Avropa hüququ magistratura programının ilk məzunlarına iki universitetin diplomu təqdim edildi

26/09/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı BDU ilə Vürçburq Universiteti arasında Avropa Hüququ Magistr Proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib və Avropa Hüququ Magistr Proqramının ilk 6 məzununa təntənəli şəkildə iki diplom (BDU və Vürçburq Universitetinin diplomları) təqdim edilib.

Qeyd etmək lazımdır ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Avropa hüququ” ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Hal-hazırda tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi bu proqramda iştirak edən tələbələrimiz üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, alman professorları BDU-da mühazirə oxuyur.

Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən ayrılır.

Bookmark and Share