Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi Qazaxstanda keçirilən beynəlxalq konfransda iştirak edib

12/04/2019

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin "İnsan hüquqları və informasiya hüququ" YUNESKO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Azər Tofiq oğlu Səfərov Qazaxstanın Aktau şəhərində keçirilən "Türk xalqlarının müasir cəmiyyətlə bağlı mənəvi dəyərləri və hüquqi ənənələri" adlı beynəlxalq konfransda iştirak edib. "Müəlliflik hüquqlarının hüquqi mühafizəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin sistemi" adlı məruzə ilə çıxış edən Azər Səfərov Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində qanunvericilik sistemi haqqında geniş məlumatlar vermiş, beynəlxalq sferada qəbul edilmiş normalarla müqayisəli təhlil aparmışdır.


Bookmark and Share