Doktoranturaya qəbul üçün PROQRAM
İzahat vərəqəsi
Hüquq nəzəriyyəsi fundamental tədris fənnidir və onun özünün predmetini hüququn və hüquqi hadisələrin yaranması, inkişafı və fəaliyyətinin ümumi qanunauyğunluqları, hüququn dövlətlə və digər sosial hadisə və proseslərlə qarşılıqlı əlaqələri, ictimai həyatda onun rolu və sosial təyinatı təşkil edir. Hüquq nəzəriyyəsi xüsusi hüquqi təfəkkürün və hüquq düşüncəsinin formalaşdırılması üzrə mühüm vəzifəni yerinə yetirir ki, bunlar da Azərbaycan Respublikasında gedən və hüquq sisteminin formalaşdırılmasına, insanın və vətəndaşın qanuni maraqları naminə onun fəaliyyətinin effektivliyinə təsir edən sosial-iqtisadi proseslərə adekvat olaraq istiqamətlənməyə, ölkədə həyata keçirilən hüquq siyasətinin və müvafiq hüquqi islahatların dərkinə, onların reallaşdırılmasına şərait yaratmağa imkan verir.
“Hüquq nəzəriyyəsi” kursu tələbələri hüquq kimi mürəkkəb sosial fenomenin mahiyyətinin, onun çoxtərəfli əlaqələrinin və təzahürlərinin öyrənilməsinə və mənimsənilməsinə yönləndirir, ictimai münasibətlərin daha effektiv tənzimləyicisi kimi hüququn unikallığının dərk edilməsinə və onda mövcud olan potensial imkanların istifadəsinin zəruriliyinə istiqamətləndirir.
Hüquq nəzəriyyəsinin və onunla əlaqəli olan hüquqi təzahürlərin öyrənilməsi tələbələrdə ictimai münasibətlərin nizama salınması, cəmiyyətin hüquqi həyatının formalaşdırılması üçün obyektiv dərəcədə zəruri olan vahid bütöv sistem olaraq hüququn anlamını, cəmiyyətin siaysi sistemində hüququn rolunu və yerinin dərkini formalaşdırır, eyni zamanda tələbələrdə normativ materialla savadlı tərzdə işləmək, qanunu peşəkarcasına tətbiq etmək vərdişlərinin formalaşdırılmasına imkan yaradır.
Hüquq elmləri üçün ümumi olan fundamental hüquqi anlayışları və kateqoriyaları işləyib hazırlayan hüquq nəzəriyyəsi elmi-nəzəri bilgilərlə yanaşı özündə praktiki yükü də daşıyır. Praktika ilə mütəmadi olaraq zənginləşən həmin tədris fənni gələcək hüquqşünas mütəxəssislərin peşəkar hazırlığının təməlini qoyur ki, həmin mütəxəssislərin də hüquqi savadlılığı onların nəzəri hazırlığı ilə, professional fəaliyyətin müxtəlif sferalarında nəzəri bilgilərin tətbiqinin peşəkar vərdişlərinin mənimsənilməsi ilə ölçülür.
Bu gün hüquq haqqında dərin biliklərə malik olmayan, milli qanunvericiliyi bilməyən və hüquq tətbiqi vərdişlərinə yiyələnməyən peşəkar hüquqşünası təsəvvür etmək çətindir. Müasir hüquqşünas geniş siyasi və hüquqi informasiya ilə yüklənən, peşəkarcasına qanunvericiliklə işləyə bilən, əsaslandırılmış və ehtimalla qanunu tətbiq edən, ölkədə qanuna və onun nüfuzuna hörmət ruhunda siyаsi hüquqi mühitin formalaşmasına xidmət edən hərtərəfli təhsil görmüş peşəkar olmalıdır.
Hüquq nəzəriyyəsinin yüksək ixtisaslı peşəkar hüquqşünasların hazırlığında ifadə olunan əhəmiyyəti və rolu ilə şərtləndirilən məqsədləri aşağıdakılardır:
- tələbələrdə Azərbaycan Respublikasında və bütün dünyada baş verən, hüququn inkişafına və fəaliyyətinə təsir göstərən sosial-iqtisadi proseslərin dərkinə və izahına imkan yaradan xüsusi hüquqi təfəkkürün formalaşdırılması;
- tələbələri Azərbaycan Respublikasının hüquq siyasətinin və həyata keçirilən hüquqi islahatlarin mahiyyətinin və təmayülünün dərkinə yönləndirilməsi;
- hüququn fəaliyyətinin əsas qanunauyğunluqlarının, onun dövlətlə və digər sosial institutlarla qarşılıqlı əlaqələrinin, həmçinin suveren Azərbaycan Respublikasında əsas inkişaf tendensiyalarının dərki vərdişlərinin tələbələrdə inkişaf etdirilməsi;
- tələbələrdə hüququn vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi yönümündə fəaliyyət göstərən vahid bütöv sistem kimi sosial rolunun dərkinin formalaşdırılması;
- hüququn cəmiyyətin siyasi sistemində, ölkənin hüquqi həyatının formalaşdırılmasında sosial rolunun dərk edilməsi;
- gələcək peşəkarların dünyagörüşü mövqelərinin formalaşdırılması, onların Qanunun ciddi şəkildə gözlənilməsi əsasında özlərinin professional vəzifələrinin icrasına yönləndirilməsi;
- Azərbaycan Respublikası qanunvericiliyinin timsalında tələbələrə normativ materialla sərbəst və savadlı bir tərzdə işləmək, hər bir işin faktiki hallarının hərtərəfli təhlili əsasında normativ hüquqi aktları peşəkarcasına tətbiq etmək vərdişlərinin aşılanması;
- hüququn ictimai münasibətlərin effektiv hüquqi nizamlayıcısı kimi sosial dəyərinin dərkinə, hüquq pozuntuları ilə mübarizəyə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının mühafizəsinə yönəlik hüquq düşüncəsinin formalaşması;
- tələbələrin hüququn və hüquqi institutlarının nəzərdən keçirilməsinə müstəqil yaradıcı münasibətə istiqamətləşdirilməsi; onlarda ölkənin qanunvericilik prosesinin təkmilləşdirilməsinə fəal qoşulmaq bacarığının tərbiyə edilməsi;
- Hüquq nəzəriyyəsi elmi tərəfindən işlənib hazırlanan hüquqşünaslığın ümumelmi əsaslarının öyrənilməsi əsasında tələbələr tərəfindən xüsusi hüquqi fənnlərin mənimsənilməsinə onların hazırlanması.
