Azərbaycan Respublikasi Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti
5609.01-“Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə fəlsəfə doktoru proqramı əsasında doktorluq imtahanı üçün
PROQRAM
Bakı Dövlət Universitetinın Hüquq fakültəsinin Elmi Şurasının qərarı ilə tövsiyə edilmişdir (11 iyul 2019-cu il, 6 saylı protokol).
Bakı-2019
Proqram Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasında hazırlanmışdır.
Tərtib edənlər: Qasımov Alış Məmiş oğlu
Hüquq üzrə elmlər doktoru,professor
Əliyev Mayis Nəbi oğlu
Hüquq üzrə elmlər doktoru, professor
Cəfərov Zahid İsa oğlu
Hüquq üzrə elmlər doktoru, professor
Ələsgərova Lalə Hacıbala qızı
Hüquq üzrə fəlsəfə doktoru, dosent
İZAHAT VƏRƏQƏSİ
Azərbaycan Respublikasının Konstitusiyasının “Əmək hüququ” adlanan 35-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Vətəndaşların əmək müqaviləsi əsasında konstitusion əmək hüququnun realizəsi nəticəsində işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətləri milli hüququn müstəqil sahəsi olan əmək hüququ və əmək qanunvericiliyi ilə tənzimlənir.
Əmək hüququnun müasir vəziyyəti, birincisi, əmək qanunvericiliyinin inkişaf səviyyəsi ilə, ikincisi, qanunvericiliyin müddəalarının təcrübi realizəsi, əmək münasibətləri təcrübəsinin qanunvericiliyinə nə dərəcədə uyğun olması ilə bağlıdır. Bundan başqa, müasir əmək qanunvericiliyinin əksər normaları mürəkkəb və qeyri-yekcinsdir, eləcə də ictimai təcrübənin özü mürəkkəb və qeyri-yekcinsdir. Ona görə də əmək hüquq normalarının səmərəliliyinin artırılması, əmək və onunla sıx bağlı olan digər ictimai münasibətlərin hüquqi tənzimlənməsi nəticəsində yaranan problemlərin tədqiq olunması əmək hüquq elminin qarşısında duran əsas vəzifələrdən biridir. Bu baxımdan əmək hüquq elminin predmetinə daxil olan ictimai münasibətlərin hüquqi tənzimlənməsi problemlərinin araşdırılması və bunun nəticəsində əldə olunan elmi nəticələr əmək hüquq normalarının tətbiqi təcrübəsini təkmilləşdirməyə imkan verir.
Digər tərəfdən Azərbaycan Respublikasında əmək qanunvericiliyinin fəaliyyət sahəsinin genişlənməsi, əmək qanunvericiliyində əməyin beynəlxalq-hüquqi tənzimlənməsi normalarının təsbit olunaraq onların milli əmək hüququnun bir hissəsinə çevrilməsi, sosial-tərəfdaşlıq münasibətlərinin hüquqi tənzimlənməsinin inkişaf etməsi, əməyin kollektiv müqavilə və əmək müqaviləsi ilə tənzimlənməsinin genişlənməsi işçilərin hüquqi müdafiəsinin bir sıra problemlərini doğurmuşdur ki, bunlar da müvafiq əmək hüquq normalarının təkmilləşdirilməsini tələb edir.
Göstərilən məsələlər üzrə yaranan problemlər öyrənilmədən, tədqiq edilmədən belə təkmilləşdirmənin aparılması qeyri-mümkündür. Ona görə də bu sahədə elmi-tədqiqatları apara bilən hüquq üzrə elmlər və fəlsəfə doktorlarının hazırlanmasına ciddi ehtiyac vardır.
Bundan başqa, hər kəsə şamil edilən sosial təminat hüququ da insanın əsas sosial-iqtisadi hüquqlarından biridir. Bu hüquq 1948-ci il İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 25-ci maddəsində, 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsində, Avropa Sosial Xartiyasının 13-cü maddəsində və digər beynəlxalq aktlarda təsbit olunmuşdur.
Müstəqillik əldə etmiş respublikamızın 1995-ci il konstitusiyasının 38-ci maddəsində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə görə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddənin mətnindən birbaşa belə nəticə çıxır ki, dövlət sosial əhəmiyyətli hallardan asılı olaraq insanların maddi təlabatlarını ödəmək məqsədi ilə onlara pul vəsaitlərinin verilməsi və sosial xidmətlərin göstərilməsi ilə əlaqədar sosial ödəmələr formasında olaraq yaranan münasibətlərin hüquqi cəhətdən tənzimlənməsini həyata keçirir. Bu münasibətlər sosial təminat hüququnun predmetini təşkil edir.
Sosial təminat hüququnun normaları dövlətin sosial siyasətini özündə əks etdirir. Onlar bazar iqtisadiyyatı şəraitində mövcud olan sosial risklərin hamısını nəzərə almalıdır ki, bu da həmin normaların həddindən artıq dinamik olmalarını tələb edir.
Sosial təminat hüququ hər bir kəsə şamil edilən hüquqdur. O, hər bir şəxsi doğulduğu andan həyatının axırına kimi müşayət edir, çünki sosial təminat sahəsində hüquq münasibətlərinin yaranması əsasını insanın doğulması, onun ölümü, xəstəliyi, qocalığı, işsizliyi, sosial yardıma ehtiyacı və s. təşkil edir.
Müasir dövrdə sosial təminat hüququ yeni konsepsiya və prinsiplər əsasında inkişaf edir, əvvəllər hüquqi tənzimetmə çərçivəsindən kənarda qalan münasibətlər sahəsini əhatə edir. O, bilavasitə bütün ölkə əhalisinin maraqlarına toxunur (əmək pensiyaçılarının, işsizlərin, aztəminatlı ailələrin, əlillərin, veteranların və s.).
Ona görə də sosial təminat üzrə münasibətlərin hüquqi tənzimlənməsi problemlərini araşdırmaq və mövcud problemin həllini göstərmək sosial təminat hüquq elminin əsas vəzifələrindən biridir. Bu baxımdan sosial təminat hüquq elminin predmetinə daxil olan ictimai münasibətlərin hüquqi tənzimlənməsi problemlərinin araşdırılması və bunun nəticəsində əldə olunan elmi nəticələr sosial təminat hüquq normalarının, bütövlükdə sosial təminat qanunvericiliyinin təkmilləşdirilməsinə imkan yaradacaqdır.
