KAFEDRANIN NƏŞRLƏRİ
Mülki hüquq kafedrası,1994-cü ildə prof.E.A.Suxanovun redaktorluğu altında Mülki hüquq fənninin ümumi hissəsi BEK nəşriyyatı tərəfindən çap edilmiş dərslik azərbaycan dilinə tərcümə edilmiş, prof.Y.ƏMehdiyev və baş müəl. İ.Q.Əsəgərovun redaktorluğu altında «Qanun» nəşriyyatı tərəfindən 1999-cu tldə 1000 nüsxədən ibarət nəşr edilmişdir.
1998-ci ildə dos.əv.İ.Ə.Vəliyevin «Основные формы залога в историческом развитии и проблемы залога недвижимости в современных условиях» mövzusunda dərs vəsaiti çap edilmişdir. /»Hüquq ədəbiyyatı» nəşriyyatı,Bakı,1998-ci il/.
2002-ci ildə İ.Q.Əsgərov və Ş.Kərimova tərəfindən «Mülki qanunvericilik» mövzusunda dərs vəsaiti AR Təhsil Nazirliyi Elmi-Metodik Şurası «Dövlət və hüquq» bölməsinin 22.12.2001-ci il 44 saylı əmri ilə təsdiq olunmuş və çap edilmişdir.
Dos.İ.B.Əhmədovun «Завещательное правопреемство» adlı dərs vəsaiti 2002-ci ildə AR Təhsil Nazirliyinin 11.01.2002-ci il taricli 39 saylı mri iloə qrif alınaraq Bakı Dövlət Universitetinin nəşriyyatında çap edilmişdir.
A.S.Talıbovun «Проблемы гражданской ответственности и мер защиты за внеждоговорное нарушение авторских и смежных прав» mövzusunda dərs vəsaiti AR Təhsil Nazirliyi Elmi-Metodik Şurası «Dövlət və hüquq» bölməsinin 27.12.2006-cı il tarixli qərarı ilə qrif alınaraq təsdiq olunmuş və çap edilmişdir./Adiloğlu,2007/.
Dos.əv.İ.Ə.Vəliyev tərəfindən isə 2006-cı ildə İ.B.Novitskinin «Roma hüququ» dərsliyini rus dilindən azərbaycan dilinə tərcümə edərək Adiloğlu nəşriyyatında çap edilmişdir.