Hüquq nəzəriyyəsi hüquq elmləri sistemində xüsusi, aparıcı yeri tutur. Hüquq nəzəriyyəsi fundamental hüquq elmidir, onun nüfuzu və vacibliyi bu elmin məzmunu, təyinatı və əhəmiyyəti ilə şərtləndirilir.
Hüquq nəzəriyyəsinin fundamentallığı onun hüququn yaranması, inkişafı və fəaliyyətinin bütün sahəvi hüquq elmlərinin əsasında duran ən ümumi qanunauyğullarını öyrənməsində ifadə olunur.
Hüquq nəzəriyyəsi hüququ bütöv hadisə kimi öyrəndiyi, hüquq haqqında vahid biliklər sistemi yaratdığı halda, sahəvi hüquq fənlərindən hər birinin predmeti isə məlum olduğu kimi, hüququn fəaliyyətinin konkret müəyyənləşdirilmiş, daha dar sferasını əhatə edir.
Hüquq nəzəriyyəsi bütün hüquq elmləri üçün ümumi olan problemləri tədqiq edir. Onun tərəfindən işlənib hazırlanan əsas anlayışlar və kateqoriyalar təməl başlanğıcları hesab olunurlar, sahəvi elmlərin öz xüsusi nəzəriyyəsinin formalaşdırılması və inkişafı üçün postulat qismində çıxış edirlər. Bu mənada hüquq nəzəriyyəsi ümumiləşdirici elm sayılır.
Bütün hüquqşünaslıq üçün ümumi, başlangıc hüquq müddəalarının və kateqoriyalarının vahid sistemini yaradan hüquq nəzəriyyəsi həmçinin, bütün hüquq elmlərinin vahid sistemdə birləşdirən, bağlayıcı bir elm rolunda çıxış edir. Nümunə üçün qeyd edək ki, hüquq nəzəriyyəsi hüquq münasibətləri institutunu və onunla bağlı olan məsələləri (anlayışını, tərkibini, onun elementlərini, hüquqi faktları və s.) tədqiq edir. Həmin institut həmçinin hər bir sahəvi elm tərəfindən özünün sferasında öyrənilir. Bununla belə onlar üçün özlərinin nəzəri müddəalarının uyğunlaşdırdığı hüquq nəzəriyyəsinin anlayışları və kateqoriyaları başlangıc hesab olunurlar. Digər nümunələr də gətirmək olar: hüququn təfsiri, hüququn realizəsi, qanunçuluq və s. institutlar. Təsadüfi deyildir ki, hüquq nəzəriyyəsini əksər hallarda «Ümumi hüquq nəzəriyyəsi» adlandırırlar.
Hüquq nəzəriyyəsinin mühümlüyü həm də belə bir halla təsdiqlənir ki, hüquq nəzəriyyəsinin öyrənilməsinə sahəvi fənlərin öyrənilməsindən əvvəl başlanılır və hüquqi təhsil bu fənnin tədrisi ilə başlayır. Hüquq nəzəriyyəsinin işləyib hazırladığı anlayış aparatını bilməmək sahəvi hüquq elmlərinin mənimsənilməsini əhəmiyyətli dərəcədə çətinləşdirir.
Hüquq elmləri sistemində hüquq nəzəriyyəsinin əhəmiyyəti və yeri həmçinin onun metodoloji funksiyası ilə şərtləndirilir. Hüquq nəzəriyyəsi hüquqi tədqiqat metodlarının sistemini formalaşdıran metodoloji elmdir. Sahəvi hüquq elmlərinə münasibətdə hüquq nəzəriyyəsinin anlayışları və kateqoriyaları onların problemlərinin tədqiqi prosesində metodlar qismində çıxış edirlər, onlar üçün öz predmetlərinin elmi idrak metodu rolunu oynayırlar.
Hüquq nəzəriyyəsi digər hüquq elmləri ilə sıx əlaqədədirlər və bu, birtərəfli deyildir. Hüquq nəzəriyyəsi öz dəlillərini onu faktiki materialla zənginlləşdirən sahəvi hüquq elmlərinin nailiyyətlərindən istifadə etməklə qurur və inkişaf edir. Sahəvi elmlərdə əks olunan empirik faktların təhlili və ümumiləşdirilməsi hüquq nəzəriyyəsi tərəfindən təməl anlayışlarının və kateqoriyalarının formalaşdırılmasını stimullaşdırır.
“Hüquq nəzəriyyəsi” kursunun öyrənilməsi prosesində tələbələr Azərbaycan Respublikasında hüququn inkişaf tendensiyalarını və xüsusiyyətlərini; cəmiyyətin siyasi sistemində və ictimai həyatında hüququn rolunu, onun ictimai münasibətlərin effektiv tənzimləyicisi kimi sosial dəyərliliyini, hüquqi tənzimləmənin mexanizm və vasitələrini; Аzərbaycan Respublikasının hüquq sistemini və qanunvericilik sistemini; normayaratma prosesini, normayaratma subyektlərinin səlahiyyətlərini; hüququn realizəsi formalarını, hüquq tətbiqetmə prosesini, qanunun təfsirinin qaydalarını; qanunçuluğun və hüquq qaydasının prinsiplərini və tələblərini;hüquq pozuntularının əlamətlərini, tərkibini, səbəblərini; hüquqi məsuliyyətin mahiyyətini, prinsiplərini, hüquqi məsuliyyətə cəlb etmənin və məsuliyyətdən azad edilmənin əsaslarını; hüquq nəzəriyyəsi elmi tərəfindən işlənib hazırlanan anlayış aparatını bilməlidirlər.