I. ƏMƏK HÜQUQU
Mövzu 1. Əmək hüqunun predmeti, metodu və sistemi
Əmək hüququnun anlayışı. Əmək hüqunun predmeti: anlayışı və müasir yanaşmalar. Əmək münasibətləri ilə sıx bağlı olan digər ictimai münasibətlər və onların ümumi xarakteristikası. Əmək münasibətlərinin əməklə əlaqədar digər münasibətlərdən fərqləndirən xüsusiyyətlər.
Əmək hüququnun metodu: anlayışı, məzmunu və xüsusiyyətləri. Əmək münasibətlərinin mərkəzləşdirilmiş və lokal, dövlət və müqavilə tənzimlənməsinin uzlaşması.
Əmək hüququnun əmək fəaliyyəti ilə əlaqədar olan münasibətləri tənzim edən milli hüququn digər sahəlırindən (mülki, inzibati, sosial təminat və. s) fərqləndirilməsi.
Əmək hüququnun sistemi və onun təkmilləşdirilməsinin müasir problemləri. Əmək qanunvericiliyinin sistemi. Əmək hüquq elminin sistemi.
Mövzu 2. Əmək hüququnun mənbələri
Əmək hüququnun mənbələrinin anlayışı, təsnifatı.
Əmək sahəsində beynəlxalq aktlar.
Qanunlar və qanunqüvvəli aktlar əmək hüququnun mənbəyi kimi.
Kollektiv müqavilələr və sair lokal normativ aktlar əmək hüququnun mənbəyi kimi.
Əmək hüququnun vahidliyi və diferensiasiyası.
Diferensiasiya və ayrı-seçkiliyin nisbəti.
Əmək hüququ sahəsindəki normativ aktların zamana, məkana və subyektlərə görə qüvvəsi.
Mövzu 3. Əmək hüququnun prinsipləri
Əmək hüququnun prinsiplərinin anlayışı.
Əmək hüququnun əsas prinsipləri və onların ümumi xarakteristikası.
Mövzu 4. Əmək hüququnun subyektləri
Əmək hüquq subyektlərinin anlayışı və təsnifatı. Əmək hüquq, fəaliyyət və delikt qabiliyyəti.
Əmək hüquq subyektlərinin növləri. İşçi əmək hüququnun subyekti kimi. İşəgötürən əmək hüququnun subyekti kimi. Həmkarlar ittifaqı orqanları əmək hüququnun subyekti kimi.
Mövzu 5. Əmək sahəsində hüquq münasibətləri
Əmək sahəsində hüquq münasibətlərinin anlayışı, sistemi və xüsusiyyətləri.
Əmək hüquq münasibətinin anlayışı və onun spesifik xüsusiyyətləri. Əmək hüquq münasibətinin əməklə sıx bağlı olan digər hüquq münasibətlərindən fərqi. Əmək hüquq münasibətinin subyektləri. Əmək hüquq münasibətinin məzmunu. Əmək hüquq münasibətinin yaranması, dəyişdirilməsi və xitam edilməsinin əsasları (hüquqi faktlar). Əmək hüquq münasibəti ilə sıx bağlı olan digər hüquq münasibətləri.Təşkilati-idarəetmə hüquq münasibətləri. İşədüzəltmə üzrə hüquq münasibətləri. İşçilərin bilavasitə istehsalatda peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması üzrə hüquq münasibətləri. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti üzrə hüquq münasibətləri. Əmək qanunvericiliyinə və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət üzrə hüquq münasibətləri. Əmək mübahisələrinin həlli üzrə hüquq münasibətləri.
Mövzu 6. Kollektiv müqavilə və sazişlər
Kollektiv müqavilənin anlayışı və tərəfləri.
Kollektiv danışıqlar aparmaq hüququ. Kollektiv danışıqların aparılması qaydası. Kollektiv danışıqların iştirakçılarına verilən təminatlar.
Kollektiv müqavilənin hazırlanması və bağlanması qaydaları.
Kollektiv müqavilənin məzmunu və qüvvəsi.
Kollektiv müqaviləyə əlavələr və dəyişikliklər edilməsi qaydası.
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət və onun pozulmasına görə məsuliyyət.
Kollekitiv sazişlərin anlayışı, tərəfləri və növləri. Baş kollektiv saziş. Sahə (tarif) kollektiv sazişi. Ərazi (rayon) kollektiv sazişi.
Kollektiv sazişin hazırlanması və bağlanması qaydaları. Kollektiv sazişin məzmunu və qüvvəsi. Kollektiv sazişin yerinə yetirilməsinə nəzarət və onun pozulmasına görə məsuliyyət.
Mövzu 7. Məşğulluğun və işədüzəltmənin hüquqi tənzimlənməsi
Məşğulluğun və işədüzəltmənin anlayışı və formaları. Məşğulluq sahəsində dövlətin vəzifələri. Məşğulluq sahəsində şəxslərin hüquqları və dövlət təminatları. Məşğulluğun tənzimlənməsi və təşkili və məşğulluq sahəsində sosial təminatlar.
İşsiz vətəndaşın hüquqi statusu. İşsiz statusu verilməsi qaydaları. İşədüzəltmənin hüquqi təşkili. İşsizlikdən sığorta ödənişinin məbləğinin müəyyənləşdirilməsi qaydaları. İşsizlikdən sığorta ödənişinin ödənilməsi şərtləri və müddətləri. İşsizlikdən sığorta ödənişinin ödənilməsinin dayandırılması və ona xitam verilməsi.
Mövzu 8. Əmək müqaviləsi
Əmək müqaviləsinin anlayışı. Əmək müqaviləsinin əmək fəaliyyəti ilə əlaqədar olan əlaqəli mülki-hüquqi müqavilələrdən fərqi. Əmək müqaviləsinin kollektiv müqavilədən fərqi.
Əmək müqaviləsinin tərəfləri və məzmunu.
Əmək müqaviləsinin forması.
Əmək müqaviləsinin müddəti. Müddətsiz və müddətli əmək müqavilələri. Müddətli əmək müqaviləsi bağlanan hallar.
Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası.
Əmək müqaviləsinin qüvvəyə minməsi.
Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi.
Sınaq müddətinin hüquqi tənzimlənməsi.
Əvəzçilik üzrə əmək müqaviləsi.
- İşçinin işdən kənar edilməsinin hüquqi tənzimlənməsi.
