ABŞ federal hakimləri Hüquq fakültəsinin qonağı olmuşlar
21/06/2017BDU Hüquq fakültəsi rəhbərliyinin dəvəti ilə ABŞ-ın federal hakimləri Jed Rakoff və Kimba M.Vudun tələbə və magistrantlarla görüşü təşkil edilmişdir. Hakimlər dünyada mövcud olan müxtəlif hüquq sistemləri, onların müsbət və çatışmayan aspektləri, qarşılıqlı əlaqələri, habelə ABŞ hüquq sisteminin səciyyəvi xüsusiyyətlərindən söhbət açmışlar. Eyni zamanda, qonaqlar şifahi çəkişmələrdə məhkəmə çıxışları zamanı əsas məqamlar, sübutetmə yükü barədə məlumat vermiş, keçirilən müxtəlif məhkəmə müsabiqələrinin əhəmiyyəti ilə bağlı öz fikirlərini bildirmişlər. Tələbələrin ABŞ məhkəmə sistemi haqqında suallarını cavablandıran qonaqlar bir sıra müqayisəli məsələləri də iştirakçıların nəzərinə çatdırmışlar.
Görüşün sonunda qonaqlara ölkəmizdə təşkil olunan “Topçubaşov Məhkəmə Müsabiqəsi” haqqında ətraflı məlumat verilmiş və BDU Məhkəmə Müsabiqə Cəmiyyətinin əsas fəaliyyəti ilə yaxından tanış edilmişlər.
