Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrli ilə təlim məqsədli görüş keçirilmişdir
26/04/2021Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, Səkinəxanım Rzayevanın Socialist Law Club üzvü olan tələbələrlə təlim məqsədli görüşü keçirilmişdir .
Təlim "Amnistiya və əfvetmə aktları haqqında, onların hüquqi təbiəti, tətbiq olunma qaydaları və bu aktların cəzadan azad etmənin başqa növlərindən fərqli cəhətləri " mövzusuna həsr olunmuşdur.
S. Rzayeva tərəfindən, mərhəmət və humanizm aktları sayılan və cinayət qanunvericiliyində cinayət məsuliyyətindən və cəzadan azad etmənin bir növü kimi təsbit edilmiş hər iki institut haqqinda təlim iştirakçılarına ətraflı və dolğun məlumat verilmiş, amnistiya və əfvetmə aktlarının qəbul edilməsi və tətbiqi qaydalarının qanunvericiliklə tənzimi məsələləri təhlil olunmuş, bu normalarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər də diqqətə çatdırılmışdır.
Təlimdə S. Rzayeva tərəfindən həmçinin, Amnistiya və Əfvetmə aktlarının tətbiqi ilə bağlı xarici dövlətlərin qanunvericiliklərində olan oxşar və fərqli çəhətlər də müqayisəli şəkildə təhlil olunaraq klub üzvlərinin diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılmışdır.
