Sərvər Süleyman oğlu Süleymanlı


Hüquq üzrə fəlsəfə doktoru


Bakı Dövlət Universitetinin mülki hüquq kafedrasının dosenti

İş telefonu: +99455 539 02 98

E-mail: ssuleymanli@yahoo.com

QISA BİOQRAFİK MƏLUMAT

  • 24.04.1972-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində anadan olub;
  • 1979-cu ildə Yuxarı Əbdürrəhmanlı kəndində kənd orta məktəbini bitirib;
  • 1990-1992-ci illərdə müvəqqəti hərbi xidmətdə olmuşdur;
  • 1993-1997-ci illərdə İstanbul Universitetinin Hüquq fakültəsində təhsil alıb;
  • 1997-2000-ci illərdə Səlcuq Universitetinin Ticarət (Komersiya) Hüququ üzrə magistraturanı bitirib;
  • 2005-ci ildə Səlcuq Universitetinin Sosial Elmlər İnstitutunda dissertasiya müdafiə edərək mülki hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır;
  • 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında dosent elmi adını almışdır;

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1993-cü ildə İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə Səlcuq Universitetinin Ticarət Hüququ üzrə magistratura təhsilini bitirmişdir. 2005-ci ildə Səlcuq Universitetinin Sosial Elmlər İnstitunda „Səhmdar cəmiyyətlərində səs hüququ və istifadəsi“adlı dissertasiyasını müdafiə eədərək mülki hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2012-ci ilin iyul ayında Azərbaycan Respublikası prezidenti Ali attestasiya Komissiyasında dosent elmi adını almışdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 2000-2012, Qafqaz Universitetində mülki hüquq üzrə müəllimi;
  • 2010-2012, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mülki hüquq kafedrasının baş müəllimi;
  • 2012-, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mülki hüquq kafedrasının dosenti;

