15 fevral 2020-ci il tarxində “Philip C. Jessup International Law Moot Court Competition” yarışmasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri növbəti dəfə qalib olmuşlar.
15/02/202015 fevral 2020-ci il tarxində ADA Universitetində Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi (International Law Moot Court Competition) Azərbaycan seçimlərinin İlkin Raundu keçirilmişdir. Seçimlərdə Bakı Dövlət Universitetinin, Pezident yanında Dövlət İdarəçilik Akademiyasının və Dövlət Gömrük Komitəsinin Akademiyasının komandaları iştirak edərək yarışmışlar. İlkin qarşılaşmanın nəticəsinə görə Final mərhələsinə Bakı Dövlət Universitetinin və Pezident yanında Dövlət İdarəçilik Akademiyasının komandaları vəsiqə qazanmışlar. Beləliklə 16 fevral 2020-ci il tarixində “Holiday Inn” otelində baş tutan final qarşılaşmasında Bakı Dövlət Universitetinin Komandasının tələbələri qalib gələrək Azərbaycanı Aprel ayında ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək olan müsabiqənin şifahi çəkişmələrində təmsil etmək hüququnu qazanmışlar.
“Philip C. Jessup International Law Moot Court Competition” yarışması 1960-cu ildən etibarən hər il təşkil olunur və dünyanın ən böyük Beynəlxalq Hüquq müsabiqəsidir. Bu il müsabiqədə İştirak ücün dünyanın 100-dən çox ölkəsindən 750-yə yaxın hüquq məktəbindən komandalar qeydiyyatdan keçmişlər. Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş üzrə keçirilən müsabiqə yeni yaranan və aktual beynəlxalq hüquq problemlərni əks etdirən məsələləri əhatə edir.
Bu ilki yəni, 2020 Jessup işi komandaları beynəlxalq müqavilələrə varislik, tam özünü idarəedən silah sistemləri, müharibə cinayətləri ilə təqsirləndirilən hökumət nazirləri və Beynəlxalq Ədalət Məhkəməsi ilə Ümumdünya Ticarət Təşkilatının mümkün yurisdiksiya ziddiyyətləri ilə əlaqədar hüquqi məsələlər üzrə sınağa çəkir.
Qeyd edirik ki, Azərbaycan bu il Müsabiqədə iştirakının artıq 20 illiyini qeyd edir və bu iştirakın son zamanlarda ənənə halına çevrilərək yüksək təşkilatçılıqla təmin olunması olduqca mühüm əhəmiyyət kəsb edir. Müsabiqə hüquq tələbələrinin vəkillik, hüquqi təhlil, hüquqi yazı və hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının önə çəkilməsinə və inkişafına köklənərək, onları peşəkar təcrübəyə hazırlayır.
Raundlar BP Azərbaycan, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (Platin Sponsorlar), ABŞ-ın Azərbaycandakı Səfirliyi, ADA Universiteti, və MGB Hüquq şirkətinin dəstəyi və ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin təşkilatçılığı ilə kecrilir
