ONLAR ÖMRÜNÜ ELMƏ HƏSR ETMİŞLƏR

CAHANGİR KƏRİMOV
Akademik Cahangir Əliabbas oğlu Kərimov 1923-cü il iyulun 18-də Bakı şəhərində anadan olmuşdur. Böyük Vətən müharibəsinin fəal iştirakçısı olmuşdur. 1946-cı ildə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Bakı filialını bitirdikdən sonra taleyini elmlə bağlamış və elmi fəaliyyətini Moskvada davam etdirmişdir. 1962-ci ildə hüquq elmləri doktoru, professor adını almış, 1966-cı ildə SSRİ EA-nın müxbir üzvü, 1967-ci ildə Azərbaycan EA-nın akademiki seçilmişdir, 1980-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. 1951-57-ci illərdə M.İ.Kalinin adına Leninqrad Hüquqşünaslıq İnstitutunun, Leninqrad Universitetinin dövlət hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, 1957-59-cu illərdə Alman Dövlət və Hüquq Elmləri Akademiyasının və Berlin universitetinin (ADR) professoru, 1952-65-ci illərdə Leninqrad Dövlət Universitetində kafedra müdiri və 1965-68-ci illərdə prorektor, 1969-71-ci illərdə Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır. Sonra Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri işləmişdir. Beynəlxalq Hüquq və Sosial Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, SSRİ EA fəlsəfə və hüquq bölməsi bürosunun üzvü, Sovet Siyasi Elmlər Cəmiyyətinin vitse-prezidenti olmuşdur. Əsas əsərləri hüquq elminin fəlsəfəi və sosioloji problemlərinə, dövlət və hüquq nəzəriyyəsi və qanunvericilik texnikası, sosial tədqiqatlarda kibernetikanın tətbiqi, sosial idarəetmə və planlaşdırma məsələlərinə həsr olunmuşdur. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmətləri vardır. «Xalqlar dostluğu», «Şərəf Nişanı», «Vətən qarşısında xidmətlərə görə» (ADR) ordenləri ilə, habelə SSRİ, ADR və Çexoslovakiyanın medalları ilə təltif olunmuşdur. Bir çox elmi əsərləri ingilis, fransız, alman, çex, ispan, xorvat, polyak, macar, fin, və s. xarici dillərə tərcümə olunmuşdur.

TOFİQ  QAFAROV
Azərbaycan hüquqşünaslıq irsinin görkəmli nümayəndələrindən biri, əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Tofiq Mikayıl oğlu Qafarov 1931-ci ildə martın 13-də Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə Moskva Hüquq İnstitututuna daxil olaraq, 1953-cü ildə oranı bitirmişdir. 1954-cü Azərbaycan SSR Ali Məhkəməsində baş məsləhətçi, sonra referent işləmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1961-ci ildən 1968-ci ilə kimi Cinayət hüququ kafedrasında müəllimi, baş müəllim, dosent olmuşdur. 1968-1978-ci illərdə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini işləmişdir.
Tofiq Qafarov 1973-cü ildə Moskva Dövlət Universitetində «Sovet cinayət hüququnda  residiv problemi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1978-ci ildə ona professor adı verilmişdir. Professor Tofiq Qafarov 1987-ci ildə BDU-nun Cinayət hüququ kafedrasının müdiri seçilmiş, ömrünün sonuna qədər bu vəzifədə işləmişdir. O, Respublika Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının, Respublika Prokurorluğu yanında Elmi-metodik Şuranın üzvü, eyni zamanda SSRİ EA-nın «Dövlətin, idarəçiliyin və hüququn inkişaf qanunauyğunluqları» Elmi Şurasının üzvü, Azərbaycan EA-nın «Dövlət və hüquq problemləri» Şurasının sədri idi.
Professor Tofiq Qafarov elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi: o, 4 elmlər doktoru, 15 elmlər namizədi yetişdirmişdir.1980-ci ildən SSRİ dağılana qədər SSRİ Ali Attestasiya Komissiyasının Cinayət hüququ üzrə ekspert komissiyasının üzvü idi. Elm və təhsil sahəsində xidmətlərinə görə professor Tofiq Qafarova «Azərbaycan Respublikasının əməkdar elm xadimi» fəxri adı verilmişdir.
Professor Tofiq Qafarov 1995-ci il avqustun 30-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur.


