Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanın icrası ilə bağlı Hüquq fakültəsi tələbələrinin məruzəsi

22/02/2021

 

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "İnsan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir" adlı online tədbir baş tutmuşdur.
Tədbir Azərbaycan Respublikasının Ümumilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış
"İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanın mahiyyətini diqqətə çatdırmaq, Fərmanının mahiyyətindən irəli gələn məsələləri fakültənin tələbələr ilə birlikdə müzakirə etmək məqsədilə təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə tədbir iştirakçılarını salamlayaraq  mövzunun mahiyyətindən bəhs etmiş, Fərman haqqında məlumat vermişdir.
Fakültənin tələbələri Cavid Mirzəzadə, Fatimə Mahmudzadə, Siyavuş Bağırov, Tural Həsənov, Səyad Ələkbərov
"Hüquq və azadlıqların əhəmiyyəti", "Hüquq və azadlıqların təbiəti", "Hüquq və azadlıq tarix müstəvisində", "Hüquq və azadlıqlarla bağlı görülən müvafiq tədbirlər", "Hüquq və azadlıqların olmadığı cəmiyyətlərin acı sonları" mövzularında çıxışlar etmişlər.
Tədbir tələblərin müzakirələri əsasında davam etmişdir.

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "İnsan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir" adlı online tədbir baş tutmuşdur. Tədbir Azərbaycan Respublikasının Ümumilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanın mahiyyətini diqqətə çatdırmaq, Fərmanının mahiyyətindən irəli gələn məsələləri fakültənin tələbələr ilə birlikdə müzakirə etmək məqsədilə təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə tədbir iştirakçılarını salamlayaraq  mövzunun mahiyyətindən bəhs etmiş, Fərman haqqında məlumat vermişdir. Fakültənin tələbələri Cavid Mirzəzadə, Fatimə Mahmudzadə, Siyavuş Bağırov, Tural Həsənov, Səyad Ələkbərov "Hüquq və azadlıqların əhəmiyyəti", "Hüquq və azadlıqların təbiəti", "Hüquq və azadlıq tarix müstəvisində", "Hüquq və azadlıqlarla bağlı görülən müvafiq tədbirlər", "Hüquq və azadlıqların olmadığı cəmiyyətlərin acı sonları" mövzularında çıxışlar etmişlər.
Tədbir tələblərin müzakirələri əsasında davam etmişdir.

Bookmark and Share