Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələri IV Beynəlxalq Gənclər Hüquq Formunda iştirak etmişdir

18/12/2018

M.Narikbayev adına KAZGUU Universiteti ATƏT-in Astana ofisi ilə birgə 10-12 dekabr tarixlərində Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş IV Beynəlxalq Gənclər Hüquq Formu təşkil etmişdir. Forumda iştirak Qazaxıstan, Qırğızıstan, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandan olan tələbələr üçün nəzərdə tutulmuşdur. Bakı Dövlət Universiteti Hüquq fakültəsinin III kurs, rus bölməsi üzrə 1319 saylı qrup tələbələri Əliyeva Çinarə Davud qızı və Əhmədova Nərmin Ülvi qızı seçimlərdən müvəffəqiyyətlə keçərək Foruma dəvət olunub.  IV Beynəlxalq Gənclər Hüquq Formu çərçivəsində keçirilən müsabiqədə Əliyeva Çinarə Davud qızı II yerə layiq görülüb.




Bookmark and Share