“Hüquq nəzəriyyəsi” kursunun öyrənilməsi nəticəsində tələbələr öz peşəsinin sosial əhəmiyyətini dərk etməyi; qanunçuluğun və hüquq qaydasının təmini, mənafelərinin, dövlətin, cəmiyyətin, şəxsiyyətin hüquq və azadlıqlarının müdafiəsi üzrə öz vəzifə öhdəliklərini vicdanlа yerinə yetirmək məqsədi ilə hüquq düşüncəsinin yüksək səviyyəsinə, mənəvi keyfiyyətlərə, hüquqi təfəkkürə və hüquq mədəniyyətinə malik olmağı; əldə edilmiş nəzəri bilikləri özünün peşəkar fəaliyyəti sferasında sərbəst şəkildə tətbiq etməyi; normativ materialla hüquqi baxımdan savadlı bir tərzdə işləməyi, qanunun ciddi gözlənilməsi ilə hüququn əsaslandırılmış tətbiqini, məntiqi cəhətdən düzgün qərarların qəbul edilməsini; hüquq tətbiqetmə prosesində hüquqda boşluqların və ziddiyyətlərin üzə çıxarılmasını, onların aradan qaldırılması üçün respublika qanunvericiliyində müəyyən edilmiş qaydalardan istifadə edilməsini; hüquq normalarının təfsirinin üsullarına və onların düzgün tətbiqi vərdişlərinə yiyələnməyi; hüquqi faktların və onların əsasında yaranan hüquq münasibətlərinin savadlı tərzdə tövsif edilməsini; hüquq pozuntusu məsələlərinin elmi anlamının mənimsənilməsini, onların səbəblərinin aşkarlanmasını və xəbərdarlığı üzrə profilaktikanın həyata keçirilməsini; hüquqi məsuliyyət tədbirlərinin qanuni əsaslarının, həmçinin hüquqi məsuliyyətə cəlb etmənin və ondan azad etmənin əsaslarının müəyyən edilməsini; hüquqi anlayışlar, kateqoriyalar və terminologiya ilə sərbəst surətdə işləməyi; peşəkarlıq səviyyəsini daim artırmağı; Qanuna, hüquqa, şəxsiyyətin hüquq və azadlıqlarına hörmətlə yanaşmanı tərbiyə etməni bacarmalıdırlar.
Mövzular üzrə saatların bölgüsü
№ |
Mövzunun adı
|
Saatlar |
||
Müha-zirə |
Semi-nar |
Cəmi |
||
1. |
Hüquq nəzəriyyəsinin anayışı, predmeti və metodologiyası |
2 |
|
2 |
2. |
Hüququn mənşəyi |
2 |
|
2 |
3. |
Hüququn anlayışı, mahiyyəti və funksiyaları |
2 |
2 |
4 |
4. |
Hüquq sosial normativ tənzimetmə sistemində |
2 |
2 |
4 |
5. |
Hüquq və dövlət |
2 |
2 |
4 |
6. |
Hüquq və cəmiyyətin siyasi sistemi |
2 |
2 |
4 |
7. |
Hüququn mənbələri (formaları) |
2 |
2 |
4 |
8. |
Hüquq normaları |
2 |
2 |
4 |
9. |
Normativ hüquqi aktlar |
2 |
2 |
4 |
10. |
Hüquqyaratma. Hüququn sistemləşdirilməsi |
2 |
2 |
4 |
11. |
Hüququn sistemi və qanunvericilik sistemi |
2 |
2 |
4 |
12. |
Hüquq münasibətləri |
4 |
2 |
6 |
13. |
Hüququn realizəsi |
2 |
2 |
4 |
14. |
Hüququn təfsiri |
2 |
2 |
4 |
15. |
Hüquq düşüncəsi və hüquq mədəniyyəti |
2 |
|
2 |
16. |
Hüquqi tənzimetmə mexanizmi |
2 |
2 |
4 |
17. |
Qanunçuluq və hüquq qaydası |
2 |
|
2 |
18. |
Hüquqauyğun davranış. Hüquq pozuntusu |
2 |
2 |
4 |
19. |
Hüquq məsuliyyəti |
2 |
2 |
4 |
20. |
Hüquq, şəxsiyyət, vətəndaş cəmiyyəti |
2 |
|
2 |
21. |
Müasir dövrün əsas hüquq ailələri (sistemləri) |
3 |
|
3 |
|
Cəmi: |
45 |
30 |
75 |
Mövzu 1. Hüquq nəzəriyyəsinin anlayışı, predmeti və metodologiyası
Fundamental hüquq elmi və bütöv bilik sistemi kimi hüquq nəzəriyyəsinin anlayışı və predmeti.
Hüquq hüquqşünaslığın obyekti kimi.Elmin predmeti və obyektinin qarşılıqlı nisbəti.Hüquq nəzəriyyəsinin funksiyaları.
Müasir dövrdə hüquq nəzəriyyəsinin inkişafı, onun ictimai təcrübə ilə əlaqəsi.
Hüquq nəzəriyyəsinin ictimai elmlər sistemində yeri. Fəlsəfə, iqtisadi nəzəriyyə, sosiologiya, politologiya ilə əlaqəsi.
Hüquq elmlərinin təsnifatı. Hüquq nəzəriyyəsinin hüquq elmləri sistemində aparıcı rolu. Hüquq nəzəriyyəsinin bütün sahəvi hüquq elmləri üçün ümumi olan hüquq haqqında əsas anlayışları və kateqoriyaları işləyib hazırlaması.
