“All-European International Humanitarian and Refugee Law Moot Court Competition” adlı yarışmada iştirak

26/11/2016

22-26 noyabr 2016-cı il tarixlərdə Sloveniya Respublikasının paytaxtı Lüblyana şəhərində tələbələr arasında “All-European International Humanitarian and Refugee Law Moot Court Competition” adlı yarışma keçirilmişdir. Həmin yarışmada MDB məkanı və Türk dünyasından yeganə olaraq Azərbaycan Respublikası iştirak etmişdir. Ölkəmizi isə bu tədbirdə Beynəlxalq xüsusi hüquq, Avropa hüququ kafedrasının müəllimi Elnur Aslanovun təlimçiliyi altında Bakı Dövlət Universitetinin tələbələri İsa Təhməzov və Kənan Hüseynzadədən ibarət komanda layiqincə təmsil etmişdir. Əksər komandalar üzərində yüksək nəticə qazanan komandamız həm də yüksək bilik, səriştə və peşəkarlıq nümayiş etdirmişdir. Sonda həm iştirakçılar, həm də doğma universitetimiz sertifikatla təltif edilmişdir. Maliyyə dəstəyinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Ofisinə təşəkkür edirik.

Bookmark and Share