İş yerlərinin attestasiyasının hüquqi tənzimlənməsi.
İşçilərin attestasiyasının hüquqi tənzimlənməsi.
Əmək müqaviləsinə xitam verilməsinin əsasları. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları və qaydası. Müddətli əmək müqaviləsinə xitam verilməsi. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinin xitam edilməsinin əsası kimi. Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi.
Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi.
Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları.
Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları.
Mövzu 9. İş vaxtı
İş vaxtının anlayışı və növləri.
İş vaxtı rejiminin anlayışı, növləri və onun müəyyən edilməsi.
İş vaxtının cəmlənmiş uçotu.
İş vaxtından artıq işin hüquqi tənzimlənməsi.
Mövzu 10. İstirahət vaxtı
İstirahət vaxtının anlayışı və növləri.
İşçilərin məzuniyyət hüququ. Məzuniyyətin anlayışı və növləri.
Əmək məzuniyyətinin anlayışı, müddətləri və onun verilməsi qaydası. Əlavə məzuniyyətin anlayışı, növləri, müddətləri və verilmə qaydaları. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası. Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma.
Məzuniyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər.
Yaradıcılıq və təhsil məzuniyyətlərinin hüquqi tənzimlənməsi.
Sosial məzuniyyətlərin hüquqi tənzimlənməsi.
Ödənişsiz məzuniyyətlərin hüquqi tənzimlənməsi.
Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi.
Mövzu 11. Əmək haqqı
Əmək haqqının anlayışı və hüquqi cəhətdən tənzimlənməsinin metodları. Əmək haqqının mərkəzləşdirilmiş və lokal, dövlət və müqavilə tənzimlənməsinin uzlaşması.
Əmək normaları: hasilat, vaxt, xidmət və işçilərin say normaları. Əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması. Əmək normalarının qüvvədə olma müddətləri.
Əmək haqqının minimum məbləği. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı.
Əməyin ödənilməsi sistemləri, növləri və onların tətbiqi qaydaları.
Tariflə nəzərdə tutulmuş iş şəraitindən kənara çıxdıqda əməyin ödənilməsi. Müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi. Peşələr (vəzifələr) əvəz edildikdə əməyin ödənilməsi. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi. Hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi qaydası. Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi qaydası. Boşdayanma vaxtı əməyin ödənilməsi. Yeni istehsal (məhsul buraxılışı) zamanı əmək haqqının ödənilməsi şərti. Natamam iş vaxtında əməyin ödənilməsi.
Əmək haqqının verilməsi müddətləri, yeri, forması və ödənilmə vahidi.
Əmək haqqından tutulmalara yol verilən hallar və tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması.
Orta əmək haqqı və onun hesablanması qaydası. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər. Orta əmək haqqının saxlanılması üzrə təminatlar.
Əmək haqqının hüquqi mühafizəsinin anlayışı və formaları
Mövzu 12. Əmək və icra intizamı
Əmək və icra intizamının anlayışı.
Müəssisədaxili intizam qaydalarının anlayışı və məzmunu. Əmək və icra intizamının intizam nizamnamələri ilə tənzimlənməsi.
Həvəsləndirmənin anlayışı, əsasları, növləri və onların tətbiqi qaydası.
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin anlayışı, əlamətləri və növləri. İntizam xətası intizam məsuliyyətinə cəlb edilmənin əsası kimi. İntizam tənbehinin verilməsi qaydaları və şərtləri. İntizam tənbehinin müddəti və vaxtından əvvəl onun götürülməsi.
Mövzu 13. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti
İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin anlayışı, şərtləri və əsasları.
Əmək hüququ üzrə qarşılıqlı maddi məsuliyyətin mülki-hüquqi əmlak məsuliyyətindən fərqi.
İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti. İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası.
İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti. İşçinin maddi məsuliyyətinin növləri. İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti. İşçinin tam maddi məsuliyyəti. Tam maddi məsuliyyət barədə yazılı müqavilələrin bağlanması. İşçinin maddi məsuliyyətini istisna edən hallar.
İşəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası.
Mövzu 14. Əməyin mühafizəsi
Əməyin mühafizəsinin anlayışı. Əmək hüququ üzrə əməyin mühafizəsi institutunun məzmunu. Əməyin mühafizəsi normaları və qaydaları. Əməyin mühafizəsi üzrə təminatlar.
İşçinin əməyinin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlar.
Qadınların,yaşı 18-dən az olan işçilərin və aqrar sahədə əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətləri.
İstehsalatda bədbəxt hadisələrin təhqiqi və uçotu.
Əməyin mühafizəsi normalarına və qaydalarına əməl olunmasına nəzarət və onun pozulmasına görə məsuliyyət.
Mövzu 15. Əmək mübahisələri
- Fərdi əmək mübahisələrinin anlayışı, səbəbləri, tərəfləri və predmeti.
Fərdi əmək mübahisələrinə baxan orqanlar.
Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri.
Fərdi əmək mübahisələrinin həlli qaydaları. Fərdi əmək mübahisələri üzrə icrada dönüşün məhdudlaşdırılması.
Kollektiv əmək mübahisələrinin anlayışı, səbəbləri, tərəfləri və predmeti.
Kollektiv əmək mübahisələrinin həllinin barışdırıcı üsulları. Razılaşdırıcı komissiyada kollektiv əmək mübahisələrinə baxılması. Kollektiv əmək mübahisələrinə vasitəçinin iştirakı ilə baxılması. Kollektiv əmək mübahisəsinə əmək arbitrajında baxılması.
Kollektiv əmək mübahisələrinin həlli məqsədi ilə tətil hüququnun həyata keçirilməsi. Tətilin gedişində tərəflərin və müvafiq orqanların vəzifələri. Tətil hüququnun məhdudlaşdırılması və tətillərə yol verilməyən hallar. Tətillərin qanunsuz hesab edilməsi. Qanunsuz hesab olunmuş tətillərin hüquqi nəticələri.
Mövzu 16. Hüququn müstəqil sahəsi kimi sosial təminat hüququnun ümumi xarakteristikası
Sosial təminat hüququnun anlayışı və onun predmetinə daxil olan münasibətlərin xüsusiyyətləri.
