700 bal toplamış tələbələr Hüquq fakültəsini seçib

17/09/2018

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Belə ki, BDU-nun Qazax filialı da daxil olmaqla bakalavriatura və magistratura səviyyəsində qəbul olunanların sayı 6220 nəfər təşkil edib. Qeyd edək ki, BDU-ya daxil olan tələbələrdən 1982 nəfəri 500-dən, 461 nəfəri 600-dən, 131 nəfəri 650-dən artıq, 3 nəfər 700 bal toplayıb, 12 nəfər Prezident təqaüdünə layiq görülüb. Bu tədris ilində BDU-nun SABAH qruplarına qəbul olunan tələbələrin sayı 250 nəfərdən 280 nəfərə qədər yüksəlib. Onlardan 264 nəfəri BDU tələbələridir. Ümumilikdə, BDU-nun 10 ixtisas üzrə SABAH qrupları tələbələrinin sayı ötən illə müqayisədə 106 nəfər artaraq 701 təşkil edib. Qeyd edək ki, 700 bal toplamış 3 tələbə universitetin Hüquq fakültəsini seçib.

 

Bookmark and Share