Hüquq nəzəriyyəsinin metodologiyasının anlayışı və əhəmiyyəti. Hüququn dərk edilməsində fəlsəfənin dünyagörüşü əhəmiyyəti.
Hüquq nəzəriyyəsinin metodlarının müxtəlifliyi: ümumi (fəlsəfi – metafizika, dialektika), ümumelmi (təhlil, sintez, sistemli yanaşma) və xüsusi elmi metodlar (məntiqi, müqayisəli-hüquqi, konkret-sosioloji və s.).
Hüquq nəzəriyyəsinin strukturu (3,4,7,9,26).
Mövzu 2. Hüququn mənşəyi
İbtidai icma cəmiyyətdə hakimiyyət institutları və sosial normalar. Sosial normaların ümumi xarakteristikası. İlkin sinifli cəmiyyətlər. Hüququn mənşəyinin əsas səbəbləri, ümumi qanunauyğunluqları və xüsusiyyətləri. Hüququn yaranmasının tarixi yolları: asiya (“asiya istehsal üsulları”) və qərb yolları.
Hüququn əlamətləri. Onun ibtidai cəmiyyətin sosial normalarından fərqi.
Hüququn mənşəyinə dair nəzəriyyələrin pluralizmi: təbii-hüquq, tarixi, normativist, marksist, psixoloji, sosioloji və s.). Hüququn mənşəyi haqqında müasir nəzəriyyələr. Nəzəriyyələrin üstünlüklərinin və çatışmazlıqlarının ümumi xapakteristikası (3,4,6,
7,9,25).
Mövzu 3. Hüququn anlayışı, mahiyyəti və funksiyaları
Hüququn anlayışı. Hüquq sosial və yuridik anlamda. Hüququn mahiyyəti və ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.) Hüququn əlamətləri. Hüquq və qanun.
Hüququn anlamının konsepsiyaları (təbii-hüquq nəzəriyyəsi, pozitivizm hüquq nəzəriyyəsi, sosioloji nəzəriyyə və s.).
Hüquq obyektiv və subyektiv anlamda. Hüquq qayda kimi. Hüquq mənafe kimi. Hüquq azadlıq kimi.Hüquq tələb etmə kimi.
Hüququn tərifi məsələsi.
Hüququn əsas prinsipləri.
Hüququn sosial təyinatı. Hüquq cəmiyyətdə sosial kompromis vasitəsi kimi.
Hüququn funksiyalarının anlayışı və təsnifatı (3,4,7,8,30,39)
Mövzu 4. Hüquq sosial normativ tənzimetmə sistemində
Sosial normativ tənzimləmə sistemi. Sosial və texniki normalar.
Sosial normaların anlayışı. Sosial normaların təsnifatı: iqtisadi, siyasi, hüquqi, korporativ və digər normalar, ümumi və fərqli cəhətlər.
Əxlaqın anlayışı. Hüquq və əxlaq. Hüquq və əxlaqın qarşılıqlı əlaqəsi. Mənəviyyat hüququn əsası kimi. Hüquq və əxlaqın ümumi və fərqli cəhətləri.
Hüquq və korporativ normalar.
Hüquq və adət. Adətlər, ənənələr və işgüzar vərdişlər.
Hüquq və dini normalar (1,3,4,26,45).
Mövzu 5. Hüquq və dövlət
Hüquq və dövlətin qarşılıqlı əlaqəsi. Cəmiyyətdə onların sosial təyinatı.
Hüquqi dövlətin formalaşmasında hüququn rolu. Qanunun aliliyi hüquqi dövlətin əsas prinsipi kimi. Azərbaycan Respublikasında hüquqi dövlətin konstitusiya əsasları.
Dövlət aparatının anlayışı və onun mexanizmi. Azərbaycan Respublikasının qanunvericiliyinə ğörə dövlət aparatının quruluşu və prinsipləri.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə dövlət orqanlarının sistemi. Hakimiyyətlər bölgüsü prinsipi.
Dövlətin funksiyaları: anlayışı və təsnifatı. Dövlət funksiyalarının həyata keçirilməsinin hüquqi formaları.
Dövlət formasının anlayışı. Azərbaycan Respublikasında dövlət idarəçilik, dövlət quruluşu formalarının və siyasi rejimin konstitusiya əsasları. Siyasi rejim və hüquqi rejimin nisbəti.
Demokratik rejim. Hüquq, dövlət və demokratiya (1,2,7,9,13, 27).
Mövzu 6. Hüquq və cəmiyyətin siyasi sistemi
Cəmiyyətin siyasi sisteminin anlayışı.
Azərbaycan Respublikasında siyasi sistemin quruluşu. Dövlət və siyasi sistemin digər subyektləri: siyasi partiyalar, ictimai birliklər, dini təşkilatlar və s. Siyasi sistem ünsürlərinin qarşılıqlı əlaqəsi. Dövlətin cəmiyyətin siyasi sistemdə yeri və rolu.
Cəmiyyətin siyasi sistemində hüququn yeri və rolu.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə siyasi sistemin normativ əsasları (4,6,7,9,14,19,27,44).
Mövzu 7. Hüququn mənbələri (formaları)
Hüquq mənbələrinin (formalarının) anlayışı. Hüqunun maddi və formal mənbələri.
Hüquq mənbələrinin təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ hüquqi akt. Müqavilə. Hüquq doktrinası. Hüququn digər mənbələri.
Azərbaycan Respublikasında hüququn mənbələri. Azərbaycan hüquq sisteminin təkmilləşdirilməsində hüquqi praktika və məhkəmə presedentinin rolu (1,3,4,5,24,35).
Mövzu 8. Hüquq normaları
Hüquq normasının anlayışı və əlamətləri. Hüquq normaları, fərdi göstərişlər, məsləhətlər və tövsiyələr.
Hüquq normalarının məntiqi quruluşu: hipoteza, dispozisiya, sanksiya.
