Fakültənin heyəti və strukturu

Hüquq fakültəsinin dekan vəzifəsini icra edən hüquq elmlər doktoru, professor Cəfərov Zahid İsa oğludur.

Hüquq fakültəsində 3 dekan müavini çalışır:

- Elmi işlər üzrə dekan müavini, Beynəlxalq ümumi hüquq kafedrasının dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru Toğrul Tofiq oğlu Vəliyev.;

- Tədris işləri üzrə dekan müavini, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Cabir Məhəmməd oğlu Quliyev;

- Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini, Konstitusiya hüququ kafedrasının dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru Aytəkin Nazim qızı İbrahimova.

Bundan əlavə fakültədə bakalavr tədris pilləsi əyani şöbə üzrə 2 tyutor, qiyabi şöbə üzrə 1 tyutor, magistratura tədris pilləsi üzrə 1 tyutor fəaliyyət göstərir.

Hüquq fakültəsində aşagıdakı kafedralar və digər struktur vahidləri fəaliyyət göstərir:

1. Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası - kafedra müdiri Azərbaycan MEA-nın müxbir üzvü, hüquq üzrə elmlər doktoru, professor M.F.Məlikova.

2. Konstitusiya hüququ kafedrası - kafedra müdiri hüquq üzrə fəlsəfə doktoru, professor Z.A.Əsgərov.

3. İnsan hüquqları və informasiya hüququ YUNESKO kafedrası - kafedra müdiri hüquq üzrə elmlər doktoru, professor Ə.İ.Əliyev.

4. Cinayət hüququ və kriminologiya kafedrası - kafedra müdiri hüquq üzrə elmləri doktoru, professor Ş.T.Səmədova.

5. Kriminalistika və məhkəmə ekspertizası kafedrası - kafedra müdiri hüquq üzrə elmlər doktoru, professor  K.N.Səlimov.

6. Mülki hüquq kafedrası - kafedra müdiri hüquq üzrə elmlər doktoru, professor M.D.Dəmirçiyeva.

7. Cinayət prosesi kafedrası - kafedra müdiri hüquq üzrə elmlər doktoru, professor F.M.Abbasova.

8. Beynəlxalq ümumi hüquq kafedrası - kafedra müdiri hüquq üzrə elmlər doktoru, professor R. F.Məmmədov.

9. Əmək və ekologiya hüququ kafedrası - kafedra müdiri hüquq üzrə elmlər doktoru, professor A.M.Qasımov.

10. Mülki proses və kommersiya hüququ kafedrası - kafedra müdiri hüquq üzrə fəlsəfə doktoru, dosent E.A.Xələfov.

11. Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası - kafedra müdiri hüquq üzrə fəlsəfə doktoru, dosent Ə.Q.Məmmədov.

12. Hüquq Klinikası – klinikanın rəhbəri hüquq üzrə fəlsəfə doktoru, dosent T.İ.Hüseynov.

13. Kriminalistika laboratoriyası – laboratoriya müdiri N.İ.Hüseynov.

14. Dəniz və enerji hüququ Mərkəzi.