TƏDQİQAT SAHƏSİ

  • Əşya hüququ, Vərəsəlik hüququ, Bank hüququ, Qiymətli kağızlar hüququ, Mülki proses, Ohdəliklər hüququ.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2002-2017-ci illərdə Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, İtaliya və digər dövlətlərdə bir sıra konfrans və seminarlarda iştirak etmişdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. "Bonoda Keşidecinin Temerrüdü – Yargıtay Kararı incelemesi" Selçuk Üniversitesi Hukuk Fakültesi Dergisi Cilt.11, No 1-2,  (ISSN 1302-6763), ss. 345-356, 2004.
  2. "Bank Qanunvericiliyinin Bəzi Müddəaları ilə Bağlı Mülahizələr", (Beynəlxalq Konfrans, “İqtisadi və Bank Sistemi İslahatları: Nəticələr və Perspektivlər”), Bakı-2005, ss. 70-78.
  3. "Mülki Prosessual Hüquqda Sübut Növü Olaraq "Etiraf" (Mülki Hüquq Üzrə Beynəlxalq Simpozium) Bakı 2005 ss. 360-369.
  4. "Səs hüququ olmayan imtiyazlı səhm sahiblərinin qeyri-əmlak hüquqları", Qanun jurnalı 04 (180) 2009, ss. 82-90
  5. "Səhmdar Cəmiyyətlərində Səsvermə Hüququnun Əsas Xüsusiyyətləri”, Beynəlxalq Simpozium: Dünyada Yeni İnkişaf Meylləri və Türk Dünyası, Xəzər Universiteti 2009, ss. 650-658
  6. "Səhmdar Cəmiyyətlərində Səs Hüququ", Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri jurnalı 2009, ss. 213-218,
  7. “Avropa Birliyi Hüququnun Standartları Baxımından Azərbaycan Hüququndakı Alğı-Satqı Müqavilələrində İstehlakçıların Qorunmasının Tabe Olduğu Hüquqi Rejim” Journal of Qafqaz University, (ISSN 1302-6763) No:24, ss. 95-110
  8. "Beynəlxalq Təcrübədə və Azərbaycan Hüququnda Səhmdar Cəmiyyətlərinin Ümumi Yığıncağında Məktubla Səsvermə" Beynəlxalq Hüquq və İnteqrasiya Problemləri, 2007, ss. 132-141, 2008
  9. "Anonim Ortaklıklar Hukukunda Bağlamın Neden Olduğu Sorunlara Çözüm Önerileri" Selcuk Universiteti Hüquq Fakültəsi Jurnalı Cild 16, No. 2, ss. 241-263, 2008
  10. "Azerbaycan Hukukunda Ticari Tahkim (Türk Hukuku ile Mukayeseli Olarak)", Journal of Qafqaz University (ISSN 1302-6763), No:20, ss. 3-15, 2007
  11. "Mənzildən İstifadə Hüququ Anlayışı və Məhkəmə Praktikasında Mülki Məcəllənin 228.5 maddəsinin Tətbiqi ilə Bağlı Qarşılaşılan Problemlər və Hüquqi Həll Yolları",  Journal of Qafqaz University (ISSN 1302-6763), No: 20, ss. 71-91
  12. "Daşınmaz Əmlaka Hüququn Əmələ Gəlməsi" Anlayışı və Mülki Qnunvericilikdə Bununla Əlaqədar Mövcud Bəzi Tənzimləmələrin Analizi", Journal of Qafqaz University, (ISSN 1302-6763), No: 18, ss. 43-51
  13. “Səhmdar cəmiyyətlərində səsvermə hüququ və istifadə sərbəstliyi”, Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 9 – cu Elmi – praktik konfransının materialları  ss. 71 – 85, Bakı 14 may, 2009
  14. “Mülkiyyətçinin mənzillə bağlı sərəncam səlahiyyətinin həyata keçirilməsi ilə bağlı qarşılaşılan problemlər və həlli yolları,  Mülki Hüquq Tədqiqat Mərkəzi nəzdində respublika konfransı: Mənzil qanunvericiliyinin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər və həlli yolları, Bakı 2010, 20 fevral, ss. 57-73
  15. “Mənzil Qanunvericiliyinin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər və həlli yolları” mövzusundakı simpozium materiallarının redaktoru.
  16. “Əşya Hüququnda  əşya və əmlak anlayışı”, Beynəlxalq Konfrans: Hüququn müasir problemləri, Bakı 2010, 29-30 Aprel, ss.706-716
  17. “Azerbaycan sermaye şirketleri hukukunda yönetim organının hukuki durumu ve üyelerinin sorumluluğu”, Journal of Qafqaz University, (ISSN 1302-6763), No:32 (tarix, hüquq və siyasi elmlər), ss. 80-88
  18. “Azerbaycan Hukukunda rekabetin korunması ilə bağlı düzenlemelerin sistematiği üzerine inceleme”, Beynəlxalq konfrans: Əqli mülkiyyət və rəqabət hüququ, İstanbul  21-22 oktyabr 2010.
  19. “Əşya hüququ fənninin tədrisinə dair metodik vəsait” (Təhsil Nazirliyinin Metodik Şurasının 24.01.2011 tarixli iclasının 20 nömrəli iclas protokolu ilə təsdiq edilmiş), Bakı 2011, 101 səhifə.
  20. “Mülki hüquqda əşya anlayışı” Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər (ictimai elmlər seriyası), № 1(37), s. 69-73
  21. “Mülki hüquqda sahiblik anlayışı və ünsürləri”, Dövlət və hüquq quruculuğunun aktual problemləri, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 11-ci Elmi- praktik konfransının materialları, Bakı 11-12 may, 2011, ss. 186-190
  22. “Əşya haqları anlayışı və xüsusiyyətləri”, Journal of Qafqaz University, (ISSN 1302-6763), No: 30 (tarix, hüquq və siyasi elmlər), ss. 98-112
  23. Azerbaycan Hukukunda Müşterek Mülkiyette Olan Eşyadan Paydaşların Yararlanma Hakkı ve Masraflara İştiraki ile Bağlı Düzenlemlerin Genel Sistematiği” I. Türkiyə-Azərbaycan Hüquq Simpoziumu, 1-2 iyul 2011, İstanbul, ss. 189-206.
  24. Müqavilə azadlığı işığında müqavilələrin standart şərtlərinin hüquqa uyğunluğunun müəyyən edilməsi, Müstəqilliyimizin 20-ci ilinə həsr olunmuş Azərbaycan hüquq elminin inkişaf istiqamətləri adlı respublika konfransının materialları, Bakı, 2012, ss. 339-345
  25. Normativ-hüquqi aktların geriyə qüvvəsi ilə bağlı konstitusion normaların tətbiq dairəsi və Mülki Məcəllənin 7-ci maddəsinin bu nöqteyi-nəzərdən konstitusiyaya uyğunluğu, Beynəlxalq Hüquq və İnteqrasiya Problemləri, № 3(27), 2011, ss. 99-205,
  26. “Mülki qanunvericiliyimizdəki əşya haqlarının növləri və əşya hüququnda rəhbər tutulan prinsiplər”, Bakı dövlət universitetinin xəbərləri, sosial siyasi elmlər seriyası,, № 4/2011, ss.75-93
  27. Definition and Elements of Commercial Activity (Enterpreneurship), South Caucasus Law Journal, 3/2012, ss. 170-176
  28. Azərbaycan qanunvericiliyində yaxşılaşdırıcı normaların geriyə tətbiqi: nəzəri və praktiki məsələlər, “Şəffaflıq və etimadın qorunması prinsiplərinin işığında Mülki Məcəllənin 225.6-cı maddəsinin məqsədəuyğunluğu” Beynəlxalq Hüquq və İnteqrasiya Problemləri, № 1(29), 2012, ss. 119-128
  29. Azərbaycan Respulikasının qanunvericilyində mülkiyyət hüququnun müdafiəsi peoblemləri, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş elmi-praktiki konfrans (Bakı, 13-14 dekabr 2012-ci il), C.II, ss. 668-678.

