Ziyafət Abbas oğlu Əsgərov


Ziyafət Abbas oğlu Əsgərov
Hüquq elmləri namizədi, professor
İş telefonu: +(994) 12 439 03 12
e-mail: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT
1963-cü il oktyabrın 24-də Naxçıvan MR-in Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olub.
1971-1981-ci illərdə kənd orta mək¬təbində oxuyub və 1981-ci ildə məktəbi əla qiymətlərlə bitirib.
1982-1984-cü illərdə ordu sıralarinda xidmət edib.
1985-1990-cı illərdə BDU-nun hüquq fakültəsində təh¬sil alıb.
1990-ci ildən BDU-da çalışır.
1995-2000-ci illərdə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və „Hüquq siyasəti və dövlət quruculuğu məsələləri“ daimi komissiyasının sədr müavini seçilmişdir.
2000-2005-ci II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, sədr müavini və „Təhlükəsizlik və müdafiə məsələləri“ daimi komissiyasının sədri seçilmişdir.
2005-ci ildə III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, sədrin I müavini və Təhlükəsizlik və müdafiə komitəsinin sədri seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin NATO Parlrment Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir.
Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1995, dosent
1994, hüquq elmləri namizədi „Konstitusiyanın nəzəri aspektləri“
1985-1990-cı illər, tələbə, Hüquq fakültəsi, BDU

ƏMƏK FƏALİYYƏTİ
2005-ci ildə III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, sədrin I müavini və „Təhlükəsizlik və müdafiə məsələləri“ daimi komissiyasının sədri seçilmişdir.
2000-2005-ci illərdə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, sədr müavini və „Təhlükəsizlik və müdafiə məsələləri“ daimi komissiyasının sədri seçilmişdir.
1995-2000-ci illərdə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və „Hüquq siyasəti və dövlət quruculuğu məsələləri“ daimi komissiyasının sədr müavini seçilmişdir.
2006 - h/h, professor, Konstitusiya hüququ kafedrası, Hüquq fakültəsi, BDU
1996- h/h, müdir müavini, Konstitusiya hüququ kafedrası, Hüquq fakültəsi, BDU
1995- 2006, dosent, Konstitusiya hüququ kafedrası, Hüquq fakültəsi, BDU
1993-1995- baş müəllim, Konstitusiya hüququ kafedrası, Hüquq fakültəsi, BDU
1991-1993 - müəllim, Konstitusiya hüququ kafedrası, Hüquq fakültəsi, BDU
1990-1991- baş laborant, Konstitusiya hüququ kafedrası, Hüquq fakültəsi, BDU
1985-1990- tələbə, Hüquq fakültəsi, BDU
1982-1984 - ordu sıralarinda xidmət edib
“Konstitusiya hüququ” (bakalavr pilləsində), “Seçki hüququ”, “Müqayisəli konstitusiya hüququ”, (magistratura pilləsində) fənlərini tədris edir. 60 elmi məqalənin, 2 dərsliyin, 2 dərs vəsaitinin (1 dərs vəsaiti birgə müəllifliklə) və 3 tədris proqramının müəllifidir.
2000-ci ildə AR Təhsil Nazirliyinin “Fəxri fərmanı” ilə təltif edilmlşdir


TƏDQIQAT SAHƏSI
Azərbaycan Respublikası seçki sisteminin hüquqi tənzimi, İnsan hüquqlarınin Konstitusiya təminatları, Azərbaycanda yerli özünüidarəetmənin hüquqi tənzimi
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2009, Bakı, Azərbaycan; Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə Komissiyası, USAİD və Avropa Şurası tərəfindən təşkil olunmuş “Qanunvericilik prosesinin səmərəliliyinin və şəffaflığının artırılması” mövzusunda konfrans
2008, Bakı, Azərbaycan; BDU Hüquq fakültəsinin 80 illik yubileyinə həsr edilmiş “Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri” mövzusunda elmi konfrans
2007, Bakı, Azərbaycan; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və ATƏT-in Venetsiya Komissiyası tərəfindən təşkil olunmuş “Azərbaycan Respublikası seçki qanunvericiliyinin təkmilləşdirilməsi” mövzusunda konfrans
2007, Bakı, Azərbaycan; BDU və İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı tərəfindən təşkil olunmuş “İnsan hüquqları üzrə Müvəkkilin dövlət orqanları və kütləvi informasiya vasitələri və qeyri hökemət təşkilatları ilə qarşılıqlı əməkdaşlığı” mövzusunda konfrans
2002, Bakı, Azərbaycan; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyası tərəfindən təşkil olunmuş “Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda seminar
2002, Bakı, Azərbaycan; AR Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyası tərəfindən təşkil olunmuş “Avropada etno-siyasi münaqişələrin nizama salınmasının hüquqi səciyyəsi” mövzusunda konfrans
2000, Bakı, Azərbaycan; AR Konstitusiya Məhkəməsi və Avropa Şurası tərəfindən təşkil olunmuş «İnsan hüquqları haqqında Avropa Konvensiyası konstitusion hüquqlarin mənbəyi kimi» movzusunda seminar

SEÇILMIŞ ƏSƏRLƏRI
2008, Konstitusiya nəzarətinin növləri
2006, Heydər Əliyev irsi və Azərbaycanda insan hüquqları
2006, Konstitusiya hüququ (dərslik)
2005, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları (dərslik), (birgə müəllifliklə)
2004, Azərbaycan və NATO əlaqələri genişlənir
2003, Azərbaycanin dövlət və hüququnun əsasları (dərs vəsaiti), (birgə müəllifliklə)
2003, Heydər Əliyev və hüquqi dövlət quruculuğu
2003, Deputatın hüquqi statusu

2009, Azərbaycan Respublikasının Konstitusiyası və onun inkişaf meylləri. BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları.

2009,Özünüidarəetmənin nəzəri-hüquqi əsasları.

KITABLAR
2006, Konstitusiya hüququ (dərslik)
2005, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları (dərslik), (birgə müəllifliklə)
2003, Azərbaycanin dövlət və hüququnun əsasları (dərs vəsaiti), (birgə müəllifliklə)