Sosial təminat hüququnun predmetinə daxil olan ictimai münasibətlərin dairəsi: sosial təminat sistemi üzrə pul ödəmələri ilə bağlı yaranan münasibətlər; sosial təminatın «natural» növləri ilə bağlı yaranan münasibətlər; sosial təminat sistemi üzrə prosedur və prosessual hüquq münasibətləri.
Sosial təminat hüququnun predmetinə funksional yanaşma
Sosial təminat hüququnun digər hüquq sahələri ilə qarşılıqlı əlaqəsi
Müasir dövrdə sosial təminat hüququnun predmetinə dair yeni yanaşmalar
Sosial təminat hüququnun sisteminin nəzəri problemləri.
II. SOSİAL TƏMİNAT HÜQUQU
Mövzu 1. Sosial təminat hüququnun metodunun nəzəri aspektləri
Sosial təminat hüququ metodunun anlayışı və əlamətləri
İmperativ və dispozitiv tənzimetmənin uzlaşması sosial təminat hüququ metodunun xarakterik əlaməti kimi
Sosial təminat münasibətlərinin hüququ tənzimetməsinin yeni konsepsiyaları
Sosial təminat hüququ metodunun əlamətləri kimi hüquqi faktların və sanksiyaların nəzəri məsələləri.
Mövzu 2. Sosial təminat hüququnun prinsiplərinin sosial təminat hüququnun strukturunda yeri
Sosial təminat hüququ prinsiplərinin anlayışı, təsnifatı və sosial təminat hüququnun strukturunda yeri
Müasir dövrdə sosial təminat hüququnun sahəvi prinsiplərinin məzmunu: sosial təminat hüququnun ümumiliyi prinsipi; sosial təminatın insanın layiqli həyat şəraitinə təminat verəcək səviyyədə təqdim edilməsi prinsipi; sosial təminatın təqdim edilməsi əsaslarının və növlərinin çoxluğu prinsipi; sosial təminat üzrə münasibətlərin hüquqi tənziminin diferensiasiyası; sosial təminat məsələlərinə dair qərarların qəbul edilməsində vətəndaşların hüquqlarını müdafiə edən təşkilatların iştirakının təmin edilməsi prinsipi.
Mövzu 3. Sosial təminat hüququnun mənbələri sisteminin ümumi xarakteristikası
Sosial təminat hüququ mənbələrinin təsnifat meyarları
Sosial təminat hüququ mənbələrinin inkişaf tarixi
Azərbaycan Respublikasının Konstitusiyası sosial təminat hüququnun əsas mənbəyi kimi
Sosial təminat hüququnun mənbələri sistemində, beynəlxalq müqavilələrin və normativ hüquqi aktların yeri
Sosial təminat sahəsində lokal xarakterli normativ aktların xarakteristikası
Sosial təminat hüququ mənbələrinin zamana, məkana və şəxslərə görə qüvvəsi
Sosial təminat sahəsində qanunvericiliyin məcəlləşdirilməsi problemləri.
Mövzu 4. Sosial təminat sahəsində mövcud olan hüquq münasibətlərinin ümumi xarakteristikası
Müasir dövrdə sosial təminat hüquq münasibətlərinin xarakterik xüsusiyyətləri
Sosial təminat hüquq münasibətlərinin elementləri: sosial təminat hüquq münasibətlərinin subyektləri; sosial təminat hüquq münasibətlərinin obyektləri; sosial təminat hüquq münasibətlərinin məzmunu.
Sosial təminat hüquq münasibətlərinin təsnifatı: pensiya hüquq münasibətləri; müavinət və kompensasiyalar üzrə hüquq münasibətləri; tibbi və dərman yardımı, sosial xidmət və sosial təminat sistemi üzrə güzəştlərlə əlaqədar olan hüquq münasibətləri; vətəndaşların sosial təminatı ilə bağlı yaranan prosedur və prosessual hüquq münasibətləri.
Mövzu 5. Sosial təminat hüququnun əsas institutu kimi pensiya hüququnun problemləri
Sosial təminatın növü kimi pensiyanın anlayışı və Azərbaycan Respublikasında pensiya təminatının konstitusion əsasları.
Pensiya hüququnun anlayışı, predmeti və sistemi
Bazar iqtisadiyatı şəraitində pensiya hüququnun əsas prinsipləri və onların məzmunu.
Pensiya hüququnun yaranması üçün hüquqi fakt kimi sosial sığorta stajının müasir problemləri
Azərbaycan Respublikasının pensiya sistemi və onun müasir vəziyyəti. Azərbaycan Respublikasında dövlət məcburi sosial sığorta sistemi üzrə vətəndaşların pensiya təminatı növlərinin müasir problemləri.
Pensiyaların hesablanması, təyin edilməsi və ödənilməsi qaydalarının müasir problemləri
Vətəndaşların ayrı-ayrı kateqoriyaları üçün pensiyalar
Müasir dövrdə vətəndaşların pensiya təminatının səviyyəsi
Azərbaycan Respublikasında pensiya təminatı sisteminin sosial -iqtisadi və hüquqi problemləri
Pensiya təminatının beynəlxalq hüquqi tənzimlənməsi.
Mövzu 6. Sosial təminat hüququ üzrə sosial müavinətlərin, təqaüdlərin və sosial yardımın hüquqi tənzimlənməsinin müasir problemləri
Sosial təminat hüququ üzrə sosial müavinətlərin təsnifat meyarları
Sosial və sosial sığorta müavinətlərinin hüquqi tənzimi problemləri
Sosial təminat hüququ üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin təyin edilməsi və ödənilməsi təminatları
Təqaüdlərin hüquqi tənzimlənməsi problemləri.
Mövzu 7. Sosial xidmətin tənzimlənməsinin hüquqi problemləri
Sosial xidmət üzrə hüquq normalarının sosial təminat hüququ sistemində yeri
Hüquqi kateqoriya kimi sosial xidmətin təşkilati-hüquqi formaları
Çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin göstərilməsi müasir problemləri
İnsan və vətəndaşın sosial xidmət hüququ və onun həyata keçirilməsində dövlətin rolu
Sosial xidmətin lokal hüquqi tənzimi
Sosial təminat hüququnun sahəvi metodunun sosial xidmət institutunda təzahürü
Sosial xidmət institutunun hüquqi prinsipləri
Sosial xidmətin beynəlxalq hüquqi tənzimi
Sosial xidmətlə bağlı xarici ölkələrin qanunvericiliyinin təhlili və müasir dövrdə ondan istifadə edilməsi imkanları.