30. "Əşya hüququ dərs vəsaiti", 101 s. (Təhsil Nazirliyinin Metodik Şurasının 24.01.2011 tarixli iclasının 20 nömrəli iclas protokolu ilə təsdiq edilmiş, Bakı 2011)

31. "Mənzil Hüququ kursunun proqramı" (Təhsil Nazirliyinin 09.02. 2012 tarixli 196 saylı əmri ilə grift verilmişdir).

32. "Anonim şirketlerde oy hakkı ve kullanılması", 380 s., MBM nəşriyyatı, Bakı 2013.

33. "Mülki Təminat hüququ kursunun proqramı" (Təhsil Nazirliyinin ..... 2014-cü il tarixli ... saylı əmri ilə grift verilmişdir)

34. Azərbaycan mülki hüquq sistemində paylı mülkiyyətin xitam olunması ilə bağlı bəzi hüquqi məsələlər, AMEA, Elmi-əsərlər. Beynəlxalq elmi-nəzəri jurnal, ss.235-242, Bakı, 2015.

35. AR konstitusion hüquq sistemində Mülki Məcəllənin hüquqi qüvvə baxımından digər qanunlardan üstün olub-olmamasının mümkünlüyünə dair hüquqi mülahizələr, Qanun jurnalı, № 11(253), ss. 74-82, Bakı 2015.

36. "Ceza muhakimesi hukukunda bilirkişlik", 367 səhifə (həmmüəlif) Ankara 2015, Seçkin yayınevi.

37. M.Yolçiyevin "Sığorta hüququ" dərsliyinə rəy, Bakı 2015.

38. "Qanunvericilikdə mülkiyyət haqqına (hüququna) və mülki qanunvericilik sisteminə zidd olan ipoteka ilə bağlı bəzi müddəalar: problemlər və həlli yolları", Qanun jurnalı, № 12, ss. 42-60, Bakı 2016.

Həyata keçirdiyim elmi vəzifə və fəaliyyətlər

1- 2005-ci ildə Qafqaz Universitetində keçirilən Mülki Hüquq üzrə Beynəlxalq Konfransın təşkilat komitəsinin sərd müavini və məsul kordinatoru

2-2006-cı ilin oktyabr-dekabr aylarında DAAD (Deutscher Akademischer Austausch Dienst) xətti ilə AlmaniyadaÇirkli pulların yuyulmasına qarşı mübarizədə təsirli bir vasitə kimi bank əməliyyatlarına nəzarət modelinin təkmilləşdirilməsi” mövzusunda elmi tədqiqat aparmışdır.

