Kafedranın tarixi

Hüquq fakültəsində Mülki proses və kommersiya hüququ kafedrası 2011-ci ildə yaradılmışdır. Yarandığı vaxtdan kafedraya h.f.d., dos. Elçin Abuzər oğlu Xələfov rəhbərlik edir.

Hazırda kafedrada təcrübəli müəllimlər bakalavr üzrə 7 fənn (mülki-prosessual hüquq, maliyyə hüququ, kommersiya hüququ, bank hüququ, inzibati-prosessual hüquq, vergi hüququ, vəkillik hüququ), magistratura üzrə 19 fənn (maliyyə hüququ və vergiqoyma, ayrı-ayrı kateqoriya mülki işlərə baxılmasının prosessual xüsusiyyətləri, sığorta və qiymətli kağızlar hüququ, mübahisələrin alternativ həlli, korporativ hüquq, rəqabət hüququ, müqavilə hüququ, hüquqi yazı və tədqiqatlar, beynəlxalq biznes əqdləri, beynəlxalq bank hüququ, beynəlxalq vergi hüququ, hüquqşünaslar üçün biznesin əsasları, beynəlxalq maliyyə hüququ, mübahisələrin alternativ həlli və s.) tədris edilir.

Kafedrada tədris olunan fənlər üzrə bir sıra monoqrafiya, dərslik və dərs vəsaitləri (Mövsümov M. “Mülki prosessual hüquq”. Dərslik; Mirzəyeva A. “Maliyyə hüququ”. Dərslik; Mirzəyeva A. “Azərbaycan Respublikasının vergi hüququ”. Dərs vəsaiti; Yolçiyev M. “Sığorta hüququnda sığortaçının varisliyə əsaslanan reqress hüququ”. Monoqrafiya; Yılmaz Ə., Mehdiyev F., Yolçiyev M., Süleymanlı S., Xələfov E., İsmayıllı İ. “Türk və Azərbaycan dilində hüquq terminləri lüğəti” və s.) yazılmışdır.

Hazırda kafedra aşağıdakı tərkibdə fəaliyyət göstərir: dosentlər Elçin Abuzər oğlu Xələfov, Mövsüm Allahverdi oğlu Mövsümov, Afət Qədir qızı Mirzəyeva, Gündüz Hacı oğlu Kərimov, hüquq üzrə fəlsəfə doktorları Mübariz Xalid oğlu Yolçiyev, Ruslan Alim oğlu Mirzəyev, Aysel İlqar qızı Abbaslı, Əsmər Əlimusa qızı Əliyeva, baş müəllim Fərda Aydın qızı Cabbarlı, muəllimlər Mövlan Nöfəl oğlu Paşayev, Aygün Firudin qızı Hacıyeva, baş laborant Aynur Nürəddin qızı Qurbanova.