Mövzu 8. Əlillərin sosial müdafiəsinin hüquqi tənzimlənməsinin problemləri
Əlillik anlayışı və əlilliyin müəyyən edilməsi problemləri
Əlillərin hüquqi vəziyyətinin beynəlxalq hüquqi məsələləri
Müasir dövrdə əlillərin sosial müdafiəsinin formaları
Əlillərin sosial reabilatasiyası problemləri
Əlillərin pensiya təminatının hüquqi tənzimi.
Mövzu 9. Tibb hüququnun nəzəri aspektləri
İnsanın sosial iqtisadi hüququ kimi sağlamlığın qorunmasıhüququnun konstitusion hüquqi əsasları
İnsanların sağlamlığının qorunması hüququnun təmin edilməsi vasitəsi kimi tibbin əhəmiyyəti
Kompleks hüquq sahəsi kimi tibb hüququnun anlayışı və predmeti
Tibb hüququnun sistemi
Tibb hüququnun prinsipləri
Tibb hüququnun mənbələri.
Mövzu 10. İcbari tibbi sığortanın hüquqi tənzimlənməsinin problemləri
Tibbi yardım almaq hüququnun həyata keçirilməsinin forması kimi icbari tibbi sığortanın müasir vəziyyəti
İcbari tibbi sığortanın hüquqi tənzimetmə prinsipləri
İcbari tibbi sığortanın hüquqi tənzimetmə problemləri və inkişaf perspektivləri.
Tövsiyə olunan ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Hüquq Yayın Evi, 2018
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı: Hüquq Yayın Evi, 2019
3. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi. Bakı: Qanun, 2013
4. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi. Normativ-hüquqi aktlar toplusu/Tərtib edən prof. A.M. Qasımov. Bakı: Qanun, 2006
5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Elmi-praktiki Kommentariyası/Prof. A.M.Qasımovun məsul redaktorluğu ilə. Bakı: Hüquq Yayın Evi, 2018
6. “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2018-ci il tarixli 3696 nömrəli Sərəncamı // www.e-qanun.az
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2018
- “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2018
9. «Azərbaycanın Milli Qəhrəmanı adı vеrilmiş şəхslərin sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Rеspublikası Prеzidеntinin 20 fevral 2018-ci il tarixli 1843 nömrəli Fərmanı
10. «Əmək kitabçalarının tətbiqi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı
11. «Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli qərarı
12. «Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi»nin təsdiq edilməsi haqqında AR NK-nin 2002-ci il 18 yanvar tarixli 9 nömrəli Qərarı
13. «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı
14. «İş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı
15. «İşçilərə məzuniyyət vaxtı əlavə sosial – məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında» AR ƏƏSMN Kollegiyasının 2002-ci il 4 iyul tarixli 8-1 nömrəli qərarı
16. «İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı
17. «İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin, iş yerlərinin Siyahısının təsdq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli qərarı
18. «İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı
19. «Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli qərarı
20. «Məşğulluq haqqında» Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli Qanunu // www.e-qanun.az
21. «Məzuniyyət vaxtı üçün ota əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə» AR Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137-nömrəli qərarı və ona 1 və 2 nömrəli əlavələr
22. «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Azərbaycan Rеspublikası Prеzidеntinin 20 fevral 2018-ci il tariхli 3690 nömrəli Sərəncamı // www.e-qanun.az
23. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu. Bakı: Qanun, 2011
24. «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı
25. «Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 58 nömrəli qərarı
26. Abbasov Q.R. Əmək hüququ elmi işçinin məsuliyyətinin anlayışı və əsası haqqında / Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi-məqalələr məcmuəsi. 11-ci buraxılış. Bakı: Adiloğlu, 2005, s.131-138
27. Abbasov Q.R. Əmək intizamı, işəgötürənin sahibkarlıq hakimiyyəti və işçinin intizam məsuliyyəti / Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi-məqalələr məcmuəsi. 15-ci buraxılış. Bakı, 2006, s.139-144
28. Abbasov Q.R. İşçilərin xüsusi intizam məsuliyyəti/Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi-məqalələr məcmuəsi. 16-cı buraxılış. Bakı, 2006, s. 131-144
29. Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi. Bakı: Qanun, 2006
30. Azərbaycan Respublikasının sosial təminat qanunvericiliyi (normativ hüquqi aktlar toplusu). Bakı: Qanun, 2007
31. Bayramova A.A. Əlavə məzuniyyətlərin təsnifatı və onların ayrı-ayrı növlərinin qısa hüquqi xarakteristikası // Nəqliyyat hüququ, Bakı, 2013, № 2, s. 239-246
32. Bayramova A.A. İstirahət vaxtı əmək hüququ sahəsinin əsas hüquq institutlarından biri kimi: anlayışı, strukturu və məzmunu//Nəqliyyat hüququ, Bakı, 2013, № 3, s.146-160
- Beynəlxalq Əmək Təşkilatı. Konvensiyalar və tövsiyələr. Bakı, 1996
34. Cəfərov Z.İ. Əmək hüquqlarının müdafiəsi üsulları kontekstində əmək mübahisələrinin hüquqi tənzimlənməsi: Monoqrafiya. Bakı: Qanun, 2010
35. Cəfərov Z.İ. Əmək mübahisələrinə baxılması vətəndaşların əmək hüquqlarının müdafiəsinin forması kimi: Monoqrafiya. Bakı: Adiloğlu, 2008
36. Cəfərov Z.İ. İşçilərin subyektiv hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin mühafizəsi və müdafiəsi üsulları (nəzəri aspektləri): Monoqrafiya. Bakı: Adiloğlu, 2008