3-20.02.2010 tarixində “Mənzil Qanunvericiliyinin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər və həlli yolları” mövzusunda keçirilən respublika səviyyəli simpoziumun təşkilta komitəsinin sərd müavini və məsul kordinatoru

4-13.11.2010 tarixində “Vərəsəlik hüququ ilə bağlı normaların tətbiqində qarşılaşılan problemlər və həlli yolları” mövzusunda keçirilən respublika səviyyəli simpoziumun təşkilt komitəsinin sərd müavini və məsul kordinatoru

5- 21.01.2011-ci il tarixində "Bank kredit müqavilələri ilə bağlı qarşıya çıxan problemlər hüquqi həll yolları" mövzusunda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə birgə keçirilən respublika konfransının təşkilat komitəsinin sədr müavini və məsul kordinatoru

6-Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 11-12 may 2011-ci il tarixlərində "Dövlət və hüquq quruculuğunun aktual problemləri" mövzusunda keçirilən 11-ci respublika elmi-praktik konfransının elmi katibi

7- Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 11-12 may 2012-ci il tarixlərində "Dövlət və hüquq quruculuğunun aktual problemləri" mövzusunda keçirilən 12-ci respublika elmi- praktik konfransının elmi katibi

8- Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 13-14 dekabr 2012-ci il tarixlərində "10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü"nə həsr edilmiş beynəlxalq elmi-praktiki konfransın elmi katibi

9- 14.11.2012 tarixində Böüyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda məcburi köçürdülmələrin hüquqi rejiminə dair” layihənin eksperti kimi "Park inn" otelində ictimaiyyətə açıq şəkildə hesabatla məruzə etmişdir və bu məruzənin materialları dərc olunub

10- 08.06.2010 tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun 12-ci maddəsinin təfsiri ilə bağlı sorğusuna ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur

11-  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.06.2011 tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II, III və IV hissələrinə, 147-ci və 149-cu maddələrinin I, II və  VII hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur

12-  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30.09.2011 tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II, III hissələrinə, 149-cu maddəsinin I, III hissələrinə, MM-nin 152, 1166 və 1176-cı maddələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur

13-  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.10.2011 tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1, 107-5.1 və 108 maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 10 dekabr 1948 tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqında Avropa Konvensiyasının 20.03.1952 tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə uyğunluğunun yoxlanılması ilə bağlı Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur

14- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.09.2012 tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur

15- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21.12.2012-ci il tarixli Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Plenum iclasının eksperti olmuşdur;

16- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17.05.2013-cü il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4 maddəsi, Mülki Məcəllənin 228.5 maddəsi və Normativ Hüquqi Aktlar haqqında konstitusiya qanununun 2.5 maddələri baxımından şərh edilməsinə dair Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur;

17-  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli (rəsmi yayınlanma tarixi 04.04.2014) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur;

18-  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 fevral 2014-cü il tarixli (rəsmi yayınlanma tarixi 22.04.2014) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur;

19-  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 fevral 2014-cü il tarixli (rəsmi yayınlanma tarixi 19.05.2014) "Daşınmaz əmlakın dövlət reyetrsi" haqqında Azərbaycan Respublikası qanununun 2.1 maddəsinin "Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin" 2.2 və 2.2.1 maddələrinin şərh edilməsinə dair Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur;

20-  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 fevral 2014-cü il tarixli (rəsmi yayınlanma tarixi 15.07.2014) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur;

21-  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinin və  Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.05.2014-cü il tarixli Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur;

22-  08.09.2011-01.06.2014 tarixlərində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Elmi işlər üzrə dekan müavini;

23-  24 fevral 2014 tarixindən etibarən Azərbaycan Respublikası Ali Məhkməsinin Elmi Məsləhət Şurasının üzvü

24- Azərbaycan Respublikası Mülki Məcəlləsinin "Hüquqi şəxslər"lə bağlı olan 4-cü fəslinin yenidən hazırlanması məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyi nəzdində 2014-cü ilin may ayından 2016-cı ilin aprel ayınadək fəaliyyət göstərən işçi komissiyasnın eksperti olmuşdur

25- V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29.12.2015-ci il tarixli Plenum iclasında ekspert kimi rəy vermişdir və qərar da bu rəy istiqamətində qəbul olunmuşdur.