Bakı Dövlət Universitetində Hüquq fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə fakültənin Tələbə Gənclər Təşkilatının onlayn görüşü keçirilib.
09/12/2020
Bakı Dövlət Universitetində Hüquq fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə fakültənin Tələbə Gənclər Təşkilatının onlayn görüşü keçirilib. Görüşdə Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Fakültənin dekanı, professor Əmir Əliyev, dekan müavinləri dosent Cabir Quliyev və dosent Aytəkin İbrahimova görüş iştirakçılarını salamlayaraq, tədris prosesində hər kəsə uğurlar arzulayıblar. Bildirilib ki, ölkənin flaqman elm ocağı olan BDU-da fəaliyyət göstərən tələbə təşkilatları təlbələrimizin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Tələbələrin Universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətindən, tələbəlik həyatının maraqlı məqamlarından söz açılıb. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər gördüyü vurğulanıb. Daha sonra Universitetin Tələbə Gənclər Təşkilatının Sədr Köməkçisi Cəfər Gözəlov tərəfindən tələbələrə təşkilat haqqında ətraflı məlumat verilmişdir. Tədbirin davamında Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə və sədr müavini Nail Həsənov təşkilatın fəaliyyət istiqamətləri ilə bağlı təqdimatla çıxış etmiş, tələbələrin suallarını cavablandırmışlar.