37. Dadaşov Z.N. Müasir dövrdə əmək haqqında müqavilələr (nəzəri və təcrübi aspektlər): Monoqrafiya. Bakı, 2010
38. Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının 31 may 2018-ci il tarixli Qanunu // www.e-qanun.az
39. Əliyev M.N. Müasir dövrdə dövlətin sosial funksiyasının xarakterik xüsusiyyətləri //Qanun, Bakı, 2018, № 05, s.8-14
40. Əliyev M.N. Sosial təminat hüququ: Dərslik. Bakı: Adiloğlu, 2007
41. Əliyev M.N. Sosial təminat hüququ: Tədris-metodiki vəsait. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002
42. Əliyev M.N., Cəfərov Z.İ. Məşğulluq və işədüzəltmənin hüquqi tənziminin bəzi məsələləri/ Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi-məqalələr məcmuəsi. 4-cü buraxılış. Bakı, 2003, s.300-310
43. Əliyev M.N., Hüseynov P.A. Kollektiv əmək mübahisələrinin həllinin barışdırıcı üsulları / Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 1-ci buraxılış. Bakı, 2002, s.17-33
44. Fərəcov Ə.Ə. Əlavə məzuniyyət hüququnun anlayışı və onun verilməsi şərtləri/Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi-məqalələr məcmuəsi. 10-cu buraxılış. Bakı: Adiloğlu, 2004, s.256-263
45. Fərəcov Ə.Ə. Əmək hüquq elmində hüquqi məsudiyyətin əsas növlərinin ümumi xarakteristikası // Qanun, Bakı, 2013, № 7, s.88-93
46. Həmidli G.B. Başqa işə keçirmə və onun yerdəyişmədən fərqi//Qanun, 2008, № 7, s.108-116
47. Həmidli G.B. Əmək müqaviləsinin məzmununun anlayışı haqqında//Nəqliyyat hüququ, Bakı, 2013, №1, s.126-136
48. Həmidli G.B. İşçinin əmək funksiyası//Qanun, 2009, № 5, s.127-132
49. İsmayılov İ.İ., Mürşüdov R.İ. Sosial təminat hüququ və onun tətbiqi problemləri. Bakı: Qanun, 2001
50. Kazımov T.L. Əmək hüququ üzrə işçinin tam maddi məsuliyyət//Nəqliyyat hüququ, Bakı, 2013, № 1, s.102-117
51. Kazımov T.L. İşçinin tam maddi məsuliyyətinin anlayışı, yaranma əsasları və şərtləri//Qanun, Bakı, 2013, № 6, s.78-87
52. Qasımov A.M. Əmək hüquq və azadlıqları insan və vətəndaşın əsas hüquq və azadlıqlarının ayrılmaz hissəsidir//Qanun, Bakı, 2006, № 7, s.29-39
53. Qasımov A.M. Əmək hüquqlarının beynəlxalq-hüquqi standartları // Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2009, № 3, s.11-19
- Qasımov A.M. Əmək hüququ: Dərslik. Bakı: Letterpress, 2016
55. Qasımov A.M. Əmək hüququnda əməyin azadlığı prinsipi haqqında // Qanun, Bakı, 2011, № 11, s.67-72
56. Qasımov A.M., Abbasov Q.R. İşçinin məsuliyyətinin məqsədi və funksiyaları // Azərbaycan hüquq jurnalı, 2005, № 1-2, s.20-26
57. Qasımov A.M., Əliyev M.N. Əmək və sosial təminat sahəsində vətəndaşların hüquqlarının həyata keçirilməsi təminatları: Monoqrafiya. Bakı: Qanun, 2012
58. Qasımov A.M. Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi məsuliyyət: Monoqrafiya. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002
59. Qasımov A.M. Əməyin beynəlxalq-hüquqi tənzimlənməsi – vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin təminatı kimi//Hüquqi dövlət və qanun, Bakı, 2012, № 11, s. 22-30
60. Qasımov A.M., Məmmədov O.C., Abdullayev M.K. Beynəlxalq əmək hüququ: Dərs vəsaiti. Bakı, 2012
61. Qasımov A.M., Mustafayeva Ə.Ə. Əmək hüququnun subyekti kimi işçinin hüquqi statusu: Monoqrafiya. Bakı: Qanun, 2015
62. Qasımov A.M., Cəfərov Z.İ., Həmidli G.B. Başqa işə keçirmənin hüquqi tənzimlənməsi: nəzəri və təcrübi məsələlər: Monoqrafiya. Bakı: Qanun, 2015
63. Qasımov A.M., Cəfərov Z.İ., Hüseynov Ə.İ. Əmək münasibətlərinin hüquqi tənzimlənməsinin vahidliyi və diferensiasiyası: Dərs vəsaiti. Bakı: Qanun, 2015
64. Məmmədov O.C. İş vaxtı: Dərs vəsaiti. Bakı: Elm və təhsil, 2012
65. Məmmədov O.C. İş vaxtının hüquqi tənzimlənməsi: Monoqrafiya. Bakı: Qanun, 2008
66. Mustafazadə A.İ., Aslanov Z.N. Azərbaycan Respublikasının tibb hüququ: Dərs vəsaiti. Bakı: Elm, 2017
67. Mürşüdov R.İ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun elmi və praktiki kommentariyası I hissə (1-20-ci maddələr). Bakı: Avrora, 2018
- Bakı: Avropa, 2013
69. Mürşüdov R.İ. Sosial təminat hüququnun nəzəri aspektləri: Monoqrafiya. Bakı: Avropa, 2015
70. Sosial sığorta: qanunvericilik və normativ sənədlər. Bakı: CBS, 2007
71. Sosial təminata dair qanunvericilik toplusu. Bakı, 2010
72. Zəkəriyyəyev P. Fərdi əmək mübahisələrinin yaranması, şərtləri və səbəbləri / Keçid dövründə Azərbaycan Respubulikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 14-cü buraxılış, Bakı, 2006, s.202-207
73. Zəkəriyyəyev P. Fərdi əmək mübahisəsinin anlayışı / Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 13-cü buraxılış, Bakı, 2005, s.168-181
74. Актуальные проблемы трудового права: Учебник для магистров/Отв.ред. Н.Л.Лютов. М.: Проспект, 2018
75. Агафонова Г.А. Прекрашение трудового договора по инициативе работодателя по основаниям, не связанным с виной работника. М.: Проспект, 2014
76. Александров Н.Г. Трудовое правоотношение. М.: Проспект, 2008
77. Бондаренко Э.Н. Юридические факты в трудовом правоотношении. Барнаул, 2005
78. Буянова М.О. Трудовые споры: Учебник. М.: РГ-Пресс, 2014
79. Буянова М.О., Кобзева С.И., Кондратьева З.А. Право социального обеспечения: Учебное пособие. 3-е изд. перераб. и доп. М.: КНОРУС, 2009
80. Волк Е.А., Костевич К.С., Томашевский К.Л. Коллективные договоры и соглашения как источники современного трудового права (теория и практика). Минск: Амалфея, 2012
