Ruslan Mirzəyev
Mirzəyev Ruslan Alim oğlu
Mirzəyev Ruslan Alim oğlu
BDU, Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi
İş telefonu: +(994 12) 510 00 51
e-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
4 iyul 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1992-1996-cı illərdə 13 saylı məktəbdə, 1996-2003-cü illərdə TDV Bakı Türk litseyində oxumuşdur.
2003 - 2007-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.
Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra 2007-2008-ci illərdə İsveç Krallığının Stokholm Universitetinin Hüquq fakültəsində Beynəlxalq kommersiya arbitrajı üzrə magistr təhsili almışdır. 2008-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq 12.00.03 Mülki hüquq, sahibkarlıq hüququ, mülki proses, beynəlxalq xüsusi hüquq ixtisası üzrə aspirantı olmuş və 2008-2010-cu illərdə Mülki hüquq kafedrasının Kommersiya hüquq magistr proqramında saat-hesabı müəllim kimi fəaliyyət göstərmişdir. 2010-2011-ci illərdə ABŞ Dövlət Departamentinin Edmund S. Maski (Edmund S. Muskie) proqramı çərçivəsində Corc Vaşinqton Universitetində Beynəlxalq (iqtisadi) hüquq üzrə magistr təhsili almışdır. 2011-ci ildən Bakı Dövlət Universiteti Hüquq fakültəsi Mülki proses və kommersiya hüququ kafedrasında müəllim vəzifəsində çalışır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2003-2007, bakalavr, Hüquq fakültəsi, BDU
2007-2008, magistr, “Beynəlxalq kommersiya arbitrajı”, Hüquq fakültəsi, Stokholm Universiteti, İsveç
2008-2011, aspirant, “Əcnəbi fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının müdafiəsi”, Hüquq fakültəsi, BDU
2010-2011, magistr, “Beynəlxalq hüquq”, Hüquq fakültəsi, Corc Vaşinqton Universiteti, ABŞ
ƏMƏK FƏALİYYƏTİ
2006-2007, VES Konsaltansi MMC (VneşEkspertService), yarım-ştat hüquqşünas
2008-2009, VES Konsaltansi MMC (VneşEkspertService), hüquqşünas
2009-2010 Azərbaycan Respublikası Vergilər Nazirliyi, təhqiqatçı
2010-2010 Azərbaycan Respublikası Mərkəzi Bankı, böyük hüquq məsləhətçisi
2011-ci ildən indiyə qədər Bakı Dövlət Universiteti Hüquq fakültəsi Mülki proses və kommersiya hüququ kafedrası, 0,5 ştat müəllim
Apardığı dərslər: Mübahisələrin alternativ həlli hüququ; Bank hüququ
TƏDQIQAT SAHƏSI
Beynəlxalq investisiya hüququ
Mübahisələrin beynəlxalq həlli
Arbitraj
Bank hüququ
SEÇILMIŞ ƏSƏRLƏRI
1. Arbitration as a protection method of property rights of foreign natural and juridical persons, Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2009, №2 (18), s.33-37
2. Public policy rule in international commercial arbitration: an Azerbaijani perspective, Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2010, №2 (22), s.75-81
3. Protection of foreign investment in Azerbaijan Republic: legislation and practice, Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2010, №3 (23), s.53-58
- 4. Beynəlxalq kommersiya arbitrajında ictimai qayda: Azərbaycan perspektivi, Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası), 2010, №3 s.89-96
- 6. International Investment Protection Regime and Criminal Investigations, Journal of International Arbitration. Kluwer Law International. Volume 29, Issue 1, 2012, p. 71-106
MÜKAFATLAR
ABŞ Havay Ştatının Qubernatorunun qrammotası, 2006.
Corc Vaşinqton Universiteti İctimai xidmət mükafatı, 2011.