Bakı Dövlət Universiteti Hüquq fakültəsinin və Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə "Birlik və Həmrəylik Qüdrətli Gələcəyin Əsasıdır" adlı onlayn tədbir keçirilmişdir

02/02/2021

 

02.02.2021-ci il tarixində  Bakı Dövlət Universiteti Hüquq fakültəsinin və  Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə "Birlik və Həmrəylik Qüdrətli Gələcəyin Əsasıdır" adlı onlayn tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyətindən bəhs etmişdir.
Hüquq fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova və Fizika fakültəsinin Sosial məsələlər üzrə dekan müavini  Məhəmməd Məhərrəmov çıxış edərək günün əhəmiyyətini vurğulamış, Azərbaycan gəncinin qazandığı uğurlardan, dövlətin gənclər siyasəti istiqamətində gördüyü işlərdən söz açmışdır.
Daha sonra Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova gənc müəllim olaraq tədbir iştirakçılarına öz tövsiyələrini vermişdir.
Tədbir hər iki fakültənin tələbələrinin çıxışları ilə davam etmişdir. Hüquq fakültəsinin tələbələri-Mirzəzadə Cavid, İlkin İmanlı və Fizika fakültəsinin tələbəsi Məsumə Balakişiyeva "Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir", "Azərbaycan gəncliyi beynəlxalq arenada", “Zəfər tariximizdə gənclərin rolu” mövzularında çıxışlar etmişlər.
Sonda Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Aynurə Salmanlı mövzu ətrafında çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürlərini bildirmişdir.

02.02.2021-ci il tarixində  Bakı Dövlət Universiteti Hüquq fakültəsinin və  Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə "Birlik və Həmrəylik Qüdrətli Gələcəyin Əsasıdır" adlı onlayn tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyətindən bəhs etmişdir. Hüquq fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova və Fizika fakültəsinin Sosial məsələlər üzrə dekan müavini  Məhəmməd Məhərrəmov çıxış edərək günün əhəmiyyətini vurğulamış, Azərbaycan gəncinin qazandığı uğurlardan, dövlətin gənclər siyasəti istiqamətində gördüyü işlərdən söz açmışdır. Daha sonra Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova gənc müəllim olaraq tədbir iştirakçılarına öz tövsiyələrini vermişdir. Tədbir hər iki fakültənin tələbələrinin çıxışları ilə davam etmişdir. Hüquq fakültəsinin tələbələri-Mirzəzadə Cavid, İlkin İmanlı və Fizika fakültəsinin tələbəsi Məsumə Balakişiyeva "Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir", "Azərbaycan gəncliyi beynəlxalq arenada", “Zəfər tariximizdə gənclərin rolu” mövzularında çıxışlar etmişlər.  Sonda Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Aynurə Salmanlı mövzu ətrafında çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürlərini bildirmişdir.

 

Bookmark and Share