| AMEA-nın müxbir üzvü, hüquq   elmləri doktoru,   professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası  Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri | 
| İş telefonu: +99412 5390484 E-mail: mf_melikova@mail.ru   | 
| QISA BİOQRAFİK MƏLUMAT | 
| 
 1929-cu il noyabr ayının 22-də   Bakı  şəhərində anadan olub 1947-1952-ci   illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil   alıb 1952-ci ildə fakültəni bitirdikdən   sonra  elmi- pedaqoji fəaliyyət məqsədi   ilə ADU-nun hüquq fakültəsinin „Dövlət hüququ“   kafedrasında müəllim vəzifəsində saxlanılıb 1956-1958-cı illərdə ADU-nun hüquq fakültəsinin „Dövlət hüququ“   kafedrasında müəllim, 1958-60-cı illərdə baş müəllim, 1960-1968-ci illərdə   dosent vəzifələrində çalışıb 1968-cı ildən hazıra qədər   BDU-nun  hüquq fakültəsinin  „Dövlət və hüquq nəzəriyyəsi və tarixi“   kafedrasının müdırıdır 1958-ci ildə   M.V.Lomonosov adına MDU-da    „M.F.Axundovun ictimai-siyasi baxışları“ mövzusunda namizədlik   dissertasiyasını müdafiə edib 1973-cü ildə „XIX əsrin   II yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi   baxışları“ mövzusunda doktorluq dissertasiyasını müdafiə edib 1974-cü ildə professor   elmi adı almış 1989-cu ildə Azərbaycan   Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib | 
| TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ   ADLARI | 
| 
 1947-1952-ci   illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil   alıb 1958-ci ildə   M.V.Lomonosov adına MDU-da    „M.F.Axundovun ictimai-siyasi baxışları“ mövzusunda namizədlik   dissertasiyasını müdafiə edib 1973-cü ildə MDU-da  „XIX əsrin II yarısı-XX əsrin başlanğıcında   Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları“ mövzusunda doktorluq   dissertasiyasını müdafiə edib 1974-cü ildə professor   elmi adı almış 1989-cu ildə Azərbaycan   Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib | 
| ƏMƏK FƏALİYYƏTİ | 
| 
 1952-ci ildə ADU-nun hüquq fakültəsinin   „Dövlət hüququ“   kafedrasında müəllim 1956-1958-cı illərdə  ADU-nun hüquq fakültəsinin „Dövlət hüququ“   kafedrasında müəllim 1958-60-cı illərdə baş müəllim 1960-1968-ci illərdə dosent 1968-cı ildən hazıra qədər   BDU-nun hüquq fakültəsinin  „Dövlət və   hüquq nəzəriyyəsi və tarixi“ kafedrasının müdırı | 
| TƏDQİQAT SAHƏSİ | 
| 
 Dövlət və hüquq nəzəriyyəsinin   problemləri; Dövlət və hüquqi   təlimlər tarixi | 
| BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM   VƏ KONFRANSLARDA İŞTİRAKI | 
| 
 1976 - cı ildə Şotlandiya-İngiltərə –   Beynəlxalq Siyasi elmlər Assosiasiyasının X konqresində Siyasi elmlər   Assosiasiyası icraiyyə komitəsinin üzvü kimi iştirak etmiş və "Zaman   amili və Azərbaycanda milli dövlət quruculuğunun nailiyyətləri"   mövzusunda çıxış etmişdi 1986-cı ildə  ABŞ-Kanada –Amerika və  Sovet hüquqşünaslarının seminar   müşavirəsində Sovet hüquqşünaslarının Assosiasiyasının xüsusi qrup   iştirakçısı kimi1991-cı   ildə - Türkiyə,   Azərbaycan Respublikasının qadınlar Cəmiyyətinin nümayəndəsi kimi 2007-ci ildə «Hüquq elminin aktual   problemləri» mövzusunda Respublika elmi-nəzəri konfrans 2009-сu ildə BDU-nun 90 illik yubileyinə   həsr olunmuş beynəlxalq elmi konfrans 2010-cu ildə "Hüquq   elmlərinin prioritet istiqamətləri və hüquqşünas alimlərin qarşısında duran   vəzifələr” mövzusunda beynəlxalq elmi praktik konfrans. 