Ali Məhkəməsinin hakimi Hüquq fakültəsinin qonağı olub
24/05/2018BDU Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əli Rüstəmovla fakültə tələbələrinin görüşü keçirilib. “Məhkəmə sistemi” mövzusuna həsr olunan görüşdə Ə.Rüstəmov məhkəmə hakimiyyəti barədə məlumat vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin öyrənilməsinə dair fəaliyyətindən geniş söz açıb. Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə Hüquq fakültəsinin dekanı, prof. Əmir Əliyev və fakültənin bir sıra müəllimləri iştirak edib. Məhkəmələr və onların fəaliyyəti ilə bağlı nəzəri və təcrübi məsələlərlə bağlı tələbələr Ə.Rüstəmova müxtəlif suallarla müraciət edib, qarşılıqlı müzakirələr aparılıb. Sonda Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı adından Əli Rüstəmova “Təşəkkürnamə” təqdim olunub, iştirakçılarla xatirə şəkli çəkilib.
![]() |
![]() |
![]() |
![]() |
