitelğnoe pravo» jurnallarının redaksiya şuralarının üzvüdür.  Eyni zamanda, o, «Bakı Universitetinin Xəbərləri» jurnalının sosial-siyasi elmlər seriyası üzrə redaktoru, Azərbaycan MEA-nın içtimai elmlər bölməsinin redaksiya nəşriyyət şurasının, «Hüquqi dövlət qanun» jurnalının s.  redaksiya kollegiyalarının üzvüdür. 

Kafedranın müəllimlərindən dos. X.C.İsmayılovun «XIX əsrdə Azərbaycanda məhkəmə orqanlarının təşkili fəaliyyəti  (rus dilində, M., 2003) adlı monoqrafiyası Moskvada,  «XIX əsrin II yarısıXX əsrin əvvəllərində Azərbaycanda andlı iclasçılar institutunun tətbiqi ilə əlaqədar bəzi məsələlər» (rus dilində, Maxaçkala, 2001) adlı məqaləsiNəzəriyyə təcrübəyeni əsrin astanasında perspektivlər vəzifələrkitabında, E.T.Qədirovun «9-cu maddənin təfsiri» adlı məqaləsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Kommentariyası kitabında nəşr edilmişdir (ingilis dilində, Freyburq, Maks Plank İnstitutu Almaniya, 1999). Beləliklə , xarici ölkələrin elm ocaqları ilə kafedranın elmi əlaqələri əvvəllərdə olduğu kimi saxlanılır bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində addımlar atılır.

Kafedra gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin zəruriliyini əsas götürərək hüquq elminin müxtəlif sahələrində milli dövlət-hüquq ideologiyasının formalaşdırılması inkişaf etdirilməsi istiqamətində tədqiqatlar aparılmasını özünün ən ümdə vəzifəsi hesab edir. Bu yönümdə milli dövlət hüquq tarixinin, milli siyasi hüquqi təlimlər tarixinin, Şərq ölkələrinin hüququnun təməli olan əvvəllərdə Azərbaycanda da qüvvədə olmuş müsəlman hüququnun formalaşması, xüsusiyyətləri institutlarının öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Belə ki, aparılmış elmi tədqiqatlar əldə olunmuş elmi nəticələr əsasında kafedranın təşəbbüsü ilə milli dövlət hüquq tarixinin öyrənilməsi ilə əlaqədar olan yeni fәnnlәr – «Azərbaycanın siyasi hüquqi təlimlər tarixi», «Azərbaycanın dövlət hüquq tarixi», «Müsəlman hüququnun əsasları» kimi fənnlər formalaşdırılmış onlar respublikanın hüquq təhsili üzrə tədris planına daxil edilmişlər.