TOFİQ QƏNDİLOV
Rusiya Federasiyasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Tofiq Mir Tağı oğlu Qəndilov 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş, elə həmin il SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1968-ci ildə SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunda «Pravovoy rejim poohritelğnıx fondov qosudarstvennıx promışlennıx predpriətiy v novıx usloviəx» mövzusunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi adını almışdır. 1969-cu ildə SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun təsərrüfat hüququ və sənayenin idarə edilməsi problemləri bölməsinə müsabiqə yolu ilə kiçik elmi işçi qəbul edilmiş, həmin vaxtdan 2006-cı ilədək 37 il müddətində orada işləmişdir. 1976-cı ildən həmin institutun baş elmi işçisi, 1992-ci ildən aparıcı elmi işçisi olmuşdur. 1992-ci ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda «Pravovıe problemı xozrasçeta v stroitelğstve v usloviəx perexoda k rınoçnım otnoşeniəm» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Professor Tofiq Qəndilov sahibkarlıq və mülki hüquq sahəsində görkəmli mütəxəssisdir. 80-dən artıq elmi əsəri, o cümlədən kitabları, momnoqrafiyaları və elmi-metodik vəsaitləri («Xozrasçet v kapitalğnom stroitelğstve. Pravovıe aspektı» (M., Nauka, 1986); «Zakon i proizvodstvo» (Baku, Qəndjlik, 1971); «Pravovıe problemı rukovodstva i upravleniə otraslğö promışlennosti» (M., Nauka, 1973) və s.) nəşr edilmişdir. Hal-hazırda kiçik və orta sahibkarlığın hüquqi problemləri üzərində işləyir. Bu sahədə «Pravovıe requlirovanie maloqo predprinimatelğstva. Sostoənie i perspektivı» (M., 2003); «Problemı razvitiə zakonodatelğstva o malom i srednem predprinimatelğstve» (M., Gkzamen, 2007) və s. əsərləri çapdan çıxmışdır. Professor Tofiq Qəndilov qanun yaradıcılığı məsələləri ilə də məşğul olur. Əsaslı tikintinin və iqtisadiyyatın hüquqi tənzimlənməsinin başlıca məsələləri üzrə bir sıra qanunvericilik aktlarının hazırlanmasında bilavasitə iştirak etmişdir. Onların arasında «Kiçik və orta sahibkarlıq haqqında» federal qanunun layihəsi də vardır.
Professor Tofiq Qəndilov elmi işlərlə yanaşı uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1980-1984-cü illərdə SSRİ Rabitə Nazirliyinin Rəhbər işçilərin və mütəxəssislərin ixtisasını artırma İnstitutunda dosent, 1994-1995 və 2003-2005-ci illərdə Moskva Dövlət Hüquq Akademiyasında professor, 1998-2002-ci illərdə Moskva Dövlət Açıq Universitetində professor olmuş, 1998-2000-ci illərdə Q.V.Plexanov adına İqtisadiyyat Akademiyasının nəzdində İqtisadiyyat və işgüzar idarəetmə ali məktəbində dərs demişdir.
Dəfələrlə xarici ölkələrin (ADR, ÇSSR, MXR, VSR) elm müəssisələrində və universitetlərində təsərrüfat və mülki hüquq üzrə mühazirələrlə çıxış etmişdir. 1985-1987-ci illərdə Vyetnam Sosialist Respubliksı yanında Ali Administrasiya Məktəbində dərs demiş, xidmətlərinə görə Vyetnam hökumətinin «Dostluq» medalı ilə təltif edilmişdir.
Professor Tofiq Qəndilov hal-hazırda Moskva İqtisadiyyat və Hüquq Akademiyasının sahibkarlıq hüququ kafedrasının müdiridir. Eyni zamanda Rusiya Federasiyası DİN-in Moskva Universitetində, Rusiya Dövlət Turizm və Servis Universitetində, Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasında mühazirələr oxuyur. Bunlardan başqa, elmi-pedaqoji kadrlar hazırlanması sahəsində böyük iş aparır, xeyli sayda aspirantların elmi rəhbəri, doktorantların məsləhətçisi olmuşdur və bu fəaliyyətini iqdi də davam etdirir. Sevindirici haldır ki, onun yetirmələri arasında Azərbaycanın, o cümlədən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin nümayəndələri də vardır. 
Professor Tofiq Qəndilov Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda və Rusiya Federasiyası DİN-in Moskva Universitetində 12.00.03 ixtisası üzrə doktorluq dissertasiyası müdafiəsi üzrə iki şuranın üzvüdür.
Professor Tofiq Qəndilov apardığı elmi-tədqiqat işlərinə və elmi-pedaqoji fəaliyyətinə görə bir sıra mükafatlara və qrantlara layiq görülmüşdür. 2007-ci ildə ona Rusiya Federasiyası Prezidentinin fərmanı ilə «Rusiya Federasiyasının əməkdar hüquqşünası» fəxri adı verilmişdir.

