Kərimov Gündüz Hacı oğlu
Gündüz Hacı oğlu Kərimov, h.ü.f.d.
1. Bakı Dövlət Universitetinin Dəniz və Enerji Hüququ Mərkəzinin Rəhbəri
2. Baker & McKenzie hüquq şirkətinin Bakı ofisinin İdarəedici Partnyoru
İş telefonu: +99412 4971801
E-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
- 1977-ci ildə Qazax şəhərində anadan olub;
- 1994-cü ildə Göy-Göl şəhər 1 nömrəli orta məktəbini bitirib;
- 1994-2000-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb;
- 2001-2002-ci illərdə ABŞ İndiana Universitetinin magistraturasını bitirib;
- Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir;
- 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib;
- Azərbaycan Respublikasının patent müvəkkilidir;
- Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvüdür.
- 1 iyul 2017-ci il tarixdən Fransanın paytaxtı Paris şəhərində yerləşən Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinin Azərbaycandan üzvüdür.
- Evlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanmışdır. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib. 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olmuşdur. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1998-1999, Aqrar-Sənaye Səhmdar Kommersiya Bankı, Baş hüquqşünas;
- 1999-2001, Beynəlxalq Qırmızı Xaç Komitəsi, hüquq məsələləri üzrə assistent;
- 2002 – 2011, müəllim, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsi;
- 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini;
- 2014 - h/h - BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin Rəhbəri;
- 2002 - h/h - Baker & McKenzie hüquq şirkətinin Bakı ofisinin hüquqşünası, baş hüquqşünası, partnyoru, Bakı ofisinin İdarəedici Partnyoru (2012-dən).
TƏDQİQAT SAHƏSİ
- Beynəlxalq kommersiya arbitrajı;
- Əqli mülkiyyət hüququ;
- Kommersiya hüququ;
- Mülki proses.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2002-2017-ci illərdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, İtaliya, İspaniya, İsveçrə, Honq Konq və digər dövlətlərdə bir sıra konfrans və seminarlarda iştirak etmişdir.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- MDB regionunda beynəlxalq arbitrajın nəzəriyyə və praktikası – Azərbaycan / London, Wolters Kluwer nəşriyyatı, 2017, s. 89-123
- Konstitusiyaya təklif edilən əlavə və dəyisikliklər dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmisdir / Xalq qəzeti, 15 mart 2009, s. 5
- Xaricdə çıxarılmış arbitraj və məhkəmə qərarlarının Azərbaycan Respublikaslnda icrası məsələləri / Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi konfransının materialları. Bakı, 2003, s. 191-197
- Проблема выбора применимого права при защите интеллектуальной собственности в Интернете / Azərbaycan hüquq jurnalı, 2003, № 1, s. 105-120
- Beynəlxalq xüsusi hüquqda əmtəə nişanlarının mühafizəsi / Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri, 10-cu buraxılış. Bakı, 2004, s. 567-574
- Судебная защита товарных знаков в Азербайджане / Журнал «Патенты и лицензии», 2006, № 7, c. 49-57
- Интеллектуальная собственность как юридическая категория / Азербайджано-российский журнал международного и сравнительного права, 2006, № 1 (3), c. 163-186
- Azerbaijan in Dispute Resolution in Europe / Dispute Resolution in Europe, Baker & McKenzie, London, 2006, s. 21-27
- Иностранные судебные решения в спорах о товарных знаках / Журнал «Патентный поверенный», 2007, № 3, c. 44-53
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM, LAYİHƏ VƏ QRANTLAR
- Edmund Muskie adına ABŞ-da Magistratura Təhsili Proqramı, ABŞ Dövlət Departmenti, 2001-2002;
- “Vətəndaş Təhsili Layihəsi”, 2002-2004;
- Akademik Təqaüdər Proqramı, 2007-2008;
- İsveçrə Əqli Mülkiyyət İnstitutu ilə birgə layihə, 2008.
TƏLTİFLƏR
- Dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda kommersiya hüququ üzrə aparıcı hüquqşünaslar siyahısına daxil edilib.
- “Chambers Global” 2012 - 2017 - Azərbaycanın aparıcı hüquqşünası
- “Legal500” 2015, 2016, 2017 - Azərbaycanın aparıcı hüquqşünası
- “IFLR1000” 2017 - Azərbaycanın aparıcı hüquqşünası