2010-cu ildə  “Hüquq elminin müasir problemləri” mövzusunda   II Beynəlxalq konfrans 2013-cü ildə “Qloballaşma   dövründə insan hüquqları və milli hüquq sistemləri”   mövzusunda beynəlxalq elmi-praktik konfrans 2015-ci ildə   “Heydər Əliyevin Azərbaycan   Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda   Beynəlxalq elmi-praktiki konfrans və s. | 
| SEÇİLMİŞ ƏSƏRLƏRİ | 
|   
 Nizami Gəncəvi və Azərbaycan   maarifçiliyi /«Nizami Gəncəvi-850» Məqalələr toplusu. BDU nəşriyyatı, 1992,    s. 52-66. Azərbaycan   Respublikası qanunvericiliyinin konstitusiya-hüquqi əsasları //Bakı   Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2003, №1, s. 9-19. Müstəqil   Azərbaycan Respublikasının ilk Konstitusiyası    // Müdriklik zirvəsi, 2003, № 4, s. 13-17. Naxçıvan Muxtar   Respublikasının konstitusion inkişafının bəzi aspektləri// Bakı   Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2004, № 3, s. 5-18. «Kitabi-Dədə   Qorqud» kitabında dövlət və hüquq haqqında ideyalar / «Dədə Qorqud dünyası»   kitabı. Məqalələr, Bakı, 2004, s. 58-75. Azərbaycan   Respublikası qanunvericiliyinin proqnozlaşdırılma məsələləri//"Hüquq+   Gənclik" elmi-kütləvi hüquq jurnalı. Bakı,   2005,   s. 14-18. Hüquqi   proqnozlaşmanın anlayışı və xüsusiyyətlərinə dair//Bakı Universitetinin Xəbərləri,   sosial-siyasi elmlər seriyası, 2005, №3, s. 5-16. Azərbaycanın   siyasi-hüquqi təlimlər tarixinin dərk edilməsində tarixilik və varislik prinsipləri   // Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2006, №3,   s. 5-15. Azərbaycan   Respublikasında hüquqi siyasətin aktual problemləri /«Hüquq elminin aktual   problemləri» mövzusunda Respublika elmi-nəzəri konfransın materialları (25   may 2007) AMEA, Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar İnstitutu. Bakı,2007, s. 3-6. Azərbaycanda   maarifçilik tarixinin dövrləşməsi məsələsinə dair // Bakı Universitetinin   Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2008, №3. s. 5-15 ЫЫЫ-Х  əsrlərdə Azərbaycanda maarifçilik   tarixindən// Bakı Universitetinin Xəbərləri,   sosial-siyasi elmlər seriyası, 2009, № 1,  s. 5-14. Hüquq siyasəti və hüquq   yaratmanın aktual problemləri // Bakı   Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2009, № 3,  s. 21-31. Məhkəmə presedenti – milli hüququn   inkişafının mühüm amili kim i// BDU-nun 90 illik yubileyinə həsr olunmuş   beynəlxalq elmi konfransın materialları. Bakı, 2009, s.196-197. Elmin inkişafı üzrə “Dövlət   proqramı” və hüquq elminin əsas vəzifələri//”Hüquq elmlərinin prioritet   istiqamətləri və hüquqşünas alimlərin qarşısında duran vəzifələr” mövzusunda   beynəlxalq elmi praktik konfransın materialları. Bakı, Elm, 2010, s.232-242. Deleqe edilmiş qanunvericilik haqqında məsələyə dair// “Hüquq elminin müasir   problemləri” II Beynəlxalq konfransın materialları. Bakı, Elm, 2010, s.   13-15. ВЫЫ-Х   əsrlərdə Azərbaycanda