İnsan hüquqları üzrə magistratura pilləsi

2009/2010— cu tədris ilindən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları” ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Tədris inglis dilində aparılır. Açıq Cəmiyyət Fondunun göstərdiyi maliyyə və logistik dəstək ilə “İnsan hüquqları” magistratura proqramı uğurla fəaliyyət göstərir.

Yuxarıda adıçəkilən proqramda mühazirə və seminarları Bakı  Dövlət Universitetinin müəllim heyəti ilə yanaşı, təhsillərini xaricdə başa vurmuş mütəxəssislər də aparırlar. Bakı Dövlət Universiteti Hüquq fakültəsi bir çox təşkilatların Bakı ofisləri ilə əməkdaşlıq edirlər ki, həmin əməkdaşlıq əsasında xarici mütəxəssislər də “İnsan hüquqları” ixtisası üzrə magistratura proqramında qonaq mühazirəçi qismində çıxış edirlər.

Magistratura proqramında keçilən dərslərin və onların sillabuslarının beynəlxalq standartlara cavab verməsi üçün onların hazırlanması prosesində Açıq Cəmiyyət Fondunun nümayəndəsi Leonard Hammer ilə daimi məsləhətləşmələr aparılır.

Tədris olunan fənlərin siyahısı və kurrikulum beynəlxalq təhsil standartlarına uyğundur və aşağıdakı fənlərdən ibarətdir:

Humanitar fənlər:

1) 1) Xarici dil (6 kredit)

2) Ali məktəb pedaqogikası (4 kredit)

3) Hüquq psixologiyasının aktual problemləri (2 kredit)

Seçmə fənn:

1) Hüquq fəlsəfəsi (2 kredit)

2) Hüquqi yazı və tədqiqatlar (2 kredit)

İxtisas fənləri:

1) Hüquq elminin müasir problemləri (4 kredit)

2) Hüquq elminin tarixi və metodologiyası (2 kredit)

3) Avropa Məhkəməsi predsedent hüququ (4 kredit)

İxtisaslaşma fənləri:

1) İnsan hüquqlarının Avropa sistemi (European system of human rights) (6 kredit)

2) Beynəlxalq insan hüquqları  hüququ (nəzəriyyə) (İnternational human rights law theory) (8 kredit)

3) Ayrı-ayrı qrupların hüquqları (Minority rights) (4 kredit)

4) Miqrant və qaçqınların hüquqları (Migant`s and refugee`s rights) (6 kredit)

5) Beynəlxalq insan hüquqları QHT-lər (International human rights law and NGOs) ( 4 kredit)

6) Beynəlxalq insan hüquqları  hüququ (praktika) ( International human rights law practice) (6 kredit)

7) Beynəlxalq insan hüquqları və humanitar hüquq normaları (International human rights and norms of humanitarian law) (4 kredit)

8) İnsan hüquqları sahəsində milli fəaliyyət (National activity) ( 4 kredit)

Seçmə fənlər:

1) Avropa İttifaqı hüququ (EU Law) (8 kredit)

2) İnsan hüquqlarının iqtisadi aspektləri (Economic aspects of human rights) (8 kredit)

3) Gender və uşaq hüquqları (Gender and childern`s rights) (8 kredit)

4) Beynəlxalq insan hüquqlarının ekoloji aspektləri (Environmental aspects of human rights) (8 kredit)

5) Bioetika və tibbi hüquq (Bioethics) (8 kredit)

6) İnsan hüquqları və informasiya azadlığı (Human rights and freedom of information) (8 kredit)

7) Yuvenal ədliyyə (Juvenile justice) (8 kredit)

8) İnkişaf və sosial hüquqlar (Development and social rights) (8 kredit)