Bakı Dövlət Universiteti Hüquq fakültəsinin bir qrup professor müəllim heyəti Beynəlxalq konfransda iştirak ediblər

25/12/2020

25 dekabr 2020-ci il tarixdə Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru professor Əmir Əliyev və Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov Kazan Federal Universiteti tərəfindən Rusiyanın əməkdar hüquqşünasları Q.İ.Kurdyukovun və L.X.Minqazovun 80 illiyinə həsr edilmiş "Beynəlxalq hüquq və müasir dünyada insan hüquqları: problemlər, çağırışlar, gözləmələr" mövzusunda onlayn keçirilmiş beynəlxalq elmi-praktiki konfransda iştirak etmiş və konfransın açılış hissəsində çıxışlar etmişlər. Professor Əmir Əliyev 80 illiyini qeyd edən Rusiyanın tanınmış beynəlxalq hüquq üzrə alimlərini təbrik etmiş, Kazan Federal Universiteti ilə BDU arasındakı əməkdaşlığın uğurlu olduğunu vurğulayaraq, bu istiqamətdə fəaliyyətin davamlı olacağına umid etdiyi vurğulamış və dünyada, o cümlədən regionda, baş vermiş dəyişikliklərlə bağlı 21 əsrdə insan hüquqlarına münasibətin fərqli olacağına dair qısa məlumat vermişdir. Konfransda Rusiyanın, MDB ölkələrinin, Beynəlxalq təşkilatların, bir sıra Avrova dövlətlərinin tanınmış hüquqşünasları iştirak etmişlər. Konfrans üç istiqamətdə fəaliyyəti davam etdirmişdir: Beynəlxalq hüquq subyektliyi; İnsan hüquqları və müasir çağırışlar: beynəlxalq və dövlətdaxili qiymətvermə;  Gənc alimlər tribunası. Sessiyalarda beynəlxalq hüququn mövzular üzrə müasir problemlərinə dair maraqlı çıxışlar edilmişdir. BDU-nun Hüquq fakültəsinin professor-müəllim heyəti sessiyalarda fəal iştirak etmişlər.

Bookmark and Share