maarifçilik // Bakı   Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası, 2011, №1, s. 24-39. Elmin inkişafı   üzrə “Dövlət proqramı”ndan irəli gələn hüquq elminin əsas inkişaf   istiqamətləri və yeni yanaşmalar // “Hüquq elminin və təhsilinin müasir   problemləri və həlli yolları” adlı    beynəlxalq konfransın materialları. I hissə. Bakı, 2011,  s. 125-127. Hüququn sisteminin anlayışı   haqqinda məsələyə dair// “Dövlət və hüquq quruculuğunun aktual problemləri”   mövzusunda II respublika elmi-praktik konfransın materialları. Bakı, 2011   (11-12 may). I cild, s. 14-15. Hüquq sistemi və bu kontekstdə hüququn   subyektləri// “Qloballaşma dövründə insan hüquqları və   milli hüquq sistemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransı materialları. Bakı, 2013,  I cild, s. 10-14. Qloballaşma  və Azərbaycan Respublikasında hüququn   inkişafının əsas tendensiyaları//“Heydər Əliyevin Azərbaycan   Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda Beynəlxalq elmi-praktiki   konfransın   materialları.Bakı,   2015, s. 246-248. | 
| KİTABLAR | 
|   | 
 M.F.Axundovun   ictimai-siyasi görüşləri. Bakı, Azərnəşr, 1958. 96 s.(rus dilində). Siyasi və hüquqi   təlimlər tarixi. M.: Высшая школа,  1971. (X1X fəsil, § 8). XIX-XX əsrin   əvvəllərində Azərbaycanda siyasi və hüquqi təlimlər. Bakı: Azərbaycan   Dövlət Universitetinin nəşriyyatı, 1972. 184 s. (rus   dilində). Dövlət və hüquq   nəzəriyyəsi. Bakı: Maarif, 1979. 299 s. Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr   tarixi. (qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər) (həmmüəllif, I,II, VI,   VII, VIII fəsillər). Bakı: Maarif, 1984. 310 s. Siyasi və hüquqi   təlimlər tarixi. Qədim dünya. (II bölmə, I fəsil, § 7)M.:Nauka, 1985. Siyasi və hüquqi təlimlər tarixi. Orta   əsrlər və intibah dövrü.. (II bölmə, II fəsil, § 7) M.,1986 . c. 116-122 (həmmüəllif). Dövlət və hüquq   nəzəriyyəsi. Bakı: Maarif, 1988. 382 s. Siyasi və hüquqi   təlimlər tarixi. M.: Nauka, 1989. (3, § 7) Siyasi və hüquqi   təlimlər tarixi. Marksizməqədərki dövr. M.:Юридическая литература, 1991 (6,   §§ 1,2 həmmüəllif), 6, §§ 3, 4, 21, §§7,    8,  9, 11). Xarici ölkələrin   dövlət və hüquq tarixi. I hissə. I, II, IV, V,VI,VII, VIII fəsillər. Bakı:   Elm və həyat, 1997 (həmmüəllifi). "Kitabi-Dədə   Qorqud" da ictimai-siyasi və hüquqi ideyalar. Bakı:  Qanun,  2000. 34 s. Qədim dövrlərdə və   erkən orta əsrlərdə Azərbaycanın dövlət və hüququ. Bakı:Hüquq ədəbiyyatı,   2001 (həmmüəllif). 183 s. Müasir dövlət və hüquq   tarixi . II.V,VI,XI,XVI,XVII,XXI,XXIV,XXV fəsillər. (şərikli). Bakı:   "Elm və həyan", 2003. Xarici ölkələrin   dövlət və hüquq tarixi (qədim və orta əsrlər), yenidən işlənmiş, düzəliş və   əlavələrlə II nəşri Bakı: "Elm və həyat",  2005. Qafqaz xalqlarının hüquq abidələrinin   antologiyası. Azərbaycanın hüquq mənbələri. I hissə, 17-ci cild. Rostov-na-Donu,Al-Tair, 2015. 544 s. (rus dilində, həmmüəllif) Qafqaz xalqlarının hüquq   abidələrinin antologiyası. Azərbaycanın hüquq mənbələri. II hissə, 18-ci   cild Rostov-na-Donu,Al-Tair, 2018. 479 s. (rus dilində, həmmüəllif) | 
|  |  |  |