İpək Soltan qızı Abbasova
Hüquq üzrə fəlsəfə doktoru, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti
İş telefonu:+99412 538 72 01
E-mail: İ[email protected]
QISA BİOQRAFİK MƏLUMAT
1954-cü ildə Laçın rayonunun Maxsudlu kəndində anadan olub;
1972-cu ildə Bakı şəhər 20 saylı orta məktəbini bitirib;
1973-1979-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsində təhsil alıb;
1984-1987-ci illərdə İrkursk Dövlət Universitetinin aspiranturasında qiyabi şöbə üzrə təhsil alıb;
Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosentidir;
2001-2011-ci illərdə BDU-nun Hüquq fakültəsinin qiyabi şöbəsi üzrə dekan müavini işləyib;
2007-2008-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurası “Dövlət və hüquq bölməsi” nin üzvi olub;
1992-1998-ci illərdə 12.00.08 (Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ), 12.00.09 (Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası) ixtisasları üzrə ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi olub;
2001-2009-cu iliərdə Birdəfəlik ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi olub;
1999-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “Hüquq və iqtisadiyyat” elmləri üzrə ekspert komissiyasının elmi katibi olub;
2011-2012-ci illərdə “Hüquq” elmləri üzrə ekspert komissiyasının elmi katibi olub;
BDU-nun Hüquq fakültəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Elmi şuralarının üzvüdür.
Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1973-1979-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsində təhsil almışdır.
1983-cü ildə M.B.Lomonosov adına Moskva Dövlət Universitetində ixtisasartırma kursu keçmişdir.
1984-1987-ci illərdə İrkutsk Dövlət Universitetinin aspiranturasında qiyabi şöbə üzrə təhsil alıb. 1992-ci ildə V.V.Kuybışev adına Tomsk Dövlət Universitetində “Cinayətin edilmə vaxtı kriminalistik xarakteristikanın elementi kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək hüquq elmləri namizədi (hüquq üzrə fəlsəfə doktoru) eımi dərəcəsini almışdır.
1996-cı ildən “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının dosentidir.
2002-ci ildə “Vektor” şirkətinin Beynəlxalq Elm Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanın tanınmış hüquqşünasları” və “Azərbaycanın tanınmış xanımları” Beynəlxalq layihəsinin diplomlarına layiq görülmüş (diplom № 002; №007) eləcə də “XXI əsr Azərbaycan hüquqşünasları” və “Azərbaycanın tanınmış xanımları” ensiklopedik nəşrlərdə onun haqqında məlumat verilmişdir (səh.8-10; səh.7).
2010-cu ildə ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət işləri bürosunun təşkil etdiyi “İnternational visitor leadership program”ı çərçivəsində Andlılar məhkəməsi və Təqsirin Etirafı ilə bağlı ABŞ qanunvericiliyi təcrübəsi ilə tanışlıq, 2012-ci ildə isə BDU-nun Hüquq fakültəsinin professor-müəllim heyəti ilə Tulan və Vaşinqton hüquq məktəblərində təcrübə mübadisəsi keçmişdir.
ƏMƏK FƏALİYYƏTİ
1977-1979-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsinin “Cinayət hüququ” kafedrasında laborant;
1979-1980-cu illərdə Hüquq fakültəsinin “Cinayət prosesi və kriminalistika” kafedrasında assistent;
1980-1994-cü illərdə Hüquq fakültəsinin “Kriminalistika” kafedrasında müəllim;
1994-1996-cı illərdə Hüquq fakültəsinin “Kriminalistika” kafedrasında baş müəllim;
1996-2001-ci illərdə Hüquq fakültəsinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasında dosent;
2001-2011-ci illərdə Hüquq fakültəsinin qiyabi şöbə üzrə dekan müavini;
2011-h.h. Hüquq fakültəsinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasında dosent.
TƏDQİQAT SAHƏSİ
Cinayətlərin kriminalistik xarakteristikası, ibtidai araşdırmada alibinin müəyyən edilməsinin taktiki xüsusiyyətləri, dindirmə zamanı qeyri-ənənəvi üsullardan istifadə edilməsi taktikası
SEÇİLMİŞ ƏSƏRLƏRİ
1.Dindirmə zamanı parakriminalistikanın imkanlarından istifadənin prosessual və taktiki xüsusiyyətləri .Bakı, “Təknur”, 2016 ( dərs vəsaiti, həmmüəllif).
2.Понятие криминалистической характеристики преступной деятельности и ее взаимосвязь с предметом криминалистики (первая часть) В журнале «Проблемы в Российском законодательстве». Москва, 2016, № 8. (статья, со авторстве, с.298-307).
3.Dindirmə zamanı koqnitiv müsahibə metodunun tətbiqi şərtləri.// Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfrans (5 may 2015). Bakı,2015. (məqalə, s.132-136).
4.Münaqişəli istintaq şəraitində dindirmənin taktikası.//10 dekabr Beynəlxalq İnsan hüquqları gününə həsr edilmiş Beynəlxalq Elmi-Praktik Konfrans (13-14 dekabr 2012). Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri. Bakı,2013, II cild s.569-572
5.Kriminalistik metodikanın anlayışı. // Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda 11-ci Respublika Elmi-praktik konfrans. Bakı,2011. s.277-279
6.İbtidai araşdırmada istintaq şəraitinin əhəmiyyəti və rolu .// Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri” mövzusunda II Beynəlxalq Konfrans. Bakı,2010. BDU və Qafqaz Unversiteti. s.123-125.
7.Dindirmənin mənəvi əsasları.// BDU-nun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları. Bakı, 30-31 oktyabr, 2009. (məqalə, s.238-240).
8.İbtidai araşdırmada alibinin müəyyən edilməsinin prosessual və taktiki xüsusiyyətləri. Bakı, Adiloğlu, 2008 (monoqrafiya, həmmüəllif).
9.Dindirmə zamanı qeyri-ənənəvi metodların tətbiqi.// Hüquq fakültəsinin 80 illik yubileyinə həsr olunmuş “Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları.Bakı, 9 aprel 2008. (məqalə , c.122-126).
10.Kriminalistika.Ali məktəblər ücün dərslik / K.Q.Sarıcalinskayanın redəktəsi ilə. Bakı, Hüquq ədəbiyyatı,1999 (həmmüəllif).
11.Время как базисный элемент криминалистически значимой информации о событии преступления. Иркутск: Иркут.Ун-та,1994 (монография, со авторстве).
12.Следы времени и их криминалистическое значение. Иркутск,1992 (методические указания).
13.Kриминалистическая характеристика преступлений. Общие положения, Иркутск,1991. (методические указания).
14.Kриминалистические характеристики преступлений в системе юридических знаний. Иркутск,1991. (методические указания).
- Yüksək ixtisaslı kadrların hazırlanmasında uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Dövlət Universiteti tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.