Hüquq normalarının normativ aktlarda ifadə üsulları. Hüquq norması və normativ hüquqi aktın maddəsi, onların nisbəti.
Azərbaycan Respublikası qanunvericiliyinin timsalında hüquq normalarının təsnifatı və növləri (1,3,4,5,7,43).
Mövzu 9. Normativ hüquqi aktlar
Normativ hüquqi aktın anlayışı və əlamətləri.
Normativ hüquqi aktların növləri: qanun və qanunqüvvəli aktlar. Azərbaycan Respublikası Konstitusiyasına görə normativ hüquqi aktların sistemi.
Qanunun anlayışı və onun əlamətləri. Qanunların növləri.
Azərbaycan Respublikasında qanunvericilik prosesi.
Qanunqüvvəli aktların anlayışı və onların növləri. Azərbaycan Respublikası Konstitusiyasına görə qanunqüvvəli aktların sistemi.
Normativ hüquqi aktların zamana, məkana və şəxslərə görə qüvvəsi məsələləri, Azərbaycan Respublikası qanunvericiliyinə görə onların hüquqi tənzimlənməsi (1,2,3,4,13).
Mövzu 10. Hüquqyaratma. Hüququn sistemləşdirilməsi
Hüquqyaratmanın anlayışı və prinsipləri.
Hüquqyaratmanın subyektlərə görə növləri.
Hüquqyaratmanın formaları.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqyaratma prosesinin əsas mərhələləri.
Normativ hüquqi aktların sistemləşdirilməsi: anlayışı, prinsipləri və növləri. İnkorporasiya və onun növləri. Konsolidasiya. Məcəllələşdimə: anlayışı və növləri. Azərbaycan Respublikasında normativ hüquqi aktların sistemləşdirilməsi.
Yuridik texnika: anlayışı, qaydaları və üsulları. Yuridik texnikasının Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsində rolu (1,3,4,12,16,17,22,41).
Mövzu 11. Hüququn sistemi və qanunvericilik sistemi
Hüququn sisteminin anlayışı. Sosial, iqtisadi, mədəni, dini və s. amillərin hüququn sisteminə təsiri. Hüququn sisteminin inkişafı.
Azərbaycanda hüququn sistemi və hüquqi sistem.
Xüsusi və ümumi hüquq.
Hüququn sisteminin struktur elementləri. Hüquq sahəsi anlayışı. Sahələrin təsnifatı və ümumi xarakteristikası. Hüquq institutları və onların növləri.
Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimetmə predmeti və metodları.
Hüququn sistemi və qanunvericilik sistemi: nisbəti və qarşılıqlı əlaqələri.
Azərbaycan Respublikasında milli hüquq və beynəlxalq hüququn nisbətinin konstiusiya əsasları (1,3,4,18,21,23,38).
Mövzu 12. Hüquq münasibətləri
Hüquq münasibətlərinin anlayışı. Hüquq münasibəti ictimai münasibətlərin xüsusi forması kimi və onun ictimai münasibətlərin digər formaları ilə qarşılıqlı əlaqəsi. Hüquq münasibətlərinin səciyyəvi əlamətləri.
Hüquq münasibətlərinin növləri.
Hüquq münasibətlərinin subyektləri. Azərbaycan Respublikası qanunvericiliyinə görə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti.
Hüquq münasibətlərinin məzmunu: maddi və yuridik məzmun. Subyektiv hüquq və hüquqi vəzifə hüquq münasibətlərinin yuridik məzmunu kimi.
Hüquq münasibətlərinin obyektləri və onların növləri.
Hüquqi faktlar və onların təsnifatı. Faktiki tərkib (1,3,4,5,43).
Mövzu 13. Hüququn realizəsi
Hüququn realizəsinin anlayışı.
Hüququn realizəsinin formaları: istifadə, icra, riayət və tətbiq. Hüququn ümumi və konkret hüquq münasibətlərində realizəsi.
Hüququn tətbiqi anlayışı. Hüququn tətbiqi realizənin xüsusi bir forması kimi. Hüququn tətbiqinin subyektləri. Hüququn tətbiqi prosesinin mərhələləri. Qanunçuluq və hüqüqün tətbiqi.
Tətbiqi aktlar, onların anlayışı, növləri və normativ hüquqi aktlardan fərqi.
Hüquqda boşluqlar: anlayışı və növləri. Boşluqların aradan qaldırılması üsulları. Azərbaycan Respublikası qanunvericiliyinə görə qanunun analogiyası və hüququn analogiyasının tətbiqi.
Hüquqi kolliziyalar: anlayışı, həlletmə üsulları (1,3,4, 10,34,42)
Mövzu 14. Hüququn təfsiri
Hüquq normasının təfsiri anlayışı. Təfsirin hüququn tətbiqi və qanunvericiliyin təkmilləşdirməsi üçün zəruriliyi.
Təfsirin subyektlərə görə növləri. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təfsiri aktlarının xüsusiyyətiləri və hüquqi qüvvəsi. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumları qərarlarının tövsiyə xarakteri.
Təfsirin üsulları: qrammatik, məntiqi, sistematik, tarixi, funksional təfsir.
- Təfsirin həcminə görə növləri: hərfi (adekvat), genişləndirici və məhdudlaşdırıcı təfsir.
Təfsiri aktlar; onların normativ hüquqi və tətbiqi aktlardan fərqi (1,3,4,8,9,15,34,37).
Mövzu 15. Hüquq düşüncəsi və hüquq mədəniyyəti
Hüquq düşüncəsinin anlayışı. Hüquq düşüncəsinin ictimai şüurun digər formaları ilə qarşılıqlı əlaqəsi. Hüquq düşüncəsinin prinsipləri.
Hüquq düşüncəsinin quruluşu. Hüquqi ideologiya və hüquqi psixologiya.
Hüquq düşüncəsinin növləri. Peşəkar hüquq dühüncəsi hüquq düşüncəsinin xüsusi növü kimi. Hüquq düşüncəsinin hüquqyaratmada və hüququn realizəsində rolu.