AĞABABA  RZAYEV
Hüquq elmləri doktoru, professor Ağababa Qasım oğlu Rzayev 1923-cü il fevralın 12-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuş, 1941-ci ildə orta məktəbi bitirmişdir. Böyük Vətən müharibəsi başlandıqdan dərhal sonra Tbilisi şəhərində Aviasiya məktəbində oxumuş, 1942-ci ilin iyulunda oranı bitirərək, döyüşən orduya getmiş, igidliklə vuruşaraq, Berlinə qədər uzun və çətin bir döyüş yolu keçmişdir. Göstərdiyi qəhrəmanlıqlara və şücaətə görə, iki orden və dörd medalla təltif edilmiş, dəfələrlə Ali Baş Komandanın təşəkkürünü almışdır. Müharibə qurtardıqdan sonra isə, orduda saxlanılmış, yalnız 1948-ci ildə tərxis edilmişdir.
Ağababa Rzayev ordudan qayıdandan sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin qiyabi şöbəsində oxumuş, komsomol işində çalışmışdır: 1948-1951-ci illərdə Azərbaycan komsomolu MK-nın təlimatçısı, Bakı şəhəri Voroşilov Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1951-ci ildən 1956-cı ilə qədər Azərbaycan SSR Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə çalışmış, 1956-1959-cu illərdə Azərbaycan SSR Ədliyyə nazirinin müavini, 1959-1965-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Sovet orqanları şöbəsinin müdiri, 1965-ci ildən 1970-ci ilə kimi Azərbaycan SSR Daxili İşlər nazirinin müavini işləmişdir. Daxili işlər polkovnikidir. 1959-1965-ci illərdə dörd çağırış Bakı şəhər Sovetinin deputatı olmuşdur.
Ağababa Rzayev məsul dövlət vəzifələrində işləməklə bərabər, eyni zamanda, geniş elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. O, 1963-cü ildə Moskvada SSRİ EA Dövlət və Hüquq İnstitutunun Elmi Şurasında «M.F.Axundovun siyasi görüşləri» mövzusunda namizədlik, 1968-ci ildə isə «Rusiya və Azərbaycanda siyasi-hüquqi nəzəriyyələr və onların qarşılıqlı əlaqələri» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1971-ci ildə Ağababa Rzayevə professor adı verilmişdir.

İDRİS  ƏLİYEV
İdris Əliyev 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Elə həmin il SSRİ Prokurorluğunun Cinayətkarlığın səbəblərini öyrənən və onun qarşısını almağa yönələn tədbirlər hazırlayan institutun aspiranturasına daxil olmuş, 1969-cu ildə orada dissertasiya müdafiə edərək hüquq elmləri namizədi adını almışdır. 1971-ci ildən ömrünün sonuna kimi Azərbayn SSR Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun direktoru olmuşdur. 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

FUAD  CAVADOV
Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin direktoru Fuad Cavadov 1957-ci il fevralın 10-da Gədəbəy royonunda anadan olmuşdur. 1979-cu ildə BDU-nun Hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda işə başlamış, 1982-1985-ci illərdə SSRİ Prokurorluğunun elmi-tədqiqat institutunun aspirantı olmışdır. 1985-ci ildə Moskvada namizədlik dissertasiyası müdafiə edərək Bakıya qayıtmış, 1996-cı ilə qədər müxtəlif vəzifələrdə – Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasında müəllim, baş müəllim, Cinayət prosesi və kriminalistika kafedrasının rəisi, Akademiyanın elmi işlər üzrə rəis müavini, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin böyük məsləhətçisi işləmişdir. 1996-cı ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin direktorudur. 2000-ci ildə Kiyev şəhərində dortorluq dissertasiyası müdafiə etmişdir. 2002-ci ildən BDU-nun Cinayət prosesi kafedrasının əvəzçiliklə professorudur. Onun rəhbərliyi altında üç nəfər namizədlik dissertasiyası müdafiə etmiş, iki nəfər isə müdafiə etmək üzrədir.
Professor Fuad Cavadov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Hakimlərin Seçki Komitəsinin, Azərbaycan-Avropa işçi qrupunun üzvüdür.