81. Гейц И.В. Нормирование и регламент (режимы) рабочего времени. М., 2002
82. Гладков Н.Г. Комментарий судебной практики по спорам, возникающим из трудовых и пенсионных отношений. М.: Юрайт, 2009
83. Голенко Е.И., Ковалев В.И. Право социального обеспечения. Схемы. Комментарии: Учебное пособие. М., 1999
- Головина С.Ю. Понятийный аппарат трудового права: Монография. Екатеринбург, 1997
85. Гусев А.Ю. Судебная защита права российских граждан на социальное обеспечение: Монография. М.: Проспект, 2018
86. Долженкова Г.Д. Право социального обеспечения. Конспект лекций: Учебное пособие. М.: Юрайт, 2010
87. Драчук М.А. Субъекты трудового права. Омск: Изд-во Омск. гос.ун-та, 2009
88. Зайцева О.Б. Руководитель организации как субьект трудового права. М.: Проспект, 2014
89. Зверев С.В. Основания изменения и прекращения трудовых правоотношений. М., 2007
90. Зыкина Т.А. Реализация прав работников: проблемы теории и практики. Архангельск, 2012
91. Иосифиди Д.Г. Право социального обеспечения Российской Федерации: Учебник/Под ред. проф.А.И.Бабылева. М.: Право и государство, 2003
92. Касумов А.М., Алескерова Л.Г. Время отдыха: Учебное пособие. Баку: Ганун, 2011
93. Касумов А.М., Алескерова Л.Г. Правовое регулирование времени отдыха на современном этапе: Монография. Баку: Ганун, 2011
94. Касумов А.М., Джафаров З.И. Правовое регулирование трудовых споров в контексте способов защиты трудовых прав: Монография. М.: Проспект, 2013
95. Касумов А.М.Форма и содержание трудового договора (контракта)// Ганун, Баку, 2013,№ 6, с.60-68
- Кокова Л.Р. Сроки в трудовом праве. М., 2008
97. Лебедев В.М., Воронкова Е.Р., Мельникова В.Г. Современное трудовое право (Опыт трудоправового компаративизма). Книга первая: Монография. М.: Статут, 2007
- Лебедев В.М.Трудовое право: проблемы общей части: Монография. Томск, 1988
99. Лушников А.М., Лушникова М.В. Очерки теории трудового права. СПб., 2006
100. Лушникова М.В. Международное и сравнительное трудовое право и право социального обеспечения: введение в курс: Учебное пособие. М.: Юрлитинформ, 2011
101. Лушникова М.В., Лушников А.М. Курс права социального обеспечения. М.: ЗАО Юстицинформ, 2009
102. Лютов Н.Л.Эффективность норм международного трудового права: Монография. М.: Проспект, 2014
103. Мачульская Е.Е. Право социального обеспечения. Перспективы развития: Монография. М., 2000
104. Мачульская Е.Е. Право социального обеспечения. Учебник. М.: Юрайт, 2018
105. Миронов В.И. Законодательство о труде: теория и практика: Монография. М., 2000
106. Наумов М.Ф., Касумов А.М., Расулов М.Б. Трудовой договор (контракт): баланс сил и баланс интересов: Монография. М., 2000
107. Петров П.П. Рабочее время и время отдыха. М., 2001
108. Полетаев Ю.Н.Правопорядок и ответственность в трудовом праве: Учебное пособие. М.: Проспект, 2001
109. Расулов М.Б. Индивидуальный трудовой договор (контракт) в действующем трудовом праве Азербайджана: Монография. Баку: Ганун, 1998
110. Рычагова О.Е. Рабочее время и время отдыха. Омск, 2002
111. Рогалева Г.А. Локальное регулирование условий труда и система источников трудового права: Монография. М., 2003
112. Сергеев А.В. Переводы на другую работу: теоретические аспекты и практика. М., 2001
113.Скачкова Г.С. Расширение сферы действия трудового првава и диференциациии его норм: Монография. М., 2003
114. Скобелкин В.Н., Передерин С.В., Чуча С.Ю., Семенюта Н.Н. Трудовое процедурно-процессуальное право: Монография. Воронеж, 2002
115.Скобелкин В.Н.Трудовые правоотношения. М., 1999
116. Сойфер В.Г. Проблемы развития трудовых правоотношений в условиях рынка труда: Монография. М., 2005
117. Сулейманова Г.В. Право социального обеспечения: Учебник. М.: ИД Юрайт, 2018
118. Трудовое право: Учебник/Отв.ред. Ю.П.Орловский. М.: Юрайт, 2018
119. Трудовое право: Учебник /Под ред. О.В.Смирнова, И.О.Снигиревой и Н.Г.Гладкова. М.:Проспект, 2018
120. Трудовое право: Учебник/Под ред. К.Н.Гусова. М.: Юрайт, 2018
121. Толмачев А.П. Право социального обеспечения: Конспект лекций. М.: А-Приор, 2009
122. Трудовое и социальное право зарубежных стран. Сравнительно-правовое исследование / Под ред. Э.Б.Френкель. М., 2002
123. Федин В.В. Юридический статус работника как субъекта трудового права: Монография. М.: Проспект, 2005
124. Хныкин Г.В. Локальные нормативные акты трудового права: Монография. Иванова, 2004
125. Хрусталев Б.Ф.Ответственность в трудовых отношениях: Учебное пособие. СПб, 2000
126. Черняева Д.В. Международные стандарты труда (международное публичное трудовое право): Учебное пособие. М., 2010
127. Шайхатдинов В.Ш. Теоретические проблемы советского права социального обеспечения: Монография. Свердловск: Изд-во Уральского университета, 1986
128. Шестерякова И.В. Международное трудовое право. Саратов, 2007
129. Шестерякова И.В. Международное правовое регулирование труда: Монография. Саратов, 2004
2019-cu il üçün 5609.01 - «Əmək hüququ; sosial təminat hüququ» ixtisası üzrə
fəlsəfə doktoru proqramı əsasında doktoranturaya qəbul üçün
İmtahan sualları
- Əmək hüququnun predmeti
- Əmək hüququnun metodu
- Əmək hüququnun sistemi
- Əmək hüququnun prinsiplərinin məzmunu
- Əmək hüququnun sahəvi prinsiplərinin anlayışı