Hüquq düşüncəsi və hüquq mədəniyyəti. Hüquq mədəniyyətinin anlayışı və strukturu.
Hüquq düşüncəsi və hüquqi tərbiyə. Hüquqi tərbiyənin anlayışı, formaları və həyata keçirilməsi üsulları.
Hüquqi nihilizm: anlayışı, mənbələri, aradan qaldırılması üsulları. Hüquqi idealizm: anlayışı, səbəbləri (1,3,4,11,32).
Mövzu 16. Hüquqi tənzimetmə mexanizmi
Hüquqi tənzimetmə mexanizminin anlayışı və elementləri. Hüquqi tənzimetmə sosial tənzimetmənin növü kimi.
Hüquqi tənzimetmə prosesinin mərhələləri. Hüquqi tənzimetmənin üsulları (səlahiyyətvermə, məcburetmə, qadağanetmə, tövsiyyəetmə, stimullaşdırma), tipləri (icazəverici, rüsxətverici), metodları (imperativ, dispozitiv).
Hüquqi tənzimetmə və hüquqi təsiretmə, onların nisbəti. Stimullar və məhdudiyyətlər hüquqi təsiretmənin üsulları kimi. Hüquqi tənzimetmə mexanizminin effektliyi (1,3,4,5,40).
Mövzu 17. Qanunçuluq və hüquq qaydası
Qanunçuluğun anlayışı. Qanunçuluğun normativ əsası. Qanunçuluğun prinsipləri.
Hüquq qaydasının anlayışı. Hüquq qaydası və ictimai qayda.
Qanunçuluğun və hüquq qaydasının nisbəti.
Qanunçuluq və intizam.
Azərbaycan qanunvericiliyinə görə qanunçuluğun və hüquq qaydasının təminatları (1,3,4,13).
Mövzu 18. Hüquqauyğun davranış. Hüquq pozuntusu
Hüquqauyğun davranışın anlayışı və əsas cəhətləri.
Hüquqauyğun davranışın tərkibi: subyekt, obyekt, obyektiv cəhət və subyektiv cəhət.
Hüquqauyğun davranışın növləri və motivi. Hüquqauyğun davranışda motivin əhəmiyyəti.
Hüquq pozuntusu anlayışı və onun əlamətləri. Hüquq pozuntusunun növləri.
Hüquq pozuntusunun tərkibi. Tərkib elementlərinin qarşılıqlı əlaqəsi və təsiri (1,3,4,7,9,28,33).
Mövzu 19. Hüquq məsuliyyəti
Hüquq məsuliyyəti sosial məsuliyyətin növü və dövlət məcburiyyəti meyarı kimi.
Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, əsas prinsipləri.
Hüquq məsuliyyətinin növləri. Hüquq məsuliyyətinin iki aspekti: retrospektiv və pozitiv aspektlər.
Hüquq məsuliyyətinə cəlb etmə əsasları. Azərbaycan Respublikası qanunvericiliyinə görə hüquq məsuliyyətindən azad etmə əsasları.
Taxsırkarlıq prezumpsiyası.
Hüquq məsuliyyətinin məqsədləri və əsas funksiyaları, şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasında rolu (1,3,4.28,31).
Mövzu 20. Hüquq, şəxsiyyət, vətəndaş cəmiyyəti
Insan, şəxsiyyət və vətəndaş anlayışı.
Vətəndaş cəmiyyətinin anlayışı, səciyyəvi cəhətləri, əsas prinsipləri və strukturu. Hüquq və vətəndaş cəmiyyəti.
Şəxsiyyətin hüquqi statusunun anlayışı və strukturu. Vətəndaşlığın anlayışı. Azərbaycan Respublikasında vətəndaşlığın hüquqi əsasları.
Şəxsiyyət və dövlət. Azərbaycan Respublikası qanunvericiliyinə görə dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti.
Şəxsiyyətin hüquq və azadlıqları sistemi. Azərbaycan Respublikası Konstitusiyasına görə insan hüquq və azadlıqlarının sistemi və onların təminatı. Şəxsiyyətin hüquqi vəzifələri (2,4,6,7,36).
Mövzu 21. Müasir dövrün əsas hüquq ailələri (sistemləri)
Hüquq ailəsi və hüquq sistemləri: anlayışı, səciyyəvi cəhətləri, qarşılıqlı nisbəti.
Roman-german (qitə hüququ) hüquq ailəsi: yaranması, xüsusiyyətləri, strukturu, mənbələri. Qanunvericilik roman-german hüququnun əsas mənbəyi kimi. Roma hüququnun resepsiyası.
Anqlo-sakson hüquq ailəsi. Anqlo-sakson hüququnun (ümümi hüquq) yaranması, səciyyəvi əlamətləri, strukturu, mənbələri. Məhkəmə presedenti anqlo-sakson hüququnun mənbəyi kimi.
Müsəlman hüquq ailəsi. Müsəlman hüququnun yaranması tarixi, səciyyəvi xüsusiyyətləri. Müqəddəs Quran-i Kərim müsəlman hüququnun əsas mənbəyidir.
Dini-ənənəvi hüquq sistemləri.
Dini hüquq ailəsinə aid ölkələrin (İran, İraq, Pakistan, Sudan və digərləri, həmçinin Hindistan, Sinqapur, Malayziya və s. icmaların hind hüququ). Dini hüquq ailəsinin əlamətləri, mənbələri.
Ənənəvi hüquq ailəsinə aid ölkələrin hüquq sistemlərinin (Madaqaskar, Afrikanın və Uzaq Şərqin bir sıra ölkələri) səciyyəvi əlamətləri, mənbələri. Adət və ənənələr ənənəvi hüquq ailəsinin əsas mənbəyi kimi.
Müasir dövrdə qloballaşma şəraitində əsas hüquq ailələrin qarşılıqlı təsiri. Təsirin forma və növləri (unifikasiya, konvergensiya, resepsiya və s.) (4,8,9,20,24,29,35).
