TƏLƏBƏ HƏYATI

Aktiv tələbələrin elmi və təşkilati fəaliyyətləri

BDU-da tələbələrin ictimai həyatda iştirakını və asudə vaxtını səmərəli təşkil etmək üçün bir sıra təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatlardan Tələbə-Gənclər təşkilatı, Avropa Hüquq Tələbələri Birliyi (ELSA), Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti daha fəaldırlar. Hüquq fakültəsinin tələbəri Universitetinin ictimai həyatında fəal iştirak edirlər.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə aşağıdakılar daxildir:

  • Tələbələrin elmi fəaliyyət marağının artması ilə bağlı tədbirlər;
  • İntellektual oyunların təşkili;
  • Fakültədaxili olimpiada yarışların keçirilməsi;
  • Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi;
  • Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini.

Fakültə Tələbə-Gənclər təşkilatının fəaliyyətinə aşağıdakılar daxildir:

  • Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  • Tələbələr arasında maarifləndirmə işlərinin aparılması ;
  • Tələbələrin hüquqlarının təmin edilməsi;
  • Tələbələrin maraq və meylilərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, klubların, kursların, xidmətlərin təşkil edilməsi.

Avropa Hüquq Tələbələr Birliyinin (European Law Students Association) fəaliyyətinə aşağıdakılar daxildir:

ELSA Azərbaycanda ilk dəfə Səhnələşdirilmiş Məhkəmə Prosesi (Moot Court Competition) və Client İnterviewing Skills yarışmalarının həyata keçirilməsində təşəbbüskar birlik olaraq fəaliyyət göstərir.Əlavə məlumat üçün elsa.az saytina baxa bilərsiniz.

-müxtəlif kurslar və seminarlar , dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar xeyriyyə marafonları, digər mədəni  kütləvi tədbirlər keçirir ;
-məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir ;
-
Azərbaycan Respublikasının aidiyyəti dövlət və bələdiyyə orqanları, o cümlədən təhsil müəssisələri və digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir ;
-Xarici ölkələrdə fəaliyyət göstərən təşkilatların onun məqsəd və mənafelərinə zidd olmayan tədbirlərinə qoşulur.

 

HƏMKAR SİZİN DOSTUNUZ VƏ MÜDAFİƏÇİNİZDİR!

Fakültə Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəliyyətinə aşağıdakılar daxildir:

  • Sosial problemlərin həlli;
  • Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi;
  • Təhsil alan tələbələrin nizam-intizamı, sayı, dərsə davamiyyəti, yataqxana ilə təminatı barədə məlumatların alınması;
  • Tələbələrin istənilən hüquq pozuntusunu müdafiə edir;
  • Aspirant və ailəli tələbələrin uşaqlarına qayğı göstərir;
  • Bütün təhsil alanlara hüquqi yardım edir;
  • Tələbələrin imkanlarını inkişaf etdirir.