Bakı Dövlət Universiteti, Amerika İnkişaf Agentliyi və BP-nin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirələcək
17/05/201324 may 2013-cü il tarixində Bakı Şəhəri Hilton Hotelində Bakı Dövlət Universiteti, Amerika İnkişaf Agentliyi və BP-nin birgə təşkilatçılığı ilə «Azərbaycan Respublikasında Dəniz və enerji hüququ: beynəlxalq və milli perspektivlər» mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda Bakı Dövlət Universitetinin rektoru Akademik Abel Məhərrəmov, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, Amerika Hüquqşünaslar Assosiasiyasının enerji və ətraf mühit hüququ üzrə mütəxəssisi Meri Tompson və bu sahədə tanınmış əcnəbi və yerli digər alimlərin iştirakı nəzərdə tutulmuşdur.
Konfransın gündəliyinə aşağıdakı məsələlər daxildir:
Hissə 1: Hasilatın pay bölgüsü dövlət tənzimlənməsinin forması kimi
Hissə 2: Enerji üzrə müzakirələr
Hissə 3: Bakı Dövlət Universiteti & Tuleyn Universiteti Dəniz və enerji hüququ üzrə magistratura proqramı