“Hüquq nəzəriyyəsi” fənni üzrə sərbəst (fərdi) işlərin nümunəvi mövzuları
- Hüquq nəzəriyyəsinin anlayışı, predmeti və funksiyaları.
- Hüquq nəzəriyyəsinin metodları.
- Hüquq mənşəyinə dair əsas nəzəriyyələr.
- Cəmiyyətin siyasi sisteminin strukturu və normativ əsasları.
- Şəxsiyyətin hüquqi statusunun anlayışı və elementləri.
- Azərbaycan Respublikasının Konstitusiyasına görə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı.
- Hüquq və dövlətin nisbəti.
- Hüquqi dövlətin anlayışı, əlamətləri və prinsipləri.
- Hakimiyyət bölgüsü konsepsiyası.
- Azərbaycan Respublikasında dövlətin formasının (dövlət idarəçilik forması, dövlət quruluşu forması və siyasi rejim) konstitusion əsasları.
- Hüququn anlayışı və əlamətləri.
- Hüququn prinsipləri.
- Hüququn sosial təyinatı və funksiyaları.
- Təbii hüquq nəzəriyyəsi.
- Pozitivizm nəzəriyyəsi.
- Sosioloji nəzəriyyə.
- Sosial normaların anlayışı, təsnifatı,onların ümumi və fərqləndirici cəhətləri.
- Hüquq və əxlaq.
- Hüquq və adət. Adətlər, ənənələr, işgüzar adətlər.
- Hüquq və korporativ normalar.
- Hüquq düşüncəsinin anlayışı, prinsipləri, quruluşu.
- Hüquq düşüncəsi və hüquq mədəniyyəti.
- Hüquq mənbələrinin anlayışı və təsnifatı.
- Hüquqi adət. Məhkəmə presedenti.
- Hüquqyaratmanın anlayışı, növləri və formaları.
- Azərbaycan Respublikası qanunvericiliyinə görə hüquqyaratma prosesinin əsas mərhələləri.
- Azərbaycan Respublikası qanunvericiliyinə görə qanunvericilik prosesi.
- Normativ hüquqi aktların anlayışı, əlamətləri və təsnifatı.
- Qanunun anlayışı, əlamətləri və növləri.
- Qanunqüvvəli aktlar: anlayışı və növləri.
- Normativ hüquqi aktların zamana görə qüvvəsi.
- Normativ hüquqi aktların məkana və şəxslərə görə qüvvəsi.
- Hüququn sisteminin anlayışı,quruluşu.
- Hüququn sahələri: anlayışı və təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları.
- Hüququn sistemi və qanunvericilik sistemi.
- Normativ hüquqi aktların sistemləşdirilməsi: anlayışı və növləri.
- Hüquqi texnika.
- Roman-german hüquq ailəsi.
- Anqlo-sakson hüquq ailəsi.
- Müsəlman hüquq ailəsi. Xüsusiyyətləri, mənbələri..
- Dini və ənənəvi hüquq sistemləri.
- Milli hüquq və beynəlxalq hüquq, onların nisbəti.
- Hüquq normalarının anlayışı, əlamətləri.
- Hüquq normalarının məntiqi quruluşu.
- Hüquq normalarının təsnifatı və növləri.
- Hüquq münasibətlərinin anlayışı və əlamətləri.
- Hüquq münasibətlərinin məzmunu.
- Hüquq münasibətlərinin subyektləri. AR qanunvericiliyinə görə hüquq qabiliyyəti, fəaliyyət qabiliyyəti, delikt qabiliyyəti.
- Hüquq münasibətlərinin obyektləri: anlayışı və onların təsnifatı.
- Hüquqi faktlar: anlayışı, təsnifatı.
- Qanunçuluq və hüquq qaydasının anlayışı və nisbəti.
- Qanunçuluğun təminatları.
- Hüquq realizəsinin anlayışı və formaları.
- Hüququn tətbiqi anlayışı, subyektləri.
- Hüququn tətbiqi prosesinin mərhələləri.
- Tətbiqi aktlar və onların növləri.
- Hüquqi kolliziyalar: anlayışı, həll etmə üsulları.
- Hüquqda boşluqlar: anlayışı, aradan qaldırılması üsulları.
- Təfsirin anlayışı və subyektlərə görə növləri.
- Təfsirin üsullara və həcmə görə növləri.
- Hüquqauyğun davranışın anlayışı, növləri və motivləri.
- Hüquq pozuntusunun anlayışı və onun əlamətləri.
- Hüquq pozuntusunun növləri.
- Hüquq pozuntusunun tərkibi. Subyekt və subyektiv cəhət.
- Hüquq pozuntusunun obyekti və obyektiv cəhət.
- Hüquq məsuliyyətinin anlayışı, əlamətləri və əsas prinsipləri.
- Hüquq məsuliyyətinin növləri.
- Hüquq məsuliyyətinə cəlb etmənin və məsuliyyətdən azad etmənin əsasları.
- Hüquq tənzimetmənin anlayışı, mexanizminin elementləri.
- Hüquqi tənzimetmənin mərhələləri.
- Hüquqi tənzimetmənin üsulları və metodları.
Tövsiyə edilən ədəbiyyat
Əsas:
- Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. Dərslik. Bakı: Maarif, 1988, 383 s.
- Əsgərov Z. Konstitusiya hüququ. Dərslik. Bakı: Bakı Universiteti nəşriyyatı, 2011, 760 s.
- Xropanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi. Dərslik. Bakı: MVM mətbəəsi, 2013, 247 s. (rus dilindən tərcümə).
- Ümumi hüquq və dövlət nəzəriyyəsi/ V.V.Lazarevin red. ilə. Dərslik. Bakı: Qanun, 2007, 491 s. (rus dilindən tərcümə).
