Bakı Dövlət Universiteti Hüquq fakültəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının birgə təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda Elmi-praktiki seminar keçirilmişdir.

29/04/2021

 

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev açılış nitqi ilə çıxış etmişdir.
BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, h.ü.e.d., professor Şəhla Səmədovanın moderatorluğu ilə baş tutmuş seminar hər iki Ali təhsil müəssisəsinin professor-müəllim heyətinin məruzələri dinlənilmişdir.
Belə ki, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, h.ü.e.d., professor Şəhla Səmədova “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənın cinayət-hüquqi problemləri”, Azərbaycan Respublikası DTX-nin Heydər Əliyev adına Akademiyasının Cinayət hüququ kafedrasının rəisi Azər İsmayılov “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməliyyat-axtarış fəaliyyətinin bəzi problemləri”, BDU-nun Cinayət prosesi kafedrasının müdiri, h.ü.e.d., professor Firuzə Abbasova “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənın bəzi prosessual məsələləri”, BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, h.ü.e.d., professor Kamil Səlimov “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməliyyat-axtarış üsullarının tətbiqi”, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Elmi-Tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dosent Hikmət Eyvazov “Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qanunvericilik əsasları”, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Cinayət prosesi kafedrasının rəisi, polis polkovniki, h.ü. f.d., dosent Səyyad Ağayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə cinayət-prosessual qanunvericiliyin tədbiqinin bəzi problemləri”, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin Kompleks ekspertizalar şöbəsinin rəisi, k.ü.f.d. Ceyhun Ələkbərov “Dövriyyəsi qadağan olunmuş yeni növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarına qarşı mübarizə”, Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev “Narkomanlığa qarşı mübarizədə Ali təhsil müəssisələrinin rolu”, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi, h.ü.f.d. Aynurə Musayeva “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı profilaktik tədbirlər haqqında”, DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllimi, h.ü.f.d. Elvin Balacanov “Kriptovalyutalar və narkotik vasitələrin qanunsuz dövriyyəsi”, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, h.ü.f.d. Mətanət Əsgərova “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yetkinlik yaşına çatmayanların cinyət məsuliyyəti məsələləri”, BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti, h.ü.f.d. Baxşeyiş Əsgərov “Narkotiklərlə mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin materiallarının cinayət prosesi orqanlarına təqdim olunması məsələlərinə dair”mövzularında çıxışlar etmişlər.

 

Bookmark and Share