Nərgiz Abas qızı Abasova
Bakı Dövlət Universitetinin “Kriminalistika və məhkəmə ekspertizası kafedrası”nın müəllimi
İş telefonu: +99412 5387201 E-mail: [email protected]
- 1962-ci ildə Bakı şəhərində anadan olub;
- 1979-cu ildə Bakı şəhəri 172 nömrəli orta məktəbini bitirib;
- 1979-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb;
- 1992-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirib;
- 1992-1998-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib;
- Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimidir;
- 2000-2007-ci illərdə BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının laboratoriya müdiri vəzifəsində işləyib.
1994-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və tam hüquq təhsilini alaraq
1998-ci ildə bitirmişdir. “Cinayətkarların beynəlxalq axtarışının xüsusiyyətləri (kriminalistik aspektlər)” mövzusunda hüquq üzrə fəlsəfə doktor alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində işləyir.
- 1984-1992 – Azərb.SSR Əhaliyə Məişət Xidməti Nazirliyi (sonrakı adi (s.a.) “Xidmət” Şirkəti)
Hesablama Mərkəzi: mühəndis, HM-nin xüsusi iş və kadrlar üzrə baş inspektoru;
- 1992-1993 – Azərbaycan Respublikası Müdafiə Nazirliyi; Hərbiçilərin hüquqi müdafiəsi şöbəsi (s.a.– Hərbi hüququ şöbəsi), Analitik-informasiya mərkəzi (s.a. – İnformasiya xidməti); kərgüzar, tərcüməçi;
- 1993-1996 – Azərbaycan Respublikası Prezident Aparatı: Hərbi quruculuq məsələləri söbəsi, Hərbi işlər şöbəsi; inspektor, aparıcı mütəxəssis;
- 1998-2000 – BDU-nun hüquq fakültəsinin “Kompüter sinfi”nin rəhbəri;
- 2000-2007 – BDU-nun hüquq fakültəsinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının laboratoriya müdiri;
- 2008-h/h – BDU-nun hüquq fakültəsinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrası; müəllim.
- Kriminalistika; Məhkəmə ekspertizası; Əməliyyat-axtarış fəaliyyəti.
- 2010-cu illin may ayında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümünə həsr olunmuş «Hüquq elminin müasir problemləri» II Beynəlxalq konfransında
iştirak etmişdir.