- Əmək hüququnun mənbələrinin anlayışı və təsnifatı
- BƏT-in Konvensiyaları əmək hüququnun mənbəyi kimi
- Əmək hüququnun vahidliyi və diferensiasiyası
- Əmək hüququ sahəsindəki normativ aktların zamana, məkana və subyektlərə görə qüvvəsi
10. Əmək hüquq münasibətləri ilə sıx bağlı olan digər hüquq münasibətləri
11. Əmək hüquq münasibətlərinin anlayışı və xarakterik xüsusiyyətləri
12. Əmək hüquq münasibətlərinin məzmunu
13. Yaradıcılıq və təhsil məzuniyyətləri
14. İntizam məsuliyyətinin anlayışı, əlamətləri və növləri
15. İstirahət vaxtının anlayışı və növləri
16. İş vaxtının anlayışı və növləri
17. İş vaxtının rejimi
18. İşsiz şəxsin hüquqi statusu
19. İşsizlikdən sığorta ödənişi
20. İşçi əmək hüququnun subyekti kimi
21. İşçilərin attestasiyasının hüquqi tənzimlənməsi
22. İşçinin işdən kənar edilməsi
23. İşçinin maddi məsuliyyətinin anlayışı və növləri
24. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları və qaydası
25. İşəgötürən əmək hüququnun subyekti kimi
26. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti
27. Kollektiv müqavilənin anlayışı, tərəfləri və məzmunu
28. Kollektiv müqavilənin hazırlanması və bağlanılmasının qaydaları
29. Kollektiv əmək mübahisələrinin həlli məqsədi ilə tətil hüququnun həyata keçirilməsi
30. Kollektiv əmək mübahisələrinin həllinin barışdırıcı üsulları
31. Müddətli əmək müqaviləsinə xitam verilməsi
32. Müəssisədaxili intizam qaydaları
33. Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinin xitam edilməsi
34. Məşğulluğun və işədüzəltmənin anlayışı
35. Sınaq müddəti
36. Tariflə nəzərdə tutulmuş iş şəraitindən kənara çıxdıqda əməyin ödənilməsi
37. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi
38. Fərdi əmək mübahisələrinin anlayışı və səbəbləri
39. Həmkarlar ittifaqı orqanları əmək hüququnun subyekti kimi
40. Ödənişsiz məzuniyyətlər
41. Əməyin mühafizəsinin anlayışı və məzmunu
42. Əmək və icra intizamının anlayışı
43. Əmək mübahisələrinin anlayışı və təsnifatı
44. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsi
45. Əmək müqaviləsinin anlayışıvə əməklə sıx bağlı olan əlaqəli mülki-hüquqi müqavilələrdən onun fərqi
46. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi
47. Əmək müqaviləsinin məzmunu
48. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
49. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası
50. Əmək məzuniyyətinin anlayışı və verilməsi qaydası
51. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinin xitam edilməsinin əsası kimi
52. Əmək haqqı iqtisadi və hüquqi kateqoriya kimi
53. Əmək haqqı sistemləri
54. Əmək haqqından tutulmalara yol verilən hallar və onların məhdudlaşdırılması
55. Əmək haqqının hüquqi mühafizəsi
56. Əmək hüququ üzrə qarşılıqlı maddi məsuliyyətin anlayışı, əsasları və şərtləri
57. Əmək hüququ üzrə maddi məsuliyyətin mülki-hüquqi əmlak məsuliyyətindən fərqi
58. Əmək hüququ üzrə həvəsləndirmənin hüquqi tənzimlənməsi
59. Əmək hüququnun subyektlərinin anlayışı və təsnifatı
60. Azərbaycan Respublikasının pensiya təminatı sisteminin müasir vəziyyəti
61. Ailə başçısını itirməyə görə əmək pensiyasının anlayışı və təyin edilməsi
62. Yaşa görə əmək pensiyalarının növləri və məbləği
63. Yaşa görə əmək pensiyasının anlayışı
64. İnsanın sosial təminat hüququ və onun həyata keçirilməsində dövlətin rolu
65. İcbari tibbi sığortanın anlayışı, sistemi və subyektləri
66. Pensiyanın anlayışı və onun əlamətləri
67. Əmək pensiyası pensiya təminatının növü kimi
68. Sosial müavinətlər üzrə hüquq münasibətləri
69. Sosial müavinətlərin anlayışı və təsnifatı
70. Sosial məzuniyyətlər
71. Sosial sığorta stajının anlayışı və növləri
72. Sosial sığorta stajının sübut edilməsi
73. Sosial sığorta stajının hesablanması qaydası
74. Sosial sığorta hadisəsi (sosial risk) sosial təminatın növlərinin təqdim edilməsinin əsası kimi
75. Sosial təminat sahəsində hüquq bərabərliyi
76. Sosial təminat hüquq elmi
77. Sosial təminat hüquq münasibətlərinin anlayışı və növləri
78. Sosial təminat hüquq münasibətlərinin subyektləri, obyekti və məzmunu
79. Sosial təminat hüququ mənbələrinin ümumi xarakteristikası
80. Sosial təminat hüququnun metodu
81. Sosial təminat hüququnun mənbələrinin anlayışı və təsnifatı
82. Sosial təminat hüququnun predmeti
83. Sosial təminat hüququnun prinsiplərinin anlayışı və təsnifatı
84. Sosial təminat hüququnun sahəvi prinsiplərinin məzmunu
85. Sosial təminat hüququnun sistemi
86. Sosial təminat hüququnun formalaşması mərhələləri
87. Sosial təminatın beynəlxalq hüquqi tənzimlənməsi
88. Sosial təminatın beynəlxalq hüquqi tənzimlənməsinin mənbələri
89. Sosial təminatın formaları
90. Sosial təminatın funksiyaları və onların məzmunu
91. Sosial təminatın və sosial müdafiənin anlayışı
92. Sosial sığorta və sosial sığorta hadisəsi
93. Sosial xidmətin formaları
94. Tibbi və dərman yardımı
95. Tibbi Sosial Ekspert Komissiyasının hüquqi statusu
96. Tibbi sığorta müqaviləsi
97. Hüququn müstəqil sahəsi kimi sosial təminat hüququnun anlayışı
98. Əlilliyin anlayışı, onun qrupları, səbəbləri və hüquqi əhəmiyyəti
99. Əlilliyə görə əmək pensiyasının anlayışı və onun təyin edilməsi şərtləri
- Əmək pensiyalarının təyin edilməsi, hesablanması və ödənilməsi qaydası
Əmək və ekologiya hüququ
kafedrasının müdiri: prof. A.M.Qasımov