- Алексеев С.С. Общая теория права. Учебник. М.: Проспект, 2011, 576 с.
- Марченко М.Н. Теория государства и права. Учебник. М.: Проспект, 2016, 656 с.
- Матузов Н.И., Малько А.В. Теория государства и права. Учебник. М.: Дело, 2009, 528 с.
8. Общая теория государства и права. Академический курс
в 3-х томах. /Отв. ред. М.Н.Марченко. Том 3. Изд. 2-е,
перераб. и доп. — М.: Зерцало- М, 2001, 528 с.
- Радько Т.Н. Теория государства и права. Учебник. М.: Проспект, 2012, 496 с.
Əlavə:
- Cəbrayılov R. Azərbaycan Respublikası qanunvericiliyində boşluqlar və onların aradan qaldırılması problemləri. Bakı: AR Milli Məclisinin mətbəəsi, 2014, 196 s.
- Cəfərov İ.H. Azərbaycan Respublikasında pozitiv hüquq düşüncəsinin formalaşması // Qanun, 2015, № 4, s. 16-20.
- Əsgərov Z. Qanunvericilik prosesinin mərhələləri // Qanun, 2009, № 1, 3-11.
- Əsgərov Z. Hüququn aliliyi anlayışı, beynəlxalq hüquqda və milli qanunvericilikdə // Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2012, № 1, s. 91-97.
- İsmayılov X.C. Azərbaycanda yerli özünüidarəetmənin normativ hüquqi əsasları (genezisi və təkamülü). Bakı: Elm və təhsil, 2011, 496 s.
- Məlikova M.F. Azərbaycanda hüquqi islahatlar və Konstitusiya məhkəməsi // Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 1988, № 1, s.17-28.
- Məlikova M.F. Azərbaycan Respublikası qanunvericiliyinin konstitusiya – hüquqi əsasları // Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2003, № 1, s. 9-19.
- Məlikova M.F. Hüquqi proqnozlaşdırmanın anlayışı və xüsusiyyətlərinə dair // Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2005, № 3, s. 5-16.
- Məlikova M.F. Hüququn sisteminin anlayışı haqqında məsələyə dair / Dövlət və hüquq quruculuğunun aktual problemləri. Respublika elmi-praktik konfransın materialları. Bakı, 11-12 may 2011-ci il, s. 14-17.
- Mirzəyev S.A. Qanunvericilik və Azərbaycanda beynəlxalq təşkilatlar arasında əməkdaşlıq /Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar. Bakı, 2004, s. 65-88.
- Nəbiyev E.Q. Anqlosakson (ingilis) hüquq sistemində presedent hüququnun inkişaf tarixi və xüsusiyyətləri // Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2008, №1, s. 28-44.
- Səmədov M.N. Azərbaycan Respublikasında hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi prinsiplərin qüvvəsi // Qanunçuluq, 2007, № 4, s. 28-31.
- Seyidov F.Ə. Qanunvericilik texnikasının əlamətləri // Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2007, №11,
s. 73-80.
- Актуальные и теоретические проблемы правовой системы общества // Государство и право, 2004, № 7, с.108-113
- Давид Р. Основные правовые системы современности (сравнительное право). М.: Прогресс, 1988, 496 с.
- Кашанина Г.В. Происхождение государства и права. Современные трактовки и новые подходы. М.: Высшая школа, 2004, 325 с.
- Керимов Д.А. Методология права. Предмет, функции, проблемы философии права. М.: Изд-во СГУ, 2009,
521 с.
- Керимов Д.А. Гражданское общество и правовое государство // Право и образование, 2004, № 1, с. 5-16.
- Кудрявцев В.Н. Правовое поведение: норма и патология. М.: Наука, 1982, 287 с.
- Кросс Р. Прецедент в английском праве. М.: Юридическая литература, 1985, 239 с.
- Лейст О. Э. Сущность права. Проблемы теории и философии права. Учебное пособие. М.: Зерцало - М, 2011,
352 с.
- Липинский Д.А. Проблемы юридической ответственности / СПб.: Юридический центр Пресс, 2003, 385 с.
- Малахов В.П. Правосознание, природа, содержание, логика. М.:Юрайт, 2001, 386 с.
- Малеин Н.С. Правонарушение: понятие, причины, ответственность. М.: Юридическая литература, 1985,192 с.
- Маликов М.К. Проблемы реализации права. Иркутск: Изд-во Иркутск. Ун-та, 1998, 144 с.
- Марченко М.Н. Источники права. Учебное пособие. М.: Проспект, 2009, 759 с.
- Меликова М.Ф.Конституция Азербайджанской Республики и права человека // Вестник Бакинского Университета, серия соц.-политических наук, 1995, № 1, с. 5-13.
- Петрушев В.А. Проблемы толкования права в Российской Федерации. М.: РПА МЮ РФ, 2003, 256 с.
- Поленина С.В. Взаимодействие системы права и системы законодательства в современной России //Государство и право, 1999, № 9, с. 5-12.
- Правопонимание: теория и практика /Под ред. Ю.А.Тихомирова. М.: Формула права, 2008, 432 с.
- Сорокин В.Д. Правовое регулирование: Предмет, метод, процесс. СПб.: Юридический центр Пресс, 2003, 661 с.
- Систематизация законодательства в РФ /Под ред. А.С.Пиголкина. Спб.:Юридический центр, 2003, 394 с.
- Тихомиров Ю.А. Коллизионное право. Учебное и научно-практическое пособие. М.: Юринформцентр, 2000, 394 с.
- Царев Д.Н., Чугунов Ю.О. Норма права, правоотношение и его объект. СПб.: изд-во ЮИ (СПб), 2004, 227 с.
- Шабров О.Ф. Политическая система, демократия и управление обществом //Государство и право, 1994,
№ 5, с. 116-125.
- Цыбулевская О.И. Мораль, право, власть. Саратов: изд-во ГОУ ВПО «Саратовская госуд.академия права», 2004, 192 с.