TƏHSİL

Tədris prosesi mövcud əsasnamə və təlimatlara, habelə Universitet rəhbərliyinin əmr və sərəncamlarına uyğun olaraq təşkil edilir və aparılır. Təhsil azərbaycan, rus və ingilis dillərində aparılır.
Hazırda kafedra üzrə bakalavr təhsil pilləsində aşağıdakı fənlər tədris olunur:
• Cinayət hüququ (Ümumi hissə)
• Cinayət hüququ (Xüsusi hissə)
• Cəza-icra hüququ
• Kriminologiya

«Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası» ixtisaslaşması üzrə magistratura təhsil pilləsində kafedra üzrə aşağıdakı fənlər tədris olunur:
• Cinayət hüququnda cəzanın nəzəri problemləri
• Cinayətin tövsifinin nəzəri əsasları
• Cəza-icra hüququnun nəzəri əsasları
• Şəxsiyyət əleyhinə olan cinayətlər (hüquqi klinika)
• Mülkiyyət əleyhinə olan cinayətlər

«Transmilli cinayət hüququ» ixtisaslaşması üzrə magistratura təhsil pilləsində kafedra üzrə aşağıdakı fənlər tədris olunur:
• Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri
• Transmilli cinayət hüququnda cəzanın nəzəri problemləri
• Korrupsiya əleyhinə mübarizə
• Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə
• Kibercinayətlərlə beynəlxalq və milli-hüquqi mübarizə
• Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırılması ilə mübarizə

  • Xarici dövlətlərin cinayət qanunvericiliyi
  • Həyat və sağlamlığın cinayət-hüquqi qorunması
  • İdman sferasında cinayətlərlə beynəlxalq-hüquqi mübarizə


Kafedranın əməkdaşları tərəfindən yuxarıda göstərilən fənlər üzrə azərbaycan, rus və ingilis dillərində tədris proqramları, metodik göstərişlər hazırlanmış və dərc edilmişdir.