VASİF  TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Yusif oğlu Talıbov 1960-cı il yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universitetinin) tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əmək failiyyətinə 1976-cı ildə Şərur rayon Xalq Maarif şöbəsində başlamış, sonra Naxçıvan trikotaj fabrikində kadrlar üzrə inspektor, xüsusi şöbənin rəisi vəzifəsində çalışmışdır. İşlədiyi və təhsil aldığı illərdə doğma torpağına və xalqına qırılmaz tellərlə bağlı bir ziyalı kimi daim fəal həyat mövqeyində dayanmışdır. Azərbaycanda müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, vətənin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi ali məqsədlərə çatmaq üçün ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin öncüllərindən olmuş və müdrik rəhbərin yanında olmaqla əsl mənada onun məktəbini keçmiş, yaxın silahdaşı olmuşdur.
Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikası baş nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşkilati cəhətdən formalaşmasında fəal iştirak etmişdir. YAP-ın Naxçıvan Muxtar Respublikası təşkilatının 1995-ci ildə keçirilən konfrasında onun sədri seçilən Vasif Talıbov, həm də pariya xadimidir. O, Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi olan YAP-ın rəhbər orqanında yaxından fəaliyyət göstərir. 1995, 2000, 2005-ci illərdə də 1, 2 və 3-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin, 1, 2 və 3-cü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1995, 2000 və 2005-ci illərdə keçirilən ilk sessiyalarında Ali Məclisin sədri seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn Vasif Talıbov Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olmasına, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və mədəniyyətinin daha da tərəqqisinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi üçün müvafiq qanunların qəbul olunmasında olduqca səmərəli fəaliyyət göstərir. O, ilk növbədə respublika üçün həyati əhəmiyyət kəsb edən bu ərazinin muxtar bütövlüyünün qorunub möhkəmləndirilməsi problemlərini bacarıqla həll etmişdir.
Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adı ilə sıx bağlıdır.
Vasif Talıbovun bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında baş verən mühüm siyasi, ictimai və mədəni proseslərlə sıx bağlıdır. Onun apardığı məqsədyönlü iş sayəsində qonşu xarici dövlətlər – Türkiyə Cumhurriyyəti və İran İslam Respublikası ilə normal münasibətlər yaradılmış, çoxsaylı müqavilələr imzalanmışdır. Bu münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə kömək etmişdir. Muxtar respublikada aqrar islahatlar əsasən başa çatdırılmış, heyvandarlıq və bitkiçilik sahəsində böyük uğurlar qazanılmışdır. Naxçıvana xarici sərmayə axını davam edir. Son illərdə muxtar respublikada onlarla müəssisə istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Nəticədə güclü iqtisadiyyatın yaradılması muxtar respublikanı yaxın illərdə məhsul ixrac edən bölgəyə çeviməyə imkan verəcəkdir. Muxtar respublikada əhalinin sosial problemlərinin həlli üçün konkret işlər görülür, təhsilin, səhiyyənin, elm və mədəniyyətin inkişafına, tikinti-abadlaşdırma və bərpa işlərinə daim böyük qayğı və dəqqət göstərilir.
1995-2007-ci illərədə muxtar respublikanın şəhər və kəndlərində 140-dan çox müasir tipli ümumtəhsil məktəbləri tikilmiş və ya əsaslı bərpa olunmuş, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Özəl Universitetinin yeni tədris korpusları, Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyəti və 6 elmi-tədqiqat institututu üçün binalar istifadəyə verilmişdir. Eyni zamanda muxtar respublikanın şəhər və kəndlərində mədəni-maarif ocaqları, idman kompleksləri, inzibati binalar inşa edilmişdir.
Naxçıvvanın tarixi-memarlıq abidələrində – Mömünə Xatın məqbərəsi, Qarabağlar türbə kompleksi, Yusif Küseyr oğlu türbəsi, Xan evi, Buzxana, İmamzadə kompleksi, Əlincəçay Xanəgah kompleksi, «İsmayılxan hamamı» və s. yüksək səviyyədə əsaslı təmir və bərpa edilmişdir. C.Naxçıvanski, H.Cavid, M.S.Ordubadi, C.Məmmədquluzadə və Y. Məmmədəliyevin ev-muzeyləri yenidən qurulmuşdur. Bəhruz Kəngərlinin adı əbədiləşdirilmiş və ev-muzeyi təşkil edilmişdir. Görkəmli pedaqoq, maarifçi və şair M.T.Sidqinin 150 illik yubileyi keçirilmiş, əsərləri nəşr edilmiş və xatirəsi əbədiləşdirilmişdir. H.Cavidin xatirəsinə monumental türbə ucaldılmş, 2007-ci ildə 125 illik yubileyi keçirilmişdir.
Vasif Talıbovun rəhbərliyi ilə keçirilən «Uluslararası qaynaqlarda Naxçıvan» (10-13 iyul 1996-cı il) beynəlxalq simpoziumu Naxçıvan diyarının tarixinin xalqın milli mənafeyi baxımından, obyektiv şəkildə araşdırılmasında mühüm rol oynamışdır. «Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolları» mövzusunda beynəlxalq simpozium keçirilmişdir (14-16 sentyabr 2000-ci il). Bundan başqa, Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi abidələr 2007-ci ildə ilk dəfə olaraq pasportlaşdırılmış və qeydə alınmışdır.
Azərbaycan xalqının bu qədim torpağa məxsusluğunun daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafik abidələr kompleksinin öyrənilməsi məqsədilə Vasif Talıbov 26 aprel 2001-ci ildə xüsusi sərəncam imzalamışdır. Sərəncamdan sonra hər il Gəmiqayaya arxeoloji-etnoqrafik ekspedisiyalar təşkil edilir.
Vasif Talıbov dünya azərbaycanlılarının birinci qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.

