Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən “XX Əsrin Faciəsi: Xocalı Soyqırımı" adlı onlayn tədbir keçirilmişdir

26/02/2021

 

26.02.2021-ci il tarixində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq  Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən  “XX Əsrin Faciəsi: Xocalı Soyqırımı" adlı onlayn tədbir keçirilmişdir.
Tədbirdə Hüquq fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova açılış nitqi ilə çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışmış, Xocalı Soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlisin mahiyyətindən söz açmışdır.
Tədbir Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadənin   moderatorluğu ilə baş tutmuşdur.
Tədbirdə fakültənin tələbələri Məxmər Ələkbərzadə,  Cavid Mirzəzadə, Gülsüm Hacıyeva, İlkin İmanlı, Rüstəm Əzimzadə, Siyavuş Bağırov və Fatimə Mahmudzadənin "Xocalı soyqırımı-bütün bəşəriyyətə qarşı törədilmiş cinayət", "Xocalının şəhid Milli Qəhrəmanları", "Xocalı soyqırımının tanınması- Xocalıya ədalət beynəlxalq kampaniyası", "Xocalı Soyqırımı dünya mətbuatında", "Xocalı hadisələrindən öyrənməli olduğumuz nüanslar", "Xocalı Soyqırımı-Hüquqi aspektlər" mövzularında çıxışlar etmişlər.
Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olduğu vurğulanmışdır. İnsan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməsinin, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməsinin əhəmiyyəti, ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatdığının, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməli olduğunun, işğalçı Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunmasının vacibliyi qeyd olunmuşdur.
Tədbirdə mövzu ətrafında videoçarxlar nümayiş olunmuşdur.

26.02.2021-ci il tarixində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq  Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən  “XX Əsrin Faciəsi: Xocalı Soyqırımı" adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə Hüquq fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova açılış nitqi ilə çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışmış, Xocalı Soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlisin mahiyyətindən söz açmışdır. Tədbir Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadənin   moderatorluğu ilə baş tutmuşdur. Tədbirdə fakültənin tələbələri Məxmər Ələkbərzadə,  Cavid Mirzəzadə, Gülsüm Hacıyeva, İlkin İmanlı, Rüstəm Əzimzadə, Siyavuş Bağırov və Fatimə Mahmudzadənin "Xocalı soyqırımı-bütün bəşəriyyətə qarşı törədilmiş cinayət", "Xocalının şəhid Milli Qəhrəmanları", "Xocalı soyqırımının tanınması- Xocalıya ədalət beynəlxalq kampaniyası", "Xocalı Soyqırımı dünya mətbuatında", "Xocalı hadisələrindən öyrənməli olduğumuz nüanslar", "Xocalı Soyqırımı-Hüquqi aspektlər" mövzularında çıxışlar etmişlər. Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olduğu vurğulanmışdır. İnsan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməsinin, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməsinin əhəmiyyəti, ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatdığının, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməli olduğunun, işğalçı Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunmasının vacibliyi qeyd olunmuşdur.
Tədbirdə mövzu ətrafında videoçarxlar nümayiş olunmuşdur.

 

Bookmark and Share