FUAD  ƏLƏSGƏROV
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquqmühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Murtuz oğlu Ələsgərov 1959-cu il mayın 14-də Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Bakı şəhərində 20 nömrəli orta məktəbi qızıl medalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuş və 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1981-1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ idarəsinin məsləhətçisi, Məhkəmə orqanları idarəsinin məsləhətçisi, Nəzarət və icranın yoxlanılması üzrə baş məsləhətçisi vəzifələrində işləmişdir. 1987-1990-cı illərdə Suraxanı rayonunun xalq hakimi, 1990-1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur.
1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquqmühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilmiş və hazırda bu vəzifəni yerinə yetirir.

ƏLİ  HÜSEYNOV
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Məhəmməd oğlu Hüseynov 1968-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Hüquq elmləri namizədidir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür. 1991-ci ildən Azərbaycan Respublikasının Ali Məhkəməsində iclas katibi, məsləhətçi, sədrin köməkçisi işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında mütəxəssis vəzifəsində çalışmış, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin köməkçisi olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədridir. Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Əlcəzair, Azərbaycan-Ukrayna, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında və MDB-nin Parlamentərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.

SƏFA  MİRZƏYEV

Azərbaycan Respublikası Milli Məclisi aparatının rəhbəri Səfa Abbas oğlu Mirzəyev 1952-ci il mayın 12-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitrmişdir. Universitetdə oxuduğu müddətdə adlı təqaüd almış, dəfələrlə mükafatlandırılmışdır. 1972-ci ildə keçmiş SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyinin diplomuna və xatirə medalına layiq görülmüşdür. 1973-cü ildə Sovet gənclərinin ümumittifaq festivalının I dərəcəli diplomu ilə təltif edilmişdir.
1974-1977-ci illərdə ADU-nun əyani aspiranturasında təhsil almış, 1978-1990-cı illərdə ADU-nun Hüquq fakültəsinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasında işləmişdir.
1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində dissertasiya müdafiə etmişdir. Hüquq elmləri namizədi, dosentdir. 1982-ci ildə gənc alimlərin və mütəxəssislərin Ümumittifaq müsabiqəsinin qalibi olmuş və SSRİ Elmlər Akademiyasının, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, SSRİ Maarif Nazirliyinin və SSRİ Pedaqoji Elmlər Akademiyasının diplomu ilə təltif olunmuşdur.
1985-1990-cı illərdə ADU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.
1990-cı ilin aprelində keçmiş SSRİ Ali Sovetinin qərarı ilə SSRİ Konstitusiya Nəzarəti Komitəsinin üzvü seçilmişdir. SSRİ dağıldıqdan sonra 1992-ci ilin yanvarından Azərbaycan Respublikası Ali Sovetinin katibliyində şöbə müdiri, 1993-cü ilin noyabrından Azərbaycan Respublikası Ali Sovetinin Katibliyində şöbə müdiri vəzifələrində çalışmışdır. 1993-cü ilin noyabrından Azərbaycan Respublikası Milli Məclisi aparatının rəhbəridir.
1994-1995-ci illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyasının üzvü olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında qanununu, Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsini, İnzibati icraat haqqında Qanunu, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini hazırlayan işçi qruplarına rəhbərlik etmişdir.
Bir neçə monoqrafiyanın, elmi-metodik vəsaitin, 50-dən artıq məqalənin müəllifidir. Azərbaycan Respublikasının fəxri dövlət qulluqçusu, I dərəcə Dövlət Müşaviridir.

ELÇİN  QULİYEV

Azərbaycan Respubllikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd qoşunlarının Komandanı Elçin İsağa oğlu Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini 1974-1982-ci illərdə Sumqayıt şəhəri 20 və 23 saylı orta məktəblərdə, 1982-1984-cü illərdə C. Naxçıvanski adına Respublika ixtisaslaşdırılmış internat məktəbində almışdır. 1984-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş və 1988-ci ildə həmin məktəbi bitirmişdir.
1988-1992-ci illərdə SSRİ Silahlı qüvvələrinin Şimal Qrupu Qoşunlarının tərkibində Polşa Respublikasında müxtəlif zabit vəzifələrində xidmət etmişdir. 1992-2001-ci illərdə Azərbaycan Respublikasının Milli Ordusunda hərbi hissə komandiri olmuşdur.
Azərbaycan Respubllikası Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsinə, 31 iyul 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni yaradılmış Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı vəzifəsi-nə təyin edilmişdir.
Azərbaycan Respubllikası Prezidentinin 15 avqust 2001-ci il tarixli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli Fərmanı ilə general-leytenant hərbi rütbələrinə layiq görülmüşdür. Azərbaycan Respublikasının və xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

AYDIN  ƏLİYEV

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğu Əliyev 1957-ci ildə anadan olmuşdur. BDU-nun Hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1980-1992-ci illərdə respublikanın ədliyyə və məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Arada qısa müddətli istisna olmaqla 1992-ci ildən Azərbaycan Respublikasının gömrük orqanlarında xidmətdədir. 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədridir. Bu təyinatından əvvəl Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini idi. Gömrük xidməti general-leytenantıdır, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin Gömrük Xidmətləri Şurasının 2000-2002 və 2005-2006-cı illərdə sədr müavini, 2006-cı ilin iyul ayından 2007-ci ilin sentyabr ayınadək sədri olmuşdur.

TAMERLAN  QARAYEV
Hazırda Azərbaycan Respublikasının Hindistanda fövqəladə və səlahiyyətli səfiri Tamerlan Yelmar oğlu Qarayev Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitrmişdir. 1978-1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavni vəzifəsində işləmişdir. Hüquq elmləri doktorudur. Bir neçə monoqrafiya, dərs vəsaitinin, xeyli sayda elmi məqalənin müəllifidir. Son dövrdə diplomatik fəaliyyətə keçmişdir. Azərbaycan Respublikasının Cin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuşdur. Hazırda Azərbaycan Respublikasının Hindistanda fövqəladə və səlahiyyətli səfiridir. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi vardır.

ZAKİR  ZEYNALOV

Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitrmişdir. Uzun müddət prokurorluq orqanlarında fəaliyyət göstərmiş, Sumqayıt şəhər prokuroru, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti komisiyasının sədri kimi qanun yaradıcılığı işində